YEK

(Dərbənd)
rüşvət. – Habu nə cür adamdu, yek almamış işi düzəltmədü
YE:İLMƏ
YEKBECƏ
OBASTAN VİKİ
Nömrə-yi yek
Nömrə-yi yek (fars. نمره يك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 76 nəfəri kişilər və 96 nəfəri qadınlar olmaqla cəmi 172 nəfərdir.
Dəşt-i Dena-yi yek
Dəşt-i Dena-yi yek (fars. دشت دنايك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 82 nəfəri kişilər və 91 nəfəri qadınlar olmaqla cəmi 173 nəfərdir. Kəndin əhalisi qaşqayların Lərki tayfasına mənsubdur, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar.
Qaradərə-i Ülya-i Yek (Kəleybər)
Qaradərə-i Ülya-i Yek (fars. 1 قره درق عليا‎) və ya 1-ci Yuxarı Qaradərə - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Qışlaq-i Ocaq-i Yek (Pərsabad)
Qışlaq-i Ocaq-i Yek (fars. قشلاق اجاق 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (25 ailə).
Qışlaq-i Seyfxanlı-i Yek (Pərsabad)
Qışlaq-i Seyfxanlı-i Yek (fars. قشلاق سيف خانلو1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 249 nəfər yaşayır (45 ailə).
Qışlaq-i Bozca-i Süfla-i Yek (Pərsabad)
Qışlaq-i Bozca-i Süfla-i Yek (fars. قشلاق بوزچه سفلي 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (25 ailə).
İbadat-i yek
İbadat-i yek (fars. عبادات یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 24 ailədə 61 nəfəri kişilər və 58 nəfəri qadınlar olmaqla cəmi 119 nəfərdir.
Uzunquyu-i Yek (Pərsabad)
Uzunquyu-i Yek (fars. اوزن قوئي يك‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (107 ailə).
Xanqışlağı-i Yek (Pərsabad)
Xanqışlağı-i Yek (fars. خان قشلاقي 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 571 nəfər yaşayır (116 ailə).
Ümmül Safiyyə-yi yek
Ümmül Safiyyə-yi yek (fars. ام‌الصفایه یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 39 nəfəri kişilər və 44 nəfəri qadınlar olmaqla cəmi 83 nəfərdir.
İsmayılkəndi-i Yek (Pərsabad)
İsmayılkəndi-i Yek (fars. اسماعيل كندي1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (5 ailə).
Əbu Təbarə-yi yek
Əbu Təbarə-yi yek (fars. ابوطباره یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 34 ailədə 65 nəfəri kişilər və 72 nəfəri qadınlar olmaqla cəmi 137 nəfərdir.
Əsədqışlağı-i Yek (Pərsabad)
Əsədqışlağı-i Yek (fars. اسدقشلاقي 1‎) və ya Birinci Əsədqışlağı — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 230 nəfər yaşayır (46 ailə).
Təklə-i Bəxş-i Yek (Pərsabad)
Təklə-i Bəxş-i Yek (fars. تكله بخش 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 703 nəfər yaşayır (139 ailə).
II Yekaterina
II Yekaterina, Böyük Yekaterina (rus. Екатерина Великая; 2 may 1729[…], Şetsin – 6 (17) noyabr 1796, Sankt-Peterburq[…]) 9 iyul 1762-ci ildən Rusiya imperiyasının uzurpator imperatriçəsi, Şlezviq-Holştayn-Qottorf hersoginası. 1793-cü ildən Yever hakimi. "Böyük" adını tarixə yazdırmış ilk qadın imperatriça. == Həyatı == II Yekaterina Şetsində, 1729-cu ildə Anhalt-Çerbst şahzadə Sofiya Avqust Friderik kimi, Ştettində doğulmuşdur. O, Prusiya imperiyasına aid Anhalt-Çerbstin knyazı Xristiyan Avqustun qızıdır. Hersoq Xristiyan Avqust von Anhalt-Çerbest bir oqədər də zəngin olmadığından, Yekaterina evdə təhsil almışdır. O, ingilis, fransız və italyan dillərinə, rəqs, musiqi, tarix, coğrafiya, ilahiyyat üzrə biliklərə yiyələnir. Yekaterina uşaqlıqda şıltaq, ərköyün, həyasızcasına hər şeylə maraqlanan, nadinc, oğlanlar qarşısında özünü öyən qız olmuşdur. Anası onu uşaqlıqda Fiqxen (alm.
II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)
II Yekaterina abidəsi — Rostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır. == Tarixi == Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı.
