ÇİN
ÇİN
OBASTAN VİKİ
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Çin
Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir. Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir. Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618–907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı.
Çin (dəqiqləşdirmə)
Çin Şərqi Asiyada bir bölgə.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
Çin Respublikası
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bununla da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Çin Səddi
Böyük Çin səddi — qədim Çində ölkənin şimalından gələn köçəri tayfaların hücumlarına qarşı müdafiə məqsədilə tikilmiş istehkamlar xətti. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur və bu dağınıq xalqlar, əl-ələ verərək dünyanın ən uzun və ən nəhəng daş divarını tikmişdilər.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.
Çin abeliyası
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. == Ekologiyası == Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Çin vedeliyası
Sphagneticola calendulacea (lat. Sphagneticola calendulacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin sphagneticola cinsinə aid bitki növü.
Çin xalqı
Bu məqalə - ÇXR-nın demonimi haqqındadır. Millət olaraq "Çinlilər" adlanan xalq üçün Han xalqı səhifəsinə baxın.Çinlilər - Çin Xalq Respublikasının və Çin Tayvan Respublikasının vətəndaşlarına verilən ad.
Çin yasəməni
Çin yasəməni (lat. Syringa × chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpağı tökülən koldur. 1777-ci ildə Ruan Botanika Bağında (Fransa) aşkar olunan bu hibrid fars yasəməni və adi yasəmənin çarpazlaşdırılması nəticəsində əmələ gəlmişdir. == Botaniki təsviri == Hündürlüyü 3-6 m, enli-yumurtavari və ya piramidal çətirli koldur. Qabığı boz rəngli, soyulandır. Budaqları nazik, düz dayanan və ya qövsvari olmaqla yuxarıya doğru əyilmişdir. Yarpaqların uzunluğu 4-8 sm, eni 2-4 sm, yumurtavari və ya yumurtavari-neştərvari formalı, yuxarısında ucu biz, bünövrəsi yumru, çılpaq, yarımdərili, parlaq yaşıl rəngli, alt tərəfi bir az açıqdır. Saplaqları nazik, uzunluğu 1,2 sm-dir. Çiçəkləri bənövşəyi, qırmızımtıl və ya bənövşəyi-qırmızımtıl rəngli, güclü xoş qoxuludur.
Çin yazısı
Çin yazısı (sadələşdirilmiş çincə: 汉字; ənənəvi çincə:漢字; pinyin: hànzì; çin. han işarələri) — çincə yazmaq üçün yaradılmış loqoqramlar. O, həmçinin qismən yapon və Koreya dilləri üçün işlənilir, və tarixən Vyetnam və juan dilləri üçün işlənilirdir. == Tarix == === Əfsanəvi mənşəsi === Əfsanəyə görə, çin yazısı Sarı İmperatora işləyən rəsmiyyətçi, Tsancie tərəfindən yaradılmış. Dünya heyvanlardan, yer landşaftından, ulduzlar və göydən öyrənib, heranlanmış, o ilk Çin yazısı olan, 字 (dzı) adlı simvolları yaratmışdı. Əfsanəyə görə, yazıların yardılma günü insanlar xəyalətlərin ağlamasını eşitdilər bəhərin yağış kimi yağmasını gördülər. === Müasir işlətmə === Çin heroqlifləri Çindən başqa başqa ölkələrdə də işlənilir. Yapon yazısında onlar hiraqana və katakana əlifbaları ilə birlikdə işlənilir.
Çin yovşanı
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yayılması və ekalogiya == Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Çin çayı
Çin çayı (lat. Camellia sinensis) — == Təbii yayılması == Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. == Ekologiyası == Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Çin çon
Çinçon və ya Çin çon (ing. Ching Chong) Çin əhalisinə qarşı işlənən alçaldırıcı ad. Çinliləri ələ salmaq, ağız əymək və ya çin dilini imitasiya eləmək üçün işlənə bilər. Biraq çox hallarda bu söz ilə ancaq çinlilər yox, başqa Şərqi Asiya millətləri də rastlaşır (koreyalılar, yaponlar, taylar və s.). İctimai xadimlərin çoxusu bu termini irqçilik ilə əlaqələndirir. Tələffüzü: Çinçon sözündəki "Ç" hərfi "ts" və "ç" aralığında olan bir səs ilə təsvir eləmək olar; "n" hərfi qalın "n" səsini daşıyır (çin-latın transkripsiyasında "NG" qalın "n", "N" isə incə "n" səsini bildirir).
