YEYİB-İÇMƏK

f.
1. Qidalanmaq, yaşamaq üçün qida qəbul etmək.
[Hacı Murad:] Öz yeyib-içməyiniz az idi, bunlar da artdı. S.S.Axundov.
[Şeyda:] …Böylə heyvancasına yeyib-içmək, çalışıb-çapalamaq neçin?! H.Cavid.
[Gülsənəm] axır vaxtlar nə yeyibiçdiyini də bilmirdi. M.Hüseyn.

2. məc. İşrətlə, keflə məşğul olmaq.
Dostları da bir-birlərinə göz vurub onu göylərə qaldırar, sağlığına yeyib-içib dağılardılar. S.Rüstəm.
…Yeyib-içən bir dəstə kefli Cumanın nəzərini cəlb etdi. Ə.Əbülhəsən.

YEYİB-İÇMƏ
YEYİB-YATMAQ

Digər lüğətlərdə