ŞƏDDAD

zalım, sərt, qaba (Ərəb qəbilələrindən birinin adı).
ŞƏBİNUR
ŞƏFADAR
OBASTAN VİKİ
Şəddad Cəfərov
Şəddad Cəfərov — Azərbaycan yazıçısı, ölkənin ilk poliqrafçı alimi. Milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan Şəddat Cəfərov 1940-cı ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. O, 1955-ci ildə 44 saylı orta məktəbin yeddinci sinfini bitirərək 26 Bakı Komissarı adına (indiki 1 saylı) mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başlamış, təhsilini 57 saylı axşam fəhlə-gənclər məktəbində davam etdirmiş və 1959-cu ildə orta təhsilini başa vurmuşdur. Sonra hərbi xidməti borcunu yerinə yetirmişdir. Ordudan tərxis olunduqdan sonra yenə öz doğma kollektivində sinkoqrafçı işləmiş və 1966-cı ildə mühəndis vəzifəsinə keçmişdir. Şəddat öz işində yeniliklər axtarmağa başlamış, daha səmərəli üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail olmuşdur. İstehsalatla bərabər elmi işlə də məşğul olan Şəddad namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi adını almışdır. O öz istedadı və rəhbərlik bacarığına görə məsul vəzifələrə irəli çəkilmişdir. "Yeni kitab" mətbəəsində direktor, sonra isə "Kommunist" nəşriyyatında təsərrüfat işləri üzrə baş direktor müavini vəzifəsində işləmişdir. 1985-ci ildə Sov.
Məhəmməd bin Şəddad
Məhəmməd bin Şəddad (v. 955) — Kürd mənşəli Şəddadilər sülaləsinin banisi və ilk hakimi. O, 951-ci ildə Dvini (Dəbil şəhərini) Salarilərin əlindən alıb. Ancaq görünən odur ki, qala salarilərə sadiq deyləmilərin əlində qalıb. O, hakimiyyəti 954-cü ilə qədər qoruyub saxladı. Ancaq həmin il Salarilər qalanı geri aldılar. Məhəmməd, ailəsi və tərəfdarları Vaspurakana qaçdılar. 955-ci ildə Məhəmməd bin Şəddad vəfat etdi. Minorsky, Vladimir. Studies in Caucasian History.
Əntərə ibn Şəddad
Əntərə ibn Şəddad (525-608) — ərəb şairi. Şairin atası Şəddad Əbs qəbiləsinin başçısı idi. Anası həbəşistanlı bir kölə olduğundan Əntərə uzun müddət qəbilənin tam hüquqlu üzvü olmamış, onunla bir qul kimi rəftar edilmiş, onu ən ağır işlərə göndərmişlər. Əntərə böyüdükcə onda öz kölə vəziyyətinə olan etiraz da artır, o başa düşünür ki, atası onu bir oğul kimi qəbul etməyənədək bir qul olaraq qalacaq. Şairin mənsub olduğu Əbs qəbiləsi ərəb qəbilələri içərisində öz döyüşkənliyi və mübarizliyi ilə seçilirdi. Bu qəbilə uzun müddət Zübyan qəbiləsi ilə müharibə aparmışdır. Aramsız müharibələr Əntərənin də bir igid cəngavər kimi formalaşmasına gətirib çıxarır. Cəsur bir döyüşçü kimi tanındıqca Əntərənin azadlıq istəyi də artır və o, köləlikdən qurtarmaq üçün fürsət axtarır. Rəvayətə görə, bir gün Əbs qəbiləsinin kişiləri ovda olarkən, Tayy qəbiləsi hücum edib çoxlu mal-qara, sərvət ələ keçirir. Şəddad Əntərəyə düşməni təqib etməyi əmr etsə də, Əntərə bir kölə olduğu üçün və bu səbəbdən də əsas məşğuliyyətinin mal-qara otarmaq olduğunu bildirib bu yürüşdən imtina edir.
Mərziban bin Məhəmməd (Şəddadi)
Mərziban bin Məhəmməd (v. 985, Gəncə) — ərəb hakim, Əli Ləşkəri bin Məhəmmədin qardaşıdır. 978-ci ildə qardaşının ölümündən sonra Şəddadi taxtına çıxmışdır. Bacarıqsız bir hökmdar idi və 985-ci ildə qardaşı Fəzl bin Məhəmməd tərəfindən öldürüldü. Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew.
Yaşayış binası (Şəddadilər küçəsi, 24 A)
Şəddadilər küçəsi 24 A ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. Bina planda kvadrata yaxın düzbucaqlı formasına malikdir. Bir otaqlı evin üstü günbəzlə örtülmüşdür. Qapı və pəncərə yerlərinin uğurlu yerləşdirilməsi nəticəsində binanın sadə fasadı olduqca canlı görüntü əldə etmişdir. Digər günbəzli evlərdə olduğu kimi, bu binada da memar evin interyerinin həllinə daha çox diqqət yetirmişdir. Şəddadilər küçəsi 24 A ünvanındakı evin interyeri sqraffito tipli oyma ilə zəngin bəzədilmişdir. Ağ ornament təsviri dərin tünd boz fonla kontrastda yaxşı qəbul edilərək kompozisiyanın tamlığı ilə diqqət cəlb edir. Divar boyunca yerləşən ləmədən yuxarıda 25–30 sm dərinlikli niş yerləşir. İncə alebastr çətiri çəpəri ilə ayrılmış niş, oxvari tağ formasında tamamlanır.
Yaşayış binası (Şəddadilər küçəsi 24 A)

