Zipf qanunu
Zipf qanunu — 1949-cu ildə Harvard Universitetində amerikan linqvisti Corc Zipf (George Kingsley Zipf) belə bir emprik qanunauyğunluq göstərmişdir (Zipfin birinci qanunu):
Əgər ixtiyari bir mətndə sözlər işlənmə tezliyinə görə azalan sırada düzülərsə, onda hər bir sözün ranqının onun işlənmə tezliyinə hasili təxminən eyni bir sabitə bərabər olacaqdır.
Əgər sözün ranqını
r
{\displaystyle r}
, onun işlənmə tezliyini
f
{\displaystyle f}
ilə işarə etsək, onda Zipfin birinci qanunu aşağıdakı kimi ifadə olunar:
r
∗
f
r
=
c
o
n
s
t
{\displaystyle r*f_{r}=const}
Zipfin ikinci qanunu isə belə ifadə olunur:
Mətndəki sözlərin sayı ilə onların işlənmə tezliyi arasındakı asılılığı əks etdirən əyri bütün mətnlər üçün eynidir.
Zipf qanunları riyazi hesablamalara deyil, bir çox dillərdə mətnlərdə sözlərin işlənmə tezliyinin statistik analizinə əsaslanır. Bu qanunlardan axtarış sistemlərinin alqoritmlərinin hazırlanmasında, saytın axtarışının optimallaşdırılmasında istifadə edilir və onların saytların reytinqinə tətbiqindən belə bir nəticə əldə edilir: İnternetin hər bir seqmentində saytların az bir hissəsi var ki, istifadəçilərin çoxu ora müraciət edir. Axtarış sistemləri bu qanunlara əsasən bütün sözləri 2 qrupa bölürlər:
Axtarış sistemlərində bəzi sözlər (məs., bağlayıcı, nida, şəkilçi və s.) "küy sözlər" hesab edilir və onlar saytların ranqlaşdırılmasında nəzərə alınmırlar.
Axtarış sistemləri digər sözləri vacib hesab edir və onları açar sözlər adlandırır.
Zipf qanununu klaviaturada hərflərin yerləşmə ardıcıllığına nəzər saldıqda daha yaxşı başa düşmək olar. Hər bir dildə digərlərindən daha çox istifadə olunan hərflər var. Bu hərflərin işlənmə tezliyi mövzudan asılı olaraq (elmi mətn, iqtisadi mətn və s.) fərqlənir. Hərflərin klaviaturada yerləşmə ardıcıllığı onların "məşhurluq dərəcəsi"nə görə düzülür.