Çin şahmatı
Çin şahmatı (Xiangqi, 象棋) – iki oyunçu üçün strateji lövhə oyunu. Çindən və etnik çinlilərin icma halında yaşadığı ərazilərdən başqa, çin şahmatı keçmişdə Vyetnamda da məşhur idi. Oyun iki ordu arasındakı döyüşü əks etdirir, məqsəd rəqibin şahını tutmaqdır. Oyun qaydaları qədim Çinin siyasi və sosial həyatına xas ünsürlərə istinadən qurulub. Çin şahmatının fərqli xüsusiyyətləri: generalların (şahların) üzbəüz gəlməsini qadağan edir; top (pao) atlayaraq tutur; lövhə üzərindəki sahə çay və saray adlanır hansi ki, bəzi fiqurların hərəkətini məhdudlaşdırır; və fiqurlar xanaların yerinə zolaqların kəsişməsində yerləşdirilir. == Lövhə == Lövhə 9 sətir və 10 sütundan ibarətdir. Go oyunundakı kimi fiqurlar kəsişmələrdə yerləşdirilir. Şaquli xətlər "fayl", üfüqi xətlər isə "rütbə" adlandırılır. Lövhə birincidən üçüncüyə və səkkizincidən onuncuya mərzkəzlənmiş iki zonadır, hər üç xala üç xal, orta nöqtədə kəsişən və əks küncləri birləşdirən iki dioqonal xətlə ayrılmışdır. Hər bir sahə 宮 kimi tanınır, "saray" və ya "qala" kimi tərcümə olunur.
Çin şizandrası
Çin şəhərləri
== Siyahı ==
Çin Əsri
Çin əsri (çin. 中国世纪; ing. Chinese Century) — XXI əsr geosiyasətinin Çində üstünlük təşkil edəcəyi ambisiyası. Bu termin xüsusilə Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını üstələyəcəyi və dünyanın ən böyük milli iqtisadiyyatını meydana gətirəcəyi iddiası ilə əlaqədar istifadə olunur. BMT Dünya Bankının məlumatına görə, Çin son iki minilliyin əksər hissəsi üçün artıq bu statusu qoruyub saxlayır. Çin Şanxay Əməkdaşlıq Təşkilatını NATO-ya alternativ olaraq qurdu, Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna, isə Asiya İnfrastruktur İnvestisiya Bankına və Yeni İnkişaf Bankına alternativ olaraq təsis etdi . Bundan əlavə, dünya işlərində daha böyük rol oynamaq üçün demək olar ki, 1 trilyon dollar dəyərində gələcək sərmayələri olan Bir nəsil, bir yol, siyasət təşəbbüsü yaratdı. Həmçinin Trans-Pasifik Tərəfdaşlığına alternativ olaraq Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıqdan istifadə etməyi planlaşdırır.
Çin ədəbiyyatı
Çin ədəbiyyatı — Çin mədəniyyətinin bir hissəsi, Çin dilində ədəbiyyat. Çin ədəbiyyatının kökləri çox-çox qədimlərə gedib çıxır. Yaranmış əsərlər həqiqətən də möhtəşəmdir. Çin ənənəvi ədəbiyyatı xronoloji prinsipə uyğun olaraq beş mühüm tarixi mərhələyə bölünür: E.ə. 206-cı ilə qədər E.ə. 206 – b.e.
Çin əhalisi
== Əhali sayının dinamikası == 31 dekabr, 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən ÇXR-nın əhalisi hər iki cinsdən birlikdə 1 milyard 354 milyon 40 min nəfərdir.