I Yekaterina
I Yekaterina və ya Yekaterina Alekseyevna (Rusca: Екатери́на Алексе́евна Миха́йлова) (5 (15) aprel 1684 – 6 (17) may 1727, Sankt-Peterburq) — Rus imperatoru I Pyotrun ikinci xanımı və Rusiya imperatriçası. == Həyatı == === Köləlik illəri === Fransız tarixçisi Volterə görə, Yekaterinanın həyatı ən az əri Pyotrun həyatı qədər maraqlıdır. Əsli və sülaləsi haqqında dəqiqi məlumatlar yoxdur. 15 aprel 1684-cü ildə Latviyanın Latqale vilayətinə bağlı Vişki kəndində dünyaya gəlmişdir. İlk adı Marta Helena Skavronskaya idi. Atası polyak kəndli Samuel Skavronski, anası isə alman əsilli Elizabet Morisdir. Martanın ailəsi 1689-cu ildə vəba epidemiyası səbəbilə vəfat etdi və geridə 5 övlad buraxdı: Kristina, Anna, Karol, Fridrix və Marta. Ən məşhur versiyaya görə, 3 yaşlı Marta bibisi tərəfindən alındı və şimali Latviyaya göndərildi. Burada məşhur teoloq və din xadimi İohan Erns Qlukun evində sığıntı və xidmətçi olaraq qaldı. Məşhur bir din xadiminin yanında xidmət etsə də, ömrü boyunca heç bir təhsil almadı.
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.
Müqəddəs Yekaterina Monastırı
Sinay monastırı və ya Müqəddəs Yekaterina monastırı (yun. Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης, Monì tìs Agìas Ekaterìnis, ərəb. دير القدّيسة كاترينا ‎) — Misirin Santa Katerina şəhərində yerləşən ortodoks monastırı. Rəsmi adı - Allahgəzən Sinay dağının Müqəddəs monastırıdır (yun. Ιερά Μονή του Θεοβαδίστου Όρους Σινά). Bizans imperatoru I Yustinianın əmri ilə 548-565-ci illər arasında inşa edilmişdir. Fatimilər xilafəti dövründə monastırın ətrafında məscid inşa edilsə də, qibləyə istiqamətləndirilmədiyi üçün heç vaxt istifadə olunmamışdır. Monastırda yunan, ərəb, erməni, gürcü, ivrit, arami və Qafqaz Albaniyası dillərində əlyazmalar, 100-dən çox ikona və rəsm əsəri tapılıb. Bu əlyazmalardan biri də Qafqaz Albanlarının dilində yazılmış Sinay palimpsestidir.
Müqəddəs Yekaterina burnu
Müqəddəs Yekaterina burnu və ya Sent-Katerins-Poynt (ing. St. Catherine's Point) — Böyük Britanianın Vayt adasının ən ucqar cənub nöqtəsi. Nayton kəndindən bir qədər aralıda yerləşir. Burundan bir qədər aralıda Pepperpot daş mayakı yerləşir. Mayak 1323-cü ildə inşa edilmişdir. Bu mayak Böyük Britaniya ərazisində Roma imperiyası dönəmində inşaedilmiş Duvr mayakı ilə birlikdə ölkənin ən qədim hazırda mğövcudluğunu qoruyan mayakıdır. belə rəvayət edilir ki, mayakı inşa edən de Qodeton monastır üçün nəzərdə tutulan şərabıl itirilməsinə görə özünü günahkar hesab edirdi. Ona günahını yumaq məqsədi ilə mayak inşa etməyi həvalə edirlər. Mayakda yandırılan od gəmiləri sahilə yaxınlaşmaları barədə xəbərdarlıq etməli idi.
