YEDƏKLƏMƏK

f.
1. İpindən tutub öz arxasınca çəkmək. Atı yedəkləmək.
– Bir azdan sonra bəyin də atını yedəkləyib gətirdilər. M.Hüseyn.

2. Əlindən tutub öz dalınca aparmaq.
Üçüncüsü vaxtında müalicə etməyib göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi. N.Nərimanov.

3. Bir yerindən tutub saxlamaq.
4. məc. dan. Bir işə qoşmaq, calamaq. Uşaq bir az böyüyən kimi onu bir işlə yedəkləmək lazımdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEDƏKLƏMƏK çəkmək — aparmaq
YEDƏKLƏMƏ
YEDƏKLƏNMƏ

Digər lüğətlərdə