YARADICILIQ

is. İnsanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. Kütlələrin canlı yaradıcılıq fəaliyyəti. Yaradıcılıq prosesi. Söz yaradıcılığı. Elmi yaradıcılıq. Bədii yaradıcılıq.
// Yaradıcı əməyin məhsulu, yaradılmış maddi və mənəvi sərvətlərin məcmusu. Uşaq yaradıcılığı sərgisi. Sabir yaradıcılığı. Xalq yaradıcılığı (folklor).
– Yaradıcılığı heç bir zaman öz təravətini itirməyən… sənətkar ən bəxtiyar insandır. Ə.Vəliyev.

YARADICI
YARADILAN
OBASTAN VİKİ
Yaradıcılıq
Yaradıcılıq 1)əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni bir şey meydana gətirən fəaliyyət. Yaradıcılıq insan fəaliyyətinin hər hansı bir sahəsində (elmi, texniki-istehsalat, bədii, siyasi və s.) mümkündür; 2)insanın maddi və mənəvi sərvətlər yaratmağa doğru yönəldilmiş fəaliyyəti. Məsələn, kütlələrin canlı yaradıcılıq fəaliyyəti, yaradıcılıq prosesi, söz yaradıcılığı, elmi yaradıcılıq, bədii yaradıcılıq. Ümumiyyətlə, yaradıcı əməyin məhsulu, yaradılmış maddi və mənəvi sərvətlərin məcmusu. Məsələn, uşaq yaradıcılığı sərgisi. Yaradıcılıq məzuniyyətləri – əmək hüququna görə işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı aspiranturada, doktoranturada müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. Yaradıcılıq psixologiyası – insan fəaliyyətinin yeni, orijinal nəticə verməsinin qanunauyğunluqlarını, yaradıcılıq prosesini və onun psixoloji mexanizmini tədqiq edən elm sahəsi. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
"Sabah" Yaradıcılıq Birliyi
Azərbaycan Yaradıcılıq Fondu
Azərbaycan Yaradıcılıq Fondu — Azərbaycan Respublikasında fəaliyyət göstərən fondlardan biri. Rəhbəri Kamal Abdulladır. == Tarixi == Azərbaycan Yaradıcılıq Fondu 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilmişdir. Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev, professor Kamal Abdulla isə sədrin birinci müavini olmuşdur. 1991-ci ildə keçirilmiş Fondun 2-ci Konfransında fondun 1987-1991-ci illər arasındakı fəaliyyəti bağlı məruzə ilə çıxış edən professor Kamal Abdulla yeni sədr seçilmişdir. Həmin konfransda yeni sədr belə bir fikir səsləndirir ki, "Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub, bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etməmiş, müstəqil qurum kimi fəaliyyət göstərmək qərarına gəlmişdir." Beləliklə, SSRİ-nin dağılmasından sonra bu qurum 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət Fondu adı altında fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən bəri Azərbaycan Yaradıcılıq Fondu adlanır. == Təsisçiləri == Fondun bir sıra təsisçiləri var ki, onlardan bəziləri bunlardır: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan Yazıçılar İttifaqı Azərbaycan Teatr Xadimləri İttifaqı Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Milli Elmlər Akademiyası M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti == Fəaliyyəti == Fondun beynəlxalq əlaqələr üzrə gördüyü işlər, həm çətin, qarışıq, həm də sabitlik illərində çox ciddi və əhəmiyyətli əməkdaşlıqlara vəsilə olub. Məsələn, Fondda Almaniyadakı "Avropa Türk-İslam Kültür Birliyinin" nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlamışdır.
Sabah (yaradıcılıq birliyi)
Üns Yaradıcılıq Səhnəsi
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
Aran Film Yaradıcılıq Mərkəzi
Aran Film Yaradıcılıq Mərkəzi və ya qısaca Aranfilm — 2016-2020-ci illərdə ARB Aran televiziyasının nəzdində fəaliyyət göstərmiş istehsalçı qurum. == Tarixi == Aran Film Yaradıcılıq Mərkəzi 2016-cı ildə ARB Aran televiziyasının nəzdində yaradılıb. Fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edib. Onların yüksək səviyyədə təqdimatı keçirilib. Bir çox festivallarda mükafatlara layiq görülüb. 2017-ci ildən qısametrajlı bədii filmlərin istehsalına başlanılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələri və görkəmli şəxsiyyətləri haqqında bir çox filmlərə imza atıb. Yaradıcılıq mərkəzində kino və televiziya sahəsində tanınan peşəkar mütəxəssislər fəaliyyət göstərmişdir. Qurumun direktoru İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç olmuşdur. Aranfilm Yaradıcılıq Mərkəzi 2020-ci ildə fəaliyyətini dayandırmışdır.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi
Uşaq və gənclərin yaradıcılıq sarayı (Rostov-na-Donu)
Uşaq və gənclərin yaradıcılıq sarayı ― Rusiyanın aparıcı uşaq təhsilverici müəssisəllərindən bir. Burada ümumilikdə 5–18 yaş arası 11 min uşaq incəsənətin müxtəlif sahələrinə sahiblənir. Müəssisədə ümumilikdə 3 mindən çox pedaqoq çalışır. Uşaq və gənclərin yaradıcılıq sarayı Rostov-na-Donu şəhərində yerləşir. Saray Volj-kamsk bankının binasında yerləşir. 23 may 1936-cı ildə Rostov-na-Donu şəhərondə Qazetnaya xiyabanı ilə Bolşoy Sadovnaya küçələrinin kəsişdiyi yerdə təntənəli şəkildə Pioner sarayı açılmışdır. Saray Volj-kamsk bankının binasında yerləşdirilir. Binanın daxilində müəyyən dəyişikliklər gerçəkləşdirilir. Bunişlərə arxitektor Aleksey Nikolayeviç Beketov rəhbərlik edir. 1936-cı ilin payızında Sarayın iki bölməsi fəaliyyətə başlayır: elmi-texniki və rəssamlıq.
Peşə-Texniki Təhsil Sistemi Şagirdlərinin Texniki Yaradıcılıq Sərgisi (film, 1974)
Filmdə Bakıdakı 68 saylı peşə-texniki təhsil məktəbində sərginin açılması, Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin həmin sərgidə iştirak etməsi, peşə-texniki təhsil komitəsinin sədri T. Allahverdiyevin qonaqları Bakı şəhəri peşə-texniki məktəb şagirdlərinin texniki yaradıcılıq sərgisinin ekspozisiyası ilə tanış etməsi öz əksini tapmışdır.

Digər lüğətlərdə