ÇUBUQ

is.
1. Elastik, yarpaqsız, nazik, düz budaq, şüy. Çubuqla yun döymək. Söyüd çubuğu.
– Mirzağa əlində tutub gəzdirmək üçün bağçadan bir çubuq kəsmişdi. S.Hüseyn.
Kərim baba … iki barmaq qalınlığında yaş çubuğu yonurdu. A.Şaiq.

2. Nazik metal mil. Dəmir çubuq.
3. Tənbəki çəkmək üçün bir ucu ağızlıq, digər ucunda isə tənbəki tökməyə məxsus yeri olan içiboş nazik ağac parçasından ibarət cihaz; qəlyan.
Çıxartdı [Məmmədhəsən əmi] çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyə. C.Məmmədquluzadə.

4. məc. Arıq, nazik, incə mənasında. Çubuq qız.
[Aslan bəy:] [Aydəmir] 19 yaşında çubuq uşaq(dır). C.Cabbarlı.
Daha Ələmdar qutudakı üzüyü öz çubuq barmağına keçirib, bilərziyi dəyənək qoluna bağlayıb, həmayili də sinəsindən asmayacaqdı ki. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇUBUQ 1. ÇUBUQ, ŞÜY (yarpaqsız düz budaq) 2. çubuq bax qəlyan
  • ÇUBUQ boru — qəlyan
  • ÇUBUQ şax — çöp — ağac

Etimologiya

  • ÇUBUQ Farscadır, əsli çubək, “kiçik ağac” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÇÖZÜM
ÇUBUQBAŞI

Digər lüğətlərdə