Müqəddəs Yekaterina erməni kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Yekaterina kilsəsi (erm. Սանկտ Պետերբուրգի Սուրբ Կատերինե եկեղեցի, rus. Армянская церковь Святой Екатерины) — Sankt-Peterburq şəhərinin mərkəzindəki Erməni Qriqorian Kilsəsi Nevski prospekti, ev № 40–42 ünvanında yerləşir. İlk ermənilər qısa müddət ərzində Sankt-Peterburq şəhərin yaranmasından sonra kütləvi şəkildə şəhərin müxtəlif rayonlarına köçmüşdülər. 1710-cu ildə onlar artıq burada öz icmalarını yaratmışdılar. Bu zaman onlar şəxsi evlərdə dini mərasimlərini keçirirdilər. Arximandrit Minas tərəfindən erməni kilsəsinin tikintisi üçün 1714-cü ildə ilk rəsmi xahiş qaldırılsa da, hakimiyyət orqanları tərəfindən bu rədd edilmişdir. Yalnız 25 sentyabr 1725-ci ildə 30 həyətdən ibarət böyük şəhər ictimaiyyəti, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodundan Vasiliyev adasının 3-cü xəttində köhnə taxta bir evdə ibadət evinin açılışı üçün razılıq əldə edə bilmişdir. 1740-cı ilin yanvar ayında Luka Şirvanov (Ğukas Şirvanyan) artıq daşdan kiçik erməni kilsəsinin inşası barədə rəsmi şəkildə icazə almışdır, lakin Anna İoannovnanın ölümündən sonra tikinti işləri dayandırılmışdı. 1763-cü ilin iyul ayında "Rusiyada məskunlaşan bütün xalqların dini ayinlərini azad şəkildə həyata keçirilməsinə" dair dərc edimiş manifestə əsaslanan yerli bələiyyələr hər iki paytaxtda digər dinlərə sitayiş edən insanların kilsələri və onlara müdaxil digər binalar üçün yer ayrılmışdır.
Müqəddəs Yekaterina ordeni
Müqəddəs Yekaterina ordeni (rus. Орден Святой Великомученицы Екатерины) — Rusiya imperiyasının ali ordeni. Orden 1714-cü ildən 1917-ci ilə qədər verilmişdir.
Müqəddəs böyük Yekaterina ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
Mərkəzi Stadion (Yekaterinburq)
Yekateriburqun Mərkəzi Stadionu və yaxud Yekaterinburq Arena – Rusiyanın şəhəri Yekaterinburqda yerləşən stadiondur. Ural öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 35696 nəfərdir, lakin mundial keçirildikdən sonra azaldılaraq 23000 ediləcək. Stadion 2018 FİFA Dünya Kubokuna ev sahibliyi edən 12 stadiondan biridir. Bundan əlavə, həmin 12 stadionun içində ən şərqdə yerləşən stadiondur. Həmçinin, Rusiyanın Asiya hissəsində mundialın oyunlarının keçirildiyi tək stadion idi. Stadion 1957-ci ildə tikildi. Daha əvvəl də şəhərin bu ərazisində müxtəlif idman obyektləri var idi: 1900-cu ildən - Velodrom, 1928-ci ildən Regional Stadion, 1936-cı ildən "Şərqin metallurqu" stadionu buna bariz nümunədir. Stadionda minlərlə idman və əyləncə tədbirləri təşkil edildi. Açılışından bir il sonra, stadion sürətli konki idmanı üzrə dünyada ən önəmli arenalardan birinə çevrildi.
Qara yekəqarın fitçalan ördək
Qara yekəqarın fitçalan ördək (lat. Dendrocygna autumnalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü. D. a. autumnalis (Linnaeus, 1758) D. a.
Rauf Yekta
Rauf Yekta (d. 1871 – ö. 8 yanvar 1935) — türk musiqiçi və bəstəkar. Rauf Yekta 1871-ci ildə İstanbul şəhərində dünyaya gəlmişdi. "Ati", "Yeni Mecmuə", "Resimli Kitap", "Şehbal", "Resimli Gazete", "Yeni Ses" və "Vakit" kimi müddətli mətbuat orqanlarında yazdı. Rauf Yekta 8 yanvar 1935-ci ildə vəfat edib.
Rzaqulu xan Yekani
Rzaqulu xan Zal xan oğlu Yekani (fars. رضاقلی خان یکانی‎(?-?) — Mərənd hakimi. Rzaqulu xan Zal xan oğlu Yekani Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Nasirəddin şah və Müzəffərəddin şah Qacara xidmət etmişdi. Naib rütbəsindən sərtib rütbəsinədək yüksəlmişdi. Bir müddət Mərənd hakimi olmuşdu. Səttar Hacı Həsən oğlu ilə dost idi. Səttar zindandan azad olandan sonra Rzaqulu xan Sərtibin yanına gəlir. Rzaqulu xan Mərənd-Xoy-Salmas yolunun qarasoran rəisi idi.
Araqonlu Yekaterina
Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[…], Alkala-de-Enares[d] – 7 yanvar 1536[…], Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi. Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur. Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi.
