f. 1. Yaxınına, yanına gəlmək; yaxınlaşmaq, yanbayan olmaq. O, mənə yanaşıb qolumdan tutdu. Birisi ona yanaşıb nə isə dedi.
– Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi. M.S.Ordubadi.
Tamam mənə yanaşıb dedi: – Gələcəksən, burada şad görüşəcəyik. S.S.Axundov.
O, Nazlıya yanaşdı, əlini onun çiyninə qoyaraq: – Nazlı! – dedi. H.Nəzərli.
2. Yan almaq, kip yaxınlaşmaq, yaxınlaşıb dirənmək. Gəmi körpüyə yanaşdı.
3. Bir məsələyə və s.-yə bu və ya digər münasibət göstərmək. İşə ciddi yanaşmaq lazımdır. Müəllifin dediklərinə tənqidi yanaşmalı.
– Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. M.S.Ordubadi.