ZƏYLİ

sif. Zəy ilə qarışıq olan, zəy vurulmuş, zəy qatılmış. Zəyli su.
– İnsanın bədəni yanmaqdan, məsələn, qaynar su tökməkdən qabarıb ziyadə azar edər… Belə qabarı duzlu, ya zəyli suya salanda qabarın içindəki su bu duzlu sudan duru olduğuna dəridən keçib duzlu suya qarışır və bu səbəbə belə qabarı yarım saata sağaltmaq olur… Əkinçi”.

ZƏYLƏTMƏK
ZƏYLİK
OBASTAN VİKİ
Zəylik
Zəylik — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı: Zəylik — Ağdərə rayonunda kənd. Zəylik — Daşkəsən rayonunda kənd. Zəylik — Kəlbəcər rayonunda kənd.
Zəylik (Ağdərə)
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Əhalisi == 2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Zəylik (Daşkəsən)
Zəylik — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "zəy olan yer" mənasındadır. == Tarixi == Kəndin keçmiş adı Pip olmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. Ərazisində Zəylik alunit yatağı var. Zəy yatağı kimi orta əsrlərdən məlumdur. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Zəylik kənd kitabxana filialı, Zəylik kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Zəylik kənd tam orta məktəbi fəaliyyət göstərir.
Zəylik (Kəlbəcər)
Zəylik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Hopurlu və Şeyinli kəndləri ilə birlikdə Zəylik kənd inzibati ərazi dairəsini təşkil edirlər. == Etimologiyası == Yaşayış məntəqəsi adını Zəylik çayının adından almışdır. Bu kəndin yerləşdiyi ərazidə kristal şəklində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü buradan götürülmüşdür. == Tarixi == Zəylik kəndinin əsası XVII əsrin sonlarına doğru Şimali İraqın Kərkük və Molsul vilayətlərində yaşayan türkmanların Farukhanlılar (Faruxkanlılar) nəslindən olan Alıpənah (Alpana) və Həsən (boyu və barmaqları uzun olduğundan el arasında Şana ləqəbi ilə çağırılırmış) adlı iki qardaşın törəmələri tərəfindən qoyulmuşdur. Onlar bir müddət Zar kəndində yaşasalar da, axırda burada su olmadığından Zəylik çayının sahilinə köçüb orada məskunlaşmışdılar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda ermənilərin təzyiqi ilə Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən qondarma Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zəylik kəndi mahalın bir hissəsi olmuşdur.
Zəylik (Tərtər)
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Əhalisi == 2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Zəylik bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə