ZOLAQ-ZOLAQ

sif. Zolaqlar şəklində olan. Zolaq-zolaq tarlalar.
– Qurtuluş güllələri zolaq-zolaq qızartdı havanı. R.Rza.

// Üzərində zolaqlar olan. Zolaq-zolaq parça. Zolaq-zolaq palaz. Zolaq-zolaq döşək. Zolaq-zolaq zürafə. Zolaq-zolaq özbək xələti.
[Qaragünənin] başının üstündən, divarda zolaq-zolaq bir pələng dərisi, üzərində mal damarından hörülmüş qaba bir qamçı … asılmışdı. M.Rzaquluzadə.
[Zeynal] zolaqzolaq xəstəxana pijamasının altında yavaşyavaş barmaqlarını tərpədirdi. B.Bayramov.

// Zərf mənasında. Zolaqlar şəklində. Böyrü qırmancdan zolaq-zolaq olmuş yabı.
– Köynəyinin üstündən də mümkündür saymaq; Qırmanclanmış zolaq-zolaq qabırğaları. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZOLAQ-ZOLAQ ZOLAQ-ZOLAQ (zolaqlar şəklində) [Zeynal] zolaq-zolaq xəstəxana pijamasının yaxası altında yavaş-yavaş barmaqlannı tərpətdi (B
ZOLAQ
ZOLAQARASI

Digər lüğətlərdə