YARALANMAQ

qayıd.
1. Güllə, kəsərti və s. ilə bədəninin bir yerində yara açılmaq, bədəninin bir yeri zədələnmək, yara olmaq. Ayağından yaralanmaq. Müharibədə yaralanmaq. Güllə ilə yaralanmaq.
[Qasıməli:] Tutublar, yəqin ki, yaralanıbdı, yoxsa bu da qaça bilərdi. C.Məmmədquluzadə.
Mirsaqulu yaralanmış və yerə yıxılmışdı. S.Hüseyn.

2. məc. Çox ağır mənəvi sarsıntıya məruz qalmaq; dərdlənmək.
Yaralıdır könlüm quşu, yaralı; Yaralandı yazıq şair olalı. Ə.Cavad.

Antonimlər (əks mənalı sözlər)

  • YARALANMAQ YARALANMAQ – SAĞALMAQ Mirsaqulu yaralanmış və yerə yıxılmışdı (S.Hüseyn); Qonağım qız, məni sağalt, amandır (Mir Cəlal)
YARALANMA
YARALANMIŞ

Digər lüğətlərdə