YIRĞALANMAQ

f. O tərəf-bu tərəfə əyilərək hərəkət etmək; tərpənmək, silkələnmək. Küləkdən ağaclar yırğalanır. Gəmi suda yırğalanır.
– O biri otaqda yırğalanmaqda olan bir körpə beşiyinin həzin səsi eşidilirdi. S.Hüseyn.
Görünməz olmuşdur dənizin dibi; Qayıq yırğalanır bir beşik kimi. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIRĞALANMAQ yırğalanmaq bax 1. tərpənmək 1; 2. yellənmək 1
YIRĞALANMA
YIRĞALAŞMA

Digər lüğətlərdə