ÜLVİXAN
ÜLVİYYƏT
OBASTAN VİKİ
Ülviyyə Ağayeva
Ülviyyə Ağayeva (18 sentyabr 1978, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezideni. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
Ülviyyə Fətəliyeva
Ülviyyə Hasil qızı Fətəliyeva (3 avqust 1996, Gəncə) — azərbaycanlı şahmatçı, beynəlxalq usta (2022). == Həyatı == Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncə şəhərində, Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor olan Hasil Fətəliyevin ailəsində anadan olub. Əslən Zərdab rayonunun İsaqbağı kəndindəndir. Gəncə şahmat məktəbinin yetirməsidir. Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində, magistr təhsilini isə İtaliyada almışdır. == Karyerası == 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. 2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub. 2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb. 2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.
Ülviyyə Hacıbəyova
Ülviyyə Vaqif qızı Hacıbəyova (d. 9 iyun 1960, Bakı) — Azərbaycan pianoçusu və bəstəkarı, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Ülviyyə Hacıbəyova 9 iyun 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 3 yaşında pianoda ifa etməyə başlamışdır. Ülviyyə Hacıbəyova ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində almışdır. 1983-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə, 1986-cı ildə isə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirmiş, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs almış, təcrübə keçmişdir. Ülviyyə Hacıbəyova pedaqoji fəaliyyətinə 1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlamışdır. Hazırda Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professorudur. == Yaradıcılığı == Ülviyyə Hacıbəyova 1985-ci ildən Yeganə Axundova ilə birlikdə piano dueti ifaçısı kimi müntəzəm olaraq Azərbaycanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. O, həmçinin bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla çıxış edir.
Ülviyyə Həmzəyeva
Həmzəyeva Ülviyyə Tapdıq qızı (30 aprel 1982, Şəkərabad, Babək rayonu) — Azərbaycanlı ictimai-siyasi xadim,rəssam. Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010–2015-ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisi V, VI və VII çağırış deputatı == Həyatı == Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır. == Siyasi fəaliyyəti == Naxçıvan Ali Məclisinin V çağırışı, Azərbaycan Milli Məclisinin V çağırış deputatı və Azərbaycan Milli Məclisinin VI çağırış deputatıdır. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Yaradıcılığı == Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır.
Ülviyyə Könül
Ülviyyə Könül (28 sentyabr 1972, Bakı) — klipmeyker, rejissor, ssenari müəllifi. Əməkdar incəsənət xadimi. "Mədəniyyət" telekanalın direktoru. == Həyatı == Kərimova Ülviyyə Oqtay qızı 28 sentyabr 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1992–1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib, musiqili kliplər, sosial və digər reklam çarxlarını, 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli konsertin və digər layihələrin rejissoru olub.
Ülviyyə Rza
Ülviyyə Rəhimova
Ülviyyə Rəhimova (2 avqust 1983, Bakı) — Azərbaycanlı müğənni. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib, həmin illərdə "Bəri-Bax" qrupun tərkibində müxtəlif müsabiqələr və festivallar iştirakçısı olub. 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün 2 fevralda keçiriləcək yarımfinal mərhələsində "İn Love" mahnısı ilə yarışıb. Lakin finala çıxa bilməyib. Müğənninin toyu 2010-cu il sentyabrın 25-i Bakının şadlıq saraylarından birində baş tutub. Ülviyyə caz ifaçısı Ceyk Cons adlı əcnəbi şəxslə ailə həyatı qurub.
Ülviyyə Sultan
Ülviyyə Sultan (osman. اولویا بنت, Ulviye Sultan) və ya Ülviyyə bin Əbdülhəmid xan (osman. اولویا بنت عبدالحمید هان, Ulviye bint Abdul Hamid Han; 1864 və ya 1868, İstanbul – 29 noyabr 1870, 1870, 1872, 1875 və ya 5 oktyabr 1875, İstanbul) — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin ilk xanımı Nazikəda Qadınəfəndidən olan yeganə övladı və ilk qızı. Ülviyyə Əbdülhəmidin sevimli qızı idi. O, təxminən 7–9 yaşlarında ikən bir yanğında ölmüşdür. == Həyatı == Ülviyyə Sultan 1864 və ya 1868-ci ildə Konstantinopoldakı (indiki İstanbul) Dolmabağça sarayında anadan olmuşdur. Anası Əbdülhəmidin ilk xanımı olan çərkəzəsilli Nazikəda Qadınəfəndidir. Ülviyyə Nazikəda Qadınəfəndinin yeganə övladı idi, lakin onun ən azı 16 ögey qardaşı və bacısı var idi. Mənbələr onun Əbdülhəmidin ən sevimli qızı olduğunu bildirir; Ülviyyə zahirən çox gözəl uşaq olaraq təsvir edilmişdir: "çox şirin, çox ağıllı, yaşına görə çox gözəl qız idi… qaragözlü, uzun kirpikli, ağdərili, çəhrayı yanaqlı olan o, bir mələk kimi idi". Türkiyə tarixçisi Nəcdət Sakaoğlu qızın 7 yaşında ikən saray təhsili almağa başladığını bildirmişdir.
Ülviyyə Tahir
Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. == Həyatı == Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur. === Təhsili === 1987—1998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır. 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir. 2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur. == Fəaliyyəti == 2009-cu ildə ilk hekayəsini yazmışdır. 2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində "Anamın tabutu" adlı pyeslə iştirak etmiş və 44 balla 7-ci yer olub. "Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib. Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir. === Əsərləri === ==== Müəllifi olduğu əsərlər ==== Şeytanın missiyası Üzü cəhənnəmə Buqələmun Ortaq şəhər (hekayələr kitabı) ALJİR Şükriyyə Taleyim ==== Tərcümə və şərhçisi olduğu əsərlər ==== Co Navarro / Marvin Karlins, Bədən dili Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib) == İstinadlar == == Həmçinin bax == Ceylan Mumoğlu == Xarici keçidlər == Rəsmi bloqu Ülviyyə Tahir — Instagram səhifəsi Ülviyyə Tahir — Azadlıq Radiosunun rəsmi saytında Ülviyyə Tahir.
Ülviyyə Şamilqızı
Ülviyyə Şamilqızı (Məmmədova) (d. 23 aprel, 1986, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. 24 yanvar, 2018, Həştərxan vilayəti, Rusiya) — Azərbaycan jurnalisti. == Həyatı == Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Şəhid hesab olunur. Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində çalışıb. O, 2013-cü il sentyabrın 27-də partiyanın keçirdiyi mitinqdə üzürlü səbəbdən iştirak etmədiyi üçün işdən qovulub. O, həm də "Report" İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün 2017-ci ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.
Ülviyyə Əlili
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. == Oynadığı rollar == Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
Ülviyyə Əliyeva
Ülviyyə Əliyeva (Əliyeva Ülviyyə Fərhad qızı; 15 sentyabr 1981) — azərbaycanlı aktrisa və teleaparıcı, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Ülviyyə Əliyeva 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C. Məmmədquluzadə "Ölülər"də Nazlı, B. Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə. Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə. Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir. 2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində O, bir çox obrazları özünəməxsuz ustalıqla oynamışdır. Azərbaycan televiziyasında və "Space TV" "ATV" kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. == Oynadığı rollar == Ceyran-"Hərənin öz ulduzu",(Süleyman Ələsgərov, İsi Məlikzadə) Müğənni-"Səhnədə məhəbbət",(Sərdar Fərəcov, Əli Əmirli) Tülkü-"Baş tutmayan hiylə"(Rəşid Şəfəq, Əli Səmədli) Lalə-"Əlin cibində olsun"(Oqtay Rəcəbo, Aqşin Babayev) Aydan-"Məsmə xala dayımdır"(Ramiz Mustafayev, Cahangir Məmmədov) Gülər-"Talelər qovuşanda"(Rauf Hacıyev və Elxan Ocaqov, Faiq Zöhrabov) İradə-"Volqalı canan"(Ramiz Mustafayev, Abdulla Qüdrət) Qiyamət-"Bəydullanın möhtəşəm toyu"(Ramiz Əkbər) Zöhrə-"Bir günlük siğə"(Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin) Xədicə-"Aldın payını, çağır dayını (Adamın adamı)"(Vasif Adıgözəlov, Anar) Elya, Leyla-"Qıcqanc ürəklər"(Ramiz Mirişli, Marat Haqverdiyev) Çiçək-"Kələkbazlar"(Süleyman Ələsgərov, İsi Məlikzadə) İbadın qızı, Güldəstə-"Mən dəyərəm min cavana"(Faiq Sücəddinov, Tamara Vəliyeva) Telli-"Arşın mal alan"(Üzeyir Hacıbəyli) Fatoş-"Şəhərdən manyak var"(Sərdar Fərəcov, Əziz Nesin, Lib. Oruc Qurbanov) Zari-"İddalı qaraçı"(İmre Kalman, Tərcü.
