YARI

is. Tən bölünmüş iki hissədən biri. Eyni yarısı. Almanın yarısı. Kitabın yarısını oxudum. Ömrünün yarısını səhayətdə keçirmişdir.
[Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı… C.Məmmədquluzadə.
Bəxtiyar yerə səpdiyi toxumun yalnız yarısını əldə edə bilmişdi. S.Hüseyn.

□ Yarı canı qalmamaq – həddindən artıq arıqlamaq, üzülmək, zəifləmək.
Rəngi saralıb, qalmayıb əsla yarı canı; Bir gülməz oğul, vay! M.Ə.Sabir.

Yarı canı… yanında qalmaq – birinin nigarançılığını çəkmək, biri üçün çox həyəcan və iztirab keçirmək.
Ananın yarı canı balanın yanında qaldı. Ə.Vəliyev.

Yarı gecə – gecə yarısı, yaxud ümumiyyətlə çox gec. Yarı gecə evə qayıtdıq.
Yarı olmaq1) yarısı qurtarmaq, işlənib, xərclənib, sərf edilib yarısı qalmaq. Yağ yarı olubdur;
2) məc. şərik olmaq.
Mənimlə qəmlərə yarı olarsız; Gözəlliyin intizarı olarsız. Aşıq Şəmşir.

Yarı yolda qalmaq (dayanmaq) – səfəri başa çatdıra bilməmək, nəzərdə tutduğu yerə gedib çata bilməmək.
Ac atlar sıldırım daşlıqlara çıxa bilməyib yarı yolda qaldılar. Koroğlu”.

Yarı yoldan qayıtmaq – nəzərdə tutulan işi tamamlamamaq, başa çatdırmamaq, yarımçıq qoymaq.
Yarı yoldan qayıtmamaq üçün bir çarə tapdılar. Mir Cəlal.
[Zahidoğlu:] Bu dəfə öldü var, döndü yoxdur, heç bir zaman yarı yoldan qayıtdı yoxdur! S.Rəhimov.

Omonimlər

  • YARI YARI I is. İki yerə bölünmüş şeyin bir hissəsi; orta. Pis olmaz, yarıda bir ayaq saxlamaq (R.Rza). YARI II f

Antonimlər (əks mənalı sözlər)

  • YARI YARI – BÜTÖV Bağımızdakı dəfinəni çıxardıq. Yarısı sənin, yarısı mənim (C.Əmirov); Bunları bütöv mənə verin
YARĞANOTU
YARI...

Digər lüğətlərdə