ZİNGİLDƏMƏK

f.
1. Zingilti səsi çıxarmaq.
Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman; Küçələrdə it soyuqdan zingildəyir, üşüyür. A.Səhhət.
İtlərin bir neçəsi cürətlənib mağaranın içinə soxuldu.
Ancaq çox çəkmədi, yenə zingildəyə-zingildəyə (z.) geri qayıtdılar. S.S.Axundov.
Haf-haf gəldi, zingildədi; Quyruğunu qısıb dedi: – Sənin xallı küçüyünəm; Burnu qıllı küçüyünəm. M.Dilbazi.

2. Zınqıldatmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZİNGİLDƏMƏK zıqqıldamaq
ZİNGİLDƏMƏ
ZİNGİLDƏŞMƏ

Digər lüğətlərdə