Ülviyyə Heydərova
Ülviyyə Heydərova — Azərbaycanlı yazıçı, dramaturq, ssenari müəllifi. == Həyat və fəaliyyəti == Ülviyyə Heydərova 1981-ci ildə Əli Bayramlı rayonunda anadan olub. 2005-ci ildə Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsini bitirib. 2009-ci ildə isə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdindəki Rüstəm İbrahimbəyovun Bakı Kino Məktəbində .Oskar mükafatı laureatı, dünya şöhrətli yazıçısı Rüstəm İbrahimbəyovun ssenari kursunu, Azərbaycan Teatr Xadimlər İttifaqının Dramaturgiya laboratoriyası, görkəmli kinodramaturq, Xalq artisti Ramiz Fətəliyevin kursunu və İngilis ssenarist Paul Fraserin ustad dərsində təhsil alıb. İlk qələm təcrübəsi 1997-ci ildə Şirvan şəhərində çıxan "İşıq" qəzetində dərc edilib. Müxtəlif mətbuat orqanlarında, o cümlədən "Pəncərə (Mədəniyyətə baxış)", "Ölkəm" jurnallarında, "Az-media", "Vətəndaş həmrəyliyi" qəzetlərində müxbir kimi çalışıb. Bədii, publisistik yazıları ilə "525-ci qəzet"də, Lit.az, Lent.az, Kultaz.com, Kulis.az, Sim- sim.az və bir çox mətbuat orqanlarında çıxış edir. Hal-hazırda Azərbaycan Televiziyası QSC-nin “Mədəniyyət xəbərləri” redaksiyasında müxbir vəzifəsində çalışır. "Noutbuk" povesti 2008-ci ildə I Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində nəsr üzrə I yer qazanıb.
Fatma Ülviyyə Sultan
Fatma Ülviyyə Sultan və ya Fatma Ülviyyə Gərmiyanoğlu (11 sentyabr 1892, Vahidəddin köşkü, İstanbul, Osmanlı imperiyası – 25 yanvar 1967, İzmir) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Ülviyyə Sultan 11 sentyabr 1892-ci ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Adını uşaq yaşda qəza nəticəsində yanaraq ölən əmisi qızı Ülviyyə Sultandan almışdır. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Ülviyə Sultan bacısı Sabiha Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə müəmmalı şəkildə vəfat edən İzzəddin Əfəndinin vəfatıyla, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin ən böyük övladı olaraq Ülviyyə Sultanın evləndirilməsi müzakirə edildi. Nəhayət, Ülviyə Sultan 10 avqust 1916-cı ildə son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəylə nikahlandı. Nikah dövrün şeyxülislamı Ürgüplü Mustafa Əfəndi tərəfindən bağlandı və mərasimin ardından cütlük Beşiktaş sarayında yaşamağa başladı.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Ülviyyənin mahnıları (film, 1973)
== Məzmun == Film gənc bəstəkar Ülviyyə Vəliyeva haqqındadır. Məktəbli Ülviyyə Bülbül adına musiqi məktəbində oxuyur. Dörd yaşı olanda ilk dəfə televiziya ilə çıxış etmiş, royalda çalmışdı. Ülviyyə pianoda Motsartın əsərini ifa edir, mahnı bəstələyir, rəfiqələri Gülnar, Sevil, İradə, Hicran, Balacaxanım onun mahnılarını oxuyurlar. Gənc bəstəkarın mahnılarını tanınmış müğənnilər də ifa edirlər. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Tallində Ümumittifaq televiziya filmləri festivalı Kinolent Priz almışdır.