ZƏHLƏ

zəhləsini aparmaq (tökmək) – təngə gətirmək, bezikdirmək, usandırmaq.
Mərdlərə can sadağa; Zəhləmi bədzat aparar. Aşıq Ələsgər.
Balaca uşaqların səsiküyü adamın zəhləsini aparır. C.Məmmədquluzadə.
[Zeynəb] ədəbiyyat müəlliminin lap zəhləsini tökmüşdü. Qantəmir.

Zəhləsi qaçmaq (getmək) – görməyə gözü olmamaq, acığı gəlmək, sevməmək, nifrət etmək.
…Şahın münəccimbaşıdan zəhləsi getmişdi. M.F.Axundzadə.
Bir müsəlman övrətindən zəhləsi qaçanda, gecə-gündüz səy eləyir ki, övrət ölsün, yəni vəfat etsin. C.Məmmədquluzadə.
[Məşədi İbad:] Hərgah [papağı] bu cürə qoysam, onda qızın məndən zəhləsi gedər. Ü.Hacıbəyov.
[Məhbusi Kərimxana:] Oğru kimi gizli və işsiz yaşamaqdan zəhləm gedir. M.İbrahimov.

ZƏHİR
ZƏHLƏAPARAN
OBASTAN VİKİ
Zəhlə
Zəhlə (ərəb. زحلة‎) — Livanda Biqa mühafəzəsinin inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır. Əhalisinin sayına görə şəhər Beyrutdan və Tərabülüs əş-Şamdan sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkit Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Biqa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Zəhlətökən (film, 2008)
"Zəhlətökən" (fr. L'emmerdeur) — rejissor Fransis Veberin filmi. == Məzmun == Muzdlu qatillə hansısa fotoqraf mehmanxanada bir-birinə qonşu otaqlarda qalmalı olurlar. Qatil buraya yeni bir tapşırıqla gəlib. Zəhlətökən fotoqraf özü də bilmədən terrorçuya mane olmağa başlayır.

Digər lüğətlərdə