Çin əjdahası
Çin əjdahası — Çin folklorunda və Çin mifologiyasında əfsanəvi məxluq. Əjdahaların tısbağa, balıq və xəyali varlıqlar kimi bir çox heyvana oxşayan formaları var, ancaq onlar daha çox dörd ayaqlı ilan kimi təsvir olunurlar. İn və Yan terminologiyasında əjdaha yandır, Çin feniksi isə ini tamamlayır. Çin əjdahaları ənənəvi olaraq, mərhəməti və əzəmətin qüdrətini simvolizə edir, xüsusi olaraq isə suyu, yağışı, tufanı və daşqını idarə etmək gücünə malikdir. Əjdaha həmçinin gücü, qüvvəni və buna layiq olan insanlar üçün uğuru simvolizə edir. Bununla belə, Çin imperatoru imperiyanın gücünü göstərmək üçün əjdahadan istifadə edirdi. Çinin gündəlik danışıq dilində hörmətli və məşhur insanları əjdaha ilə, bacarıqsız və nailiyyətləri olmayan insanları isə soxulcan kimi ehtiram göstərilməyən varlıqlarla müqayisə edirlər. Bir çox Çin atalar sözü və idiomlarında əjdahaya aid nümunələr var, məsələn: Ümidli birinin oğlu əjdaha olacaq (望子成龍,wàng zǐ chéng lóng, yəni, oğlunun bir əjdaha çevrilməsi ümidi ilə). == Rəmzi əhəmiyyəti == Tarixən əjdaha Çin imperatorunun simvolu olub. Çjou sülaləsində beş-caynaqlı əjdaha Səma Oğlunu , dörd caynaqlı əjdaha zadəganları (zhuhou, seigneur), üç caynaqlı əjdaha isə nazirləri (dafu) təsvir etmək üçün təyin olunmuşdu.
Çin ərgəvanı
Çin əriştəsi
Əriştə Çin mətbəxinin vacib tərkib hissəsidir. Çin əriştələri istehsal bölgəsinə, tərkib hissələrinə, forma və ya genişliyinə və hazırlanma tərzinə görə çox dəyişir. Bu məhsul Çindəki əksər regional mətbəxlərdə və xaricdə Çin əhalisi çox məskunlaşan digər ölkələrin mətbəxlərində geniş istifadə olunur. Çin əriştəsi Koreya (jajangmyeon) və Yaponiya (ramen) kimi qonşu Şərqi Asiya ölkələrinin, habelə Vyetnam, Kamboca (kuy teav), Tayland və Filippin kimi Cənub-Şərqi Asiya ölkələrinin mətbəxlərinə daxildir. == Adlandırılması == Çində dil müxtəlifliyinə görə əriştə növləri üçün bir çox ad var. Mandarin dilində buğda unundan hazırlanan əriştə miàn (sadələşdirilmiş Çin dili: 面; ənənəvi Çin dili: 麵; tez-tez "mien" və ya "mein" kimi tərcümə olunur), fěn (粉) növünə isə nişastadan hazırlanan əriştə aiddir. == Tarixi == Çin əriştəsi haqqında ilk yazılı məlumatlara Qərbi Han Xanədanlığının (25-220) bir kitabında rast gəlmk olar. Əriştələr, ümumiyyətlə buğda əriştələri, Han dövründə (e.ə. 206 - e.ə. 220) məşhur bir ərzaq məhsulu idi .
Gəncə Çini qablar zavodu
Gəncə Çini qablar zavodu — Gəncə şəhərində fəaliyyət göstərmiş çini istehsal müəssisəsi. 1970-ci illərin əvvəllərində açılan Gəncə Çini qablar zavodu 25 ildən çox müddətdə faəliyyət göstərib. Zavod istehsal etdiyi Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə və s. məhsullarla adından söz etdirməyi bacarıb. O vaxtlar çini qablara tələbat böyük olduğundan bu zavod sosialist ölkələrinə də çini qablar satırdı. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra iqtisadiyyatın keçid dövründə müəssisə rəqabətə davam gətirə bilmir və 1996-cı ildə fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalır. 1998-ci ildə Gəncə Çini qablar zavodu özəlləşdirilir. Hazırkı hüquqi varisi isə "Gəncə çini qablar" ASC-dir.
