Yanşaq
Yanşaq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yanşaq kənd inzibati ərazi dairəsində kənd.== Tarixi == Yanşaq kəndi, Azərbaycanın tarixi qədim kəndlərindən biridir. Yanşaq kəndi əhalinin təhsil səviyyəsinə görə yüksək faiz göstəricisinə malikdir. Əhalisinin əksəriyyəti Ayrım tayfalarından gəlmədir.{{mənbə yoxdur|22|12|17}} (Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür.) — Oğuz xaqan dastanına görə 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk kitabına görə 24 oğuz boyunun 11-si.
Yanşaq qədim turk dillərində və Azərbaycan dilinin dialektlerinde "aşıq" deməkdir. Yanşaq kənd icra nümayəndəliyine Yanşaq, Yanşaq binə, Zallar kəndləri daxildir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub.