ƏŞRƏFİ ƏRƏB

Qızıl pul (çəkisi 3,45 q). (“Koroğlu” dastanının lüğəti)

Misirdə Bürci məmlük sultanlarından olan Əşrəf Seyfəddin Bars bəy tərəfindən kəsilmiş və onun adı ilə adlandırılmışdır. // ümumiyyətlə, pul.

Əzəldən biləydim sənin halını,

Əşrəfidən kəsdirərdim nalını,

Yüz gözələ toxudardım çulunu,

Alma gözlü, qız birçəklim Qırat, gəl!

                               (“Həmzənin Qıratı aparmağı”)

*

Qıratımın halı gərək,

Əşrəfidən nalı gərək,

Yetmiş ağac yolu gərək,

Dərə, təpə, düz olaydı.

                              (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Bozalqanlı”)

*

 Koroğlu Dəli Mehtərə tapşırdı ki, bu oğlanın ağzını əşrəfi ilə doldursun. Dəli Mehtər oğlanın ağzını əşrəfi, bacaqlı ilə doldurdu. (Paris nüsxəsi, 9-cu məclis)

ƏŞRƏFİ ƏRƏB
ƏTƏK

Digər lüğətlərdə