Hind-Çin pələngi
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Hindi-çin bəbiri
Honkonq Çin Universiteti
Honkonq Çin Universiteti (çin. 香港中文大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Ma-şuy Lyu, Şa Tin rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1957-ci ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri birgə Honkonq Çin Ali Təhsil Assosiasiyası yaradır və hökumət tərəfindən tanınır. 1959-cu ildən bu üç kollecin dövlət tərəfindən maliyyələşdirilməsinə başlanır. 1963-cü ildə Yeni Asiya, Birləşmiş, Çunq Çi kollecləri Honkonq Çin Universiteti adı altında birləşdirilir. İki il sonra universitetdə Təhsil (Pedaqogika) Məktəbi açılır. 1976-cı ildə qərar qəbul edilir və bu qərara əsasən Honkonq Çin Universiteti kollegial universitet elan edilir, bir il sonra isə Tibb Məktəbi yaradılır. 1986-cı ildə bu ali məktəbdə Şo Kolleci, 1991-ci ildə Mühəndislik Məktəbi, 2005-ci ildə hüquq fakültəsi açılır. 2006-cı ildə universitetdə iki kollec (Morninqsayd və SH Ho), 2007-ci ildə isə daha üç kollec - CW Çu, Vu Yi Sun və Li Vu Sinq istifadəyə verilir. Hər kollecin ayrıca yataqxana, yeməkxana, idman zalı, kitabxana və digər obyektləri mövcuddur.
Həsən Çingiz oğlu Hüseynov
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; 2 sentyabr 1953, Bakı) — Azərbaycan mənşəli sovet və rus filoloqu — Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi. == Bioqrafiya == 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A. F. Losev və A. A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978–1984), sonra SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir. 1990–1991-ci illərdə Heydelberqdəki Humboldt Fondunun təqaüdçüsü, 1992–1997-ci illərdə Bremendə Şərqi Avropa İnstitutunda elmi işçi olmuş, Danimarka, Almaniya, ABŞ-nin universitetlərində dərs demiş, "Alman dalğası" internet-nəşrində çalışmış (2001–2006), Bonn Universitetinin dosenti (2002-ci ildən), 2006–2007-ci illərdə yenidən Şərqi Avropa İnstitutunun üzvü olmuşdur.
Kim Çin-Myon
Kim Jin-Myonq (5 noyabr 1972) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Jin-Myonq Şimali Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Klassik Çin dili
Klassik Çin dili və ya Ədəbi Çin dili (Çin dili: 文言文; pinyin: Wényánwén, "ədəbi dil yazısı") — Yaz-Payız dövrünün sonundan Han sülaləsinin sonuna qədər yazılmış klassik ədəbiyyatın dilidir. Qədim Çin dilinin yazılı bir formasıdır. Klassik Çin dili ənənəvi Çin yazı üsulu olub klassik dildən yaranmışdır, buna görə də bugünkü Çində danışılan bütün Çin danışıq formalarından fərqlidir. Ədəbi Çin dili XX əsrin əvvəllərinə qədər Çində, demək olar ki, bütün rəsmi yazılarda, həmçinin müxtəlif dövrlərdə Yaponiya, Koreya və Vyetnamda istifadə edilmişdir. Çin dilində danışanlar arasında Ədəbi Çin dilinin yerini artıq Çin miqyasında danışılan müasir Çin dili tələffüzünə əsaslanan və müasir Mandarin Çin dilinin danışıldığı formaya bənzəyən Baihua yazısı əvəz etmişdir. Çin dilində danışmayanlar isə ədəbi çin dilini yerli ləhcələrin lehinə buraxdılar.
Li Çinq Yue
Li Çinq Yue (bilinmir – 6 may 1933) — Çinli botanik və döyüş idman növləri üzrə ustad. == Həyatı == Li Çinq Yuenin 1677-ci ildə anadan olduğu göstərilir. Əslində onun əsl doğum tarixi heç vaxt müəyyən edilməyib. Gerontoloqlar onun iddialarını mif hesab edirlər. Yuxarıdakı rəqəmlərə diqqət yetirildiyi və 1933-cü ildə vəfat etdiyi nəzərə alındığı zaman məşhur botanikin, 250 ildən artıq ömür sürdüyü məlum olur. Hər iki halda da Li Yue dünyanın ən çox yaşayan insanı adına sahib olur. Bu barədə xəbər nüfuzlu "Taym" jurnalında belə öz əksini tapıb. "Taym" jurnalında dərc olunan xəbərə görə, Li Çinq Yuenin 250 yaşına qədər yaşamasının sirri "Köpək – göyərçin – qurbağa" üçlüyündədir. "Taym" jurnalında bildirildiyinə görə, Li Yue həyatının böyük hissəsini dağların ətəklərində bitkilər toplamaqla və uzun ömür sürmənin sirlərini araşdırmaqla keçirib. 1748-ci ildə 71 yaşında olarkən Çin ordusunda döyüş texnikası üzrə məsləhətçi kimi fəaliyyət göstərən Yue ordu sıralarından uzaqlaşaraq, evinə qayıtdıqdan bir il sonra vəfat edib.
Mandarin Çin dili
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Mandarin çincəsi
Bu məqalə Şimali Çində danışılan Mandarin haqqındadır. Çin Xalq Respublikasının rəsmi dili olan Standard Mandarin haqqında məlumat üçün Standart Çin dili məqaləsinə baxın. Mandarin və ya Beifanghua (北方 話; Hanyu Pinyin: Běifānghuà) — Çin dilinin ən çox danışılan ləhcəsidir. Çinin şimalında danışılmış bütün ləhcələr Mandarin olaraq təsnif edilir. Bununla birlikdə, Mandarin ümumiyyətlə daha dar mənada Çin və Çin Respublikasında (Tayvan) rəsmi dil olaraq işlədilən Standard Çin dilinə (普通话, Putonghua/国语, Guoyu) aiddir. Mandarinin Pekin ləhcəsi, müasir dövrdə Çin Xalq Respublikasında və Tayvanda, Standart Çin dili adı altında rəsmi dil olaraq tanınır. == Tarixi == Standart Mandarin həmişə çox ləhcələrdən ibarət olmuşdur; lakin prestij ləhcələri həmişə tapılmışdır. Məsələn, Konfutsi yerli ləhcələrə nisbətən yǎyán (雅言) ləhcəsini və ya "fərqlənmiş ləhcəni" üstün tuturdu. Han sülaləsinin yazılarında tōngy yazısı (通 语) istifadə edilmişdir. Şimal və cənub hökmdarlarının kitabları o dövrdə bir və ya bir neçə standart sistematik tələffüzü əks etdirirdi.
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən termindir. Bu ərazilərə Honqkonq və Makao xüsusi inzibati rayonları, və həmçinin Tayvan daxil deyil. Bu hüquqi və siyasi anlayışdır. Lakin, bəzən sırf coğrafi mənada da işlənilir. Məsələn, Haynan adasının xüsusi statusu yoxdur, lakin onun coğrafi mənada Materik Çindən Haynan boğazı tərəfindən ayrılmış olduğundan yazılır. == Tarixi == Çində vətəndaş müharibəsinin sonunda, 1949-cu ildə, Çin Kommunist Partiyası (ÇKP) ilə Çin Xalq Azadlıq Ordusu qalib gələrək Homindan və Milli İnqilabi Ordusunu məğlub ediblər. Buna görə, Homindan Çin Respublikasının institutlarını (o cümlədən, hökumətini) Tayvana köçürməyə məcbur olub. Tayvan adası Yaponiyanın kapitulyasiyasından sonra, 1945-ci ildə Homindana hökumətinə verilmişdi. 1949-cu ilin oktyabrın 1-də Çin Xalq Respublikası təsis olandan bəri, onun ÇKP idarə etdiyi hökuməti özünü bütöv Çinin yeganə qanuni hökuməti olaraq sayır.
Monqol Çini
Yuan sülaləsi (1271-1368-ci) il - Çində hökmranlıq etmiş Monqol sülaləsi. == Tarixi == Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur. Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək.
Pazşəkilli çinar
== Təbii yayılması: == Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. == Botaniki təsviri: == Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. == Ekologiyası: == Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. == Azərbaycanda yayılması: == Bir çox rayonlarda mədəni şəraitdə becərilir. == İstifadəsi: == Dekorativ bağçılıqda geniş istifadə olunur.
Qazaxıstan-Çin sərhədi
Qazaxıstan-Çin dövlət sərhədi (Qazaxca: Қазақстан-Қытай мемлекеттiк шекарасы; Çincə: 中哈边界) — Qazaxıstan Respublikası ilə Çin arasındandaki hazırkı sərhəd, Qazaxıstan SSR ilə Çin arasındakı sərhəddə uyğun gəlir. Sərhədin ümumi uzunluğu 1782,75 km-dir. == Coğrafiyası == Qazaxıstan ilə Çin arasında sərhədlər XIX əsrdən Rusiya imperiyası Zaisan gölü ərazisində öz nəzarətini qurması ilə başlayır. Rusiya imperiyası ilə Çin imperiyası arasında olan sərhədlər 1860-cı il Pekin Müqaviləsi ilə müəyyən edilmiş və həmçinin müvafiq olaraq Çuquçak Protokolu və 1864 və 1881-ci ildə Ili ərazisi barədə Müqaviləsi ilə tamamlanmışdır. Sovet dövründə SSRİ ilə Çin arasında sərhəd xəttləri üzərində olan mübahisələr iki ölkə rəsmiləri arasında davam etdi.Müntəzəm olaraq, bu mübahisələr silahlı münaqişələrə çevrilirdi. Belə münaqişələrdən ən böyüklərindən biri isə 1969-cu ilin avqustunda Jalanaşkol gölü ərazisində oldu. Qazaxıstan müstəqillik qazandıqdan sonra 1994-cü il aprelin 26-da Qazaxıstan-Çin dövlət sərhədində Qazaxıstan və Çin arasında razılıq əldə olundu.Bu sənədə görə, Jalanaşkol gölünün şərqindəki ərazilər Çin ərazisi olaraq tanınır. Daha sonra ölkələr arasındakı sərhədlərə kiçik dəyişikliklər edən daha az əhəmiyyətli sənədlər imzalandı. Dövlət sərhədinin ümumi uzunluğu 1782,75 km, o cümlədən: torpaq sərhədi - 1215,86 km, su - 566,89 km.
Qızıl məbəd (Çin)
Qızıl məbəd — Çində yerləşən məbəd. Vudang Dağının ana təpəsində olan "Qızıl Məbəd", Çində qoruma altına alınan bürüncdən hazırlanmış və qızıl örtməli ən böyük məbəddir. Beş metr yüksəkliyində və dörd metr genişliyində olan "Qızıl Məbəd", qüsursuz bir şəkildə tikilmişdir və içəriyə külək belə sızmaz. Bu məbəddə bürüncdən hazırlanmış və üzəri qızıl örtmə 10 ton ağırlığında "Taoizmin Tanrısı Zhenwu" heykəli var. Qeydlərə görə; bu məbəd, 20 ton bürünc və 300 kilo qızıl istifadə edilərək Beijingdə tikildikdən sonra, Vudang Dağına daşınmışdır. "Qızıl Məbəd"in yaxşı ötürücü qüvvəsi olduği üçün, üzərinə tez-tez ildırım düşməkdədir. Lakin, ildırımlar məbədə heç də zərər verə bilməməkdə, əksinə daha da parlaqlıq qazanmasına səbəb olmaqdadır. Bu, möcüzəvi bir vəziyyətdir.