Kastiliyalı Yekaterina
Kastiliyalı Ketrin (isp. Catarina de Castilla) (d. 1403 - ö. 19 oktyabr 1439) – Kastiliya kralı III Henri və xanımı Lankasterli Ketrinin kiçik qızı, Kastiliya infantası. 1415-ci ildə o, Araqon kralı olan əmisi Ferdinandın oğlu Henriylə nişanlandı. Eyni razılığa görə, Ketrinin kral qardaşı II Con Henrinin bacısı ilə, bacısı Mariya isə Henrinin digər qardaşı Alfonso ilə evlənməli idi. Beləcə, mərhum Kastiliya kralı III Henrinin hər 3 övladı da Araqon kralının ailəsiylə evlənmişdi. Cütlüyün nikah mərasimi 1418-ci ildə baş tutdu. Ancaq çox keçmədən əri Henri kral qardaşı V Alfonso ilə siyasi mübarizəyə başladı və bu səbəblə cütlük 1420-ci ildə sürgün edildi. Kastiliyalı Ketrinə qardaşı tərəfindən verilən Villena hersoqluğu isə mövcud siyasi gərginlik səbəbilə 1427-ci ilədək verilmədi.
Lankasterli Yekaterina
Lankasterli Ketrin (isp. Catalina de Lancaster; 31 mart 1373 – 2 iyun 1418, Valyadolid) – Kastiliya kraliçası. O, ərinin vəfatından sonra oğlu II Conun səltənətində 12 il kral naibəsi olaraq krallığı idarə etdi. Ketrin Gentli Con və onun ikinci xanımı Kastilyalı Konstansanın qızı idi. Atası İngiltərə kralı III Eduardın oğlu, anası isə Kastiliya kralı Pyotrun qızı idi. 31 mart 1373-cü ildə atasının hakim olduğu Hartford qalasında dünyaya gəldi. Kastiliya kralı III Henriylə evlənərək Kastiliya kraliçası oldu. == Mənbə == Anthony Goodman: "Katherine of Lancaster" in Oxford Dictionary of National Biography. Vol. 30 (2004), p.
Yekaterina Yejova
Yekaterina İvanovna Yejova (rus. Екатерина Ива́новна Ежо́ва; 1787 – 1837, Sankt-Peterburq) — Sankt-Peterburq İmperator Truppasının artisti, dramatik aktrisa. Dramaturq knyaz A.A.Şaxovskinin faktiki həyat yoldaşı. Yekaterina Yejova 1787-ci ildə Sankt-Peterburqda anadan olub. Onun doğma kiçik bacısı Yelena Yejova da onun kimi eynilə Sankt-Peterburq truppasının dramatik aktrisası idi. Həmçinin onunla bərabər eyni səhnədə başqa bir bacısı Mariya (Marya) Yejova da çıxış edib. Yekaterina Ejova Sankt-Peterburq Teatr Məktəbində kurs bitirib. Bir müddət sonra Sankt-Peterburq İmperator Truppasına dəvət edilib. Lakin o dərhal ora işə qəbul edilməyib. 1803-cü ildə A.Kotzebuenin "Heliopter" komediyasında Lisette rolunda debüt edib.
Yekaterinoslav quberniyası
Yekaterinoslav quberniyası (rus. Екатеринославская губерния) - 1802-1925-ci illərdə Rusiya imperiyasının ərazisində mövcud olmuş quberniya. Paytaxtı keçmiş Yekaterinoslav, indiki Dnepr şəhəri olmuşdur. Quberniya şimaldan Poltava quberniyası, şərqdən Don Host vilayəti, Cənub-şərqdən Azov dənizi, Tavrida quberniyası və şərqdən isə Xerson quberniyası ilə həmsərhəd olmuşdur. Quberniyanın keçmiş sərhədləri müasir Ukraynanın Luqansk vilayəti, Donetsk vilayəti, Dnepropetrovsk vilayəti və Zaporojya vilayətinin indiki ərazilərini əhatə edirdi. 1925-ci ilin 6 iyun tarixində Sovet Sosialist Respublikaları İttifaqında keçirilmiş ərazi-inzibati islahatlar çərçivəsində Yekaterinoslav quberniyası ləğv edilmişdir. Hərbi topoqrafik tədqiqatın məlumatlarına əsasən quberniyanın ərazisi 55 688,4 kvadratmetrdir. Bu rəqəm təxminən 5730 min desiatinaya bərabərdir. Mərkəzi Statistika Komitəsinin məlumatına görə (göllər və estuarlar istisna olmaqla) ümumi ərazi 55 704,4 k və ya 5.635.737 desyatindən ibarət idi. Quberniyanın səthi çöl düzənliyidir, şimalda və cənubda iki yamac və bir neçə təpə möcuddur.

Digər lüğətlərdə