ZİMİSTAN

is. [ fars. ] şair. Qış, qış fəsli. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz. ( Ata. sözü ).
Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldı, yaşıl. Aşıq Ələsgər.
…Hər gecənin bir gündüzü və hər zimistanın bir baharı olar… C.Məmmədquluzadə.
Pərişan gəzirsən bütün aləmi; Gözündə ilk bahar zimistan olur. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZİMİSTAN zimistan bax qış
ZİLVİYƏ
ZİNA

Digər lüğətlərdə