Qədim Çin fəlsəfəsi
Çin fəlsəfəsi — Çin dünyagörüşünün əsaslarından biri. == Tarixi == Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı dövrdə (b.e.ə. VIII–VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasında gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqında sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövrdə, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və s. haqqında II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər geniş yayılmışdır. Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması b.e.ə. VI–V əsrlərə aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə əks etdirirdi.
Qədim Çin ordusu
RXuanxe və Yansızı çayları vadisində təşəkkül tapan IV qüdrətli Qədim Şərq sivilizasiyası olan Qədim Çində e.ə. III-II minilliklər hərbi-siyasi hadisələr ilə zəngin olsa da, digər Qədim Şərq ölkələrindən fərqlənmirdi.Məhz e.ə. I minillikdə Qədim Çin dünya hərb elminə və döyüş sənətinə ilk nəzəri əsərləri bəxş etmiş oldu. Çində hərb fəlsəfəsinin yaranmasına bilavasitə klassik fəlsəfi məktəblərin və təlimlərin – Moizm, Leqizm, Daosizm və Konfusiçiliyin təşəkkülü müstəsna təsir göstərmişdir.Eyni zamanda mistik-dini mühitin üstünlüyünə baxmayaraq ilk rasional elmi baxış məhz bu dövrdə Çində meydana çıxmışdı. Belə bir şəraitdə artıq e.ə. I minilliyin I yarısında Çində “Vuruşan çarlıqlar” adlı tarixi mərhələdə bir-birinin ardınca iki hərbi traktat meydana çıxdı. Bunlardan biri e.ə. VI-V yüzilliklərə aid edilən Sun Szinın “Müharibə sənəti” əsəri, digəri isə e.ə. V-IV yüzilliklərə aid olan U-Szinin “Müharibə sənəti” əsəridir . Düzdür bu əsərlərin hər ikisi əyani tələblərə uyğun və poetik tərzdə tərtib olunub və bunlarda müharibənin mənşəyi məsələsinə bilavasitə toxunulmur amma, bu hərbi nəzəriyyə və fəlsəfə baxımından çox vacib əsərdir.Çin ordusunun tarixi təxminən eramızdan əvvəl 2200-cü ilə təsadüf edir.
Qərb çinarı
== Təbii yayılması: == Təbii halda Şimali Amerika-Ontariodan Meksika və Şimali Floridaya qədər yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 45 m-ə qədərdir. Çətiri uzunsov və ya yumurtavari-piramidaldır. Gövdəsinin qabığı açıq boz rəngli, xırda, nazik lövhələrlə ayrılır və açıq sarı rəngli tər qabığın xallarını açır. Birillik budaqları tünd, narıncı-qonurdur. Yarpaqları iri, eni 20 sm-ə qədər, üçpərli, güclü zoğlarda bəzən beş pərli, parlaq, üstdən tünd yaşıl, altdan nisbətən açıq rəngdə, bünövrəsi enli-ürəkvari, bəzən qısa-pazşəkilli, kənarları bütövdür. Cavan yarpaqları hər tərəfdən seyrək keçəli, inkişaf etmişlərin üstü çılpaq və parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, damarcıqlarda və qoltuqlarında keçəli-tüklüdür. Saplağı keçəli-tükcüklü və şərq çinarına nisbətən daha uzundur. Yalançı zoğların uzunluğu 2,5-3,5 sm, qıfvari, kənarları dişlidir. Meyvə başcıqları tək, bəzən cüt, hamar, diametri təxminən 2,5-3 sm, çılpaq meyvə saplağının ucunda uzunluğu 7,5-15 sm-dir.
