YALVAR-YAXAR


1. is. Yalvarış, çox yalvarma.
Şeyda … xeyli yalvar-yaxardan sonra bir-iki ağız oxumaqla kifayətlənərdi. M.Hüseyn.

2. zərf Yalvarmaqla, xahişlə, çox yalvardıqdan sonra.
Bakıda səsi olan bütün adamlar yalvar-yaxar bu işə cəlb edildi. S.Rəhman.
Anasını yalvar-yaxar xörək yeməyə razı edəndən sonra … Veys getməyə tələsirdi. Ə.Əbülhəsən.

□ Yalvar-yaxar etmək (eləmək) – çox yalvarmaq.
[Hacıyev] bölüyə getmək əvəzinə təzədən bir də kapitana müraciətlə yalvar-yaxar edib bu təyinatdan yaxasını qurtarmağa təşəbbüs edəcəkdi. Ə.Əbülhəsən.

YALTAQLIQ
YALVAR-YAPIŞ

Digər lüğətlərdə

до́чка лакто... неэконо́мный прошага́ть секстильо́н табуизи́рованно татуи́роваться дагеста́нец да́тельный падеж забалова́ть милитаризи́роваться мотану́ть перезва́нивание перести́рываться переустра́ивать свёрстываться кардинал let-in molluscous rotovator scumbag бикарбонат долбёжка навыкат пружина