Şəddadilər
Şəddadilər, Müsəlman sülalə olmuşdur, 951-1199-cu illərdə Ermənistan və Arrannın müxtəlif ərazilərini idarə etmişdir. Əsası indiki Ermənistan ərazisi olan Dvində qoyulmuşdur. Ermənistanda uzun müddət hakimiyyətdə olduqları üçün tez-tez erməni mənşəli Baqratuni sülaləsi ilə nikah diplomatiyası qururdular. Onlar hakimiyyətini Dvində qursalar da, daha sonra Bərdə və Gəncə kimi böyük şəhərlərə hakimiyyətini yaydılar. Şəddadi kadetlərinə vassalı olduqları Səlcuqlara xidmətinə görə Ani və Tiflis şəhərləri verildi. 1047-1057-ci illərdə Şəddadilər Bizansla bir neçə müharibə aparmışdır. Sonralar Şəddadilər Kür və Araz çaylarının arasındakı əraziləri (Kür-Araz ovalığı) idarə etmişdir. 978-979-cu ildə Ləşkəri vəfat etdi. Özündən sonra Gəncə taxtında kiçik qardaşı Fəzli görmək istəyən Ləşkərinin istəyinə baxmayaraq hakimiyyət Məhəmməd ibn Şəddadın ortancıl oğlu Mərzbanın əlinə keçdi. Onun bacarıqsız siyasəti əvvəllər Şəddadilərin itaətində olan bir çox vilayətlərin itirilməsinə səbəb oldu.
Şəddadilər dövləti

Şəddadilər sülaləsi
Şəddadilər sülaləsi - X əsrin ortalarından XII əsrin sonunadək (951-1088) Cənubi Qafqazın Gəncə, Naxçıvan və Dvin əmirliklərində hakimiyyət başında olmuşlar. Əsası soykökünə görə kürd olan Мəhəmməd ibn Şəddad tərəfindən qoyulmuşdur.
Şəddadilərin sikkələri
Şəddadilərin sikkələri — Şəddadilər dövlətində pul təsərrüfatında istifadə olunan sikkələr AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Şəddadilər (951–1174) dövrünə aid dirhəmlər "gümüş böhranı" adlandırılan uyğun dövrün Azərbaycan zərbxanarı və Yaxın Şərqin pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir. Aversin mərkəzi hissəsinə — "tovhid" ifadələri, Abbasi xəlifəsinin titulu, ətrafına hicri tarixinə müvafiq zərb ili və zərbxana; reversin mərkəzi hissəsinə -Muhəmməd rəsulullah, Şəddadi əmirinin titulu və adı, ətrafına — Quran ayəsinin ("Tövbə" surəsi, ayə 33) həkk edildiyi belə dirhəmlər Gəncə, Ani, Dəbil və d.zərbxanalarda istehsal edilmişdir. Belə tapıntılar Bərdə və Qəbələ rayonlarında aşkarlanmışdır. Şəkil 1. Şəddadilər. I Fədl bin Muhəmməd (375–422 = 985–1031), Gəncə,404 = 1048, gümüş dirhəm, 4,2 q Şəkil 2. Şəddadilər.

Digər lüğətlərdə