Rusiya-Çin münasibətləri
Rusiya-Çin münasibətləri—Rusiya və Çin arasında əlaqə. == Tarixi == Rusiya-Çin münasibətləri XIX əsrin I yarısında Rusiya-Amerika münasibətlərində olduğu kimi təsadüfi xarakter daşıyırdı və Rusiyanın Qərbi Avropa dövlətləri ilə münasibətləri yalnız qismən inkişaf etmişdir. Çar hökuməti əmtəə-pul münasibətlərinin inkişafında əsas diq- qəti Yaxın və Uzaq Şərq ölkələri ilə xarici siyasət əlaqələrinin genişləndirilməsinə yönəltmişdi. İqtisadi cəhətdən Rusiyaya nisbətən geridə qalmış bu dövlətlər inkişafda olan Rusiya sənayesi üçün münasib satış bazarları təşkil edirdi. XIX əsrin I yarısında Rusiya-Çin münasibətləri başlıca olaraq ticarər xarakteri daşıyırdı. Çinə ixrac olunan məhsullar əsasən xəzlər, pambıq və mahud parça, gön dəri idi. Çin tacirləri Rusiyada çay,ipək parça, daş-qaş satışlarının həyata keçirirdilər. Rusiya-Çin ticarəti mübadilə xarakteri daşıyırdı. Rusiya-Çin münasibətləri XIX əsrin münasibətləri XIX əsrin 50-ci illərində gələcək inkişaf üçün yeni imkan əldə etdi.1851-ci ilin 25 iyulunda Kuldje rus və çin vəkilləri arasında yeni ticarət müqaviləsi imzalandı. Bu müqviləyə əsasən hər iki dövlətin tacirlərinin gömrüksüz ticarət etmək hüququ təsdiqləndi.
Sadələşdirilmiş Çin heroqlifləri
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Sadələşdirilmiş Çin yazısı
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
Sadələşdirilmiş Çincə
Sadələşdirilmiş Çin yazısı (Çincə: 簡體字 veya 简体字; pinyin: jiǎntǐzì) — Çin yazısında qədim dövrlərdən bəri istifadə edilən Ənənəvi Çin yazısı, 1960-cı illərdə Çində Sadələşdirilmiş Çin yazısına keçiddən sonra rəsmən ortadan qaldırılmışdır.
San-Fransisko Çin Xəstəxanası
San-Fransisko Çin Xəstəxanası (ing. San Francisco Chinese Hospital) - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı San-Fransisko şəhərində yerləşən çin xəstəxanası. Xəstəxana ABŞ-da fəaliyyət göstərən yeganə Çin xəstəxanası kimi tanınır. Çin qəsəbəsində yerləşən xəstəxana 1924-cü ildən etibarən xidmət göstərməkdədir. San-Fransisko Çin Xəstəxanası şəhərdə yerləşən San-Fransisko Mərkəzi Xəstəxanasında dil bariyeri ilə qarşılaşan və orta sinifdən olan yerli çinlilərə xidmət göstərmək üçün yaradılmışdır. Xəstəxananın personalı ingilis dilində əlavə olaraq çin dilinin müxtəlif dialektlərində də xidmətlər göstərirlər. Döyüş sənəti üzrə məşhur döyüş ustası, idmançı və aktyor, Cit Kun Do döyüş sənətinin banisi Brüs Li 1940-cı ilin 27 noyabr tarixində San-Fransisko Çin Xəstəxanasında anadan olmuşdur. == Tarixi == 1888-ci ildə San-Fransiskoda yaşayan çin icması çinli vətəndaşlara xidmətin göstərilməsi üçün milli xəstəxananın yaradılması üçün şəhər şurasına müraciət edir, ancaq lazım olan icazəni ala bilmir. XIX əsrin sonlarında şəhərdə çinlilərə məxsus müxtəlif morqlar və kilinikalar fəaliyyət göstərsə də heç biri tam təyinatlı xəstəxana formasına çatmamışdır. 1899-cu ildə xəstəxananın yerləşəcəyi binanın mülk sahibləri olan anlaşılmazlıqlara görə nəzərdə tutulan bina sökülür və hal-hazırkı bina 1925-ci ildə tikilmişdir.

Digər lüğətlərdə