Ördəyin erkəyi. (“Koroğlu” dastanının lüğəti)
Poeziyada, adətən, “yaşılbaş sona” kimi rast gəlinir, gözəl mənasında işlənir.
Qeyd: heyvanat aləmində erkəklər, o cümlədən ördəyin erkəyi daha gözəl olur. Məhz gözəlliyinə görə bu söz aşıq şeirində qadınları vəsf edərkən işlənir.
Sən bir yaşılbaş sonasan,
Baissən min bir qana sən.
Nə ola sözüm anasan,
Qoy tökülsün şux tellərin!
(“Koroğlunun Qars səfəri”)