YAŞILBAŞ

is.
1. Ördəyin erkəyi.
Tərlan görüb yaşılbaşı; Sağın, qaynaq çala, Maral! Aşıq Ələsgər.
Yaşılbaşlar qanad çırpar suyuna; Gah durular, gah da dönüb bulanar. S.Vurğun.

2. Şeirdə adətən gözəl mənasında işlənir.
□ Yaşılbaş sona – aşıq poeziyasında gözəlin epitetlərindən biri.
Ürkütdü alıcı tərlan; Yaşılbaş sona yeridi. Aşıq Ələsgər.
Sallanıban kəklik kimi səkəndə; Dönər bir yaşılbaş sonaya Telli. Aşıq Əbdi.

YAŞIL-MAVİ
YAŞILBAŞLI
OBASTAN VİKİ
Yaşılbaş ördək
Yaşılbaş ördək (lat. Anas platyrhynchos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü.

Digər lüğətlərdə