ƏSİ

(Qax)
düşmən
ƏSGƏRANİ
ƏSİX’MƏX’
OBASTAN VİKİ
Feterston əsir düşərgəsi
Feterston əsir düşərgəsi (ing. Featherston prisoner of war camp) – İkinci dünya müharibəsi zamanı əsir düşən yapon əsgərlər üçün Yeni Zelandiyanın Feterston qəsəbəsində yaradılmış əsir düşərgəsi. Burada 800-dən yapon əsir saxlanılmışdır. Onların çoxu Cənubi Sakit okeanda əsir düşən yapon əsgərlər idi. Əsir düşərgəsi 1943-cü ildə baş vermiş Feterston insidentinə görə tanınır. Yaponlarla mühafizəçilər arasında baş verən qarşıdurma zamanı mühafizəçilər əsirlərə atəş açmış, nəticədə, 48 yapon ölmüşdür. Feterston əsir düşərgəsi 1942-ci ilin sentyabrında ABŞ ordusunun tələbi ilə Feterston qəsəbəsində yaradılmış və yapon əsirlər üçün nəzərdə tutulmuşdur. 1942–43-cü illərdə Yeni Zelandiya hökuməti Quadalkanaldan 868 yapon əsir qəbul etmişdir. Onlar Feterston əsir düşərgəsinə gətirilmiş və burada alaqlama, əkinçilik, mebel hazırlama kimi işlərdə işlədilmişdirlər. Bir çoxu öz taleləri ilə barışsa da, bəzi əsirlər intihar etməyə cəhd etmişdirlər.
Külək haraya əsir? (film, 1989)
Qafqaz əsiri
"Qafqaz əsiri" (rus. Кавказский пленник; 1820–1821) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ilk poeması. Puşkin poemanı yazmağa Qurzufda başlamış, 20 fevral 1821-ci ildə Kamenkada (Vasili Davıdov adına) tamamlamışdır. Puşkin Cənuba sürgün ediləndən sonra məşhur "Cənub poemaları"nı yazmışdır. Bu silsilədən olan poemaların birincisi "Qafqaz əsiri"dir. "Qafqaz əsiri"nin yaranması Puşkinin "Çaadayevə" və "Qara şal" kimi üsyankar şeirlərini yazdığı illərə təsadüf edir. Sürgün illərinin məhsulu olan bu əsər şairin öz yaşadıqlarının təsviridir. Puşkinin bütün poemalarında real həyat, məişət səhnələrinin təsviri əsas yer tutur. Bu cəhət Puşkin poeziyasına məxsus başlıca xüsusiyyətdir. Bu xüsusiyyəti "Qafqaz əsiri"ndə görürük.
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (1966)
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. Əvvəllər ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən tanıdığımız mehriban və sadəlövh folklorçu Şurik (Aleksandr Demyanenko) Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, sağlıqlar öyrənmək üçün Qafqaza gəlir. Birdən yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin (Ruslan Əhmətov) idarə etdiyi yük maşını da sahibini yolda qoyub... Birdən həmin yoldan Nina (Natalya Varley) adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl (Frunzik Mkrtçyan) raykomxozun müdiri Saaxovun (Vladimir Etuş) sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. Əvvəllər ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən tanıdığımız mehriban və sadəlövh folklorçu Şurik (Aleksandr Demyanenko) Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, sağlıqlar öyrənmək üçün Qafqaza gəlir. Birdən yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin (Ruslan Əhmətov) idarə etdiyi yük maşını da sahibini yolda qoyub... Birdən həmin yoldan Nina (Natalya Varley) adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl (Frunzik Mkrtçyan) raykomxozun müdiri Saaxovun (Vladimir Etuş) sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.
Qarın əsirliyində (film, 2012)
Ağın içinə (ing. Into the White) — 2012-ci ildə Petter Næss tərəfindən müharibə janrında çəkilmiş film. Filmin ssenarisi Ole Meldgaard, Dave Mango və Petter Næss tərəfindən yazılmışdır. Filmin baş rollarında Rupert Qrint, Florian Lukas kimi aktyorlar iştirak ediblər. Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 27 aprel tarixində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardımançı təyyarəsi ilə Norveçin daxili bölgələrindən olan Qrontil yaxınlarında vurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlak olsa da, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuş ingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır və buraya gəlirlər. Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələrdə, sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər.
SSRİ-də yapon müharibə əsirləri
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür. Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı.. Solovki xatirə daşları Azərbaycanda repressiya qurbanlarının siyahısı (1920-1936) Материалы к истории лагеря и тюрьмы на Соловках (1923–1939 гг.): основные события, статистика заключённых, организационная структура История СЛОН «СОЛОВЕЦКИЕ ЛАГЕРЯ ОСОБОГО НАЗНАЧЕНИЯ ОГПУ»: Документы ЦА ФСБ России и ГАОПДФ Архангельской области Соловки — Энциклопедия Списки имён соловецких заключённых Воспоминания соловецких узников Электронные копии газеты «Новые соловки» (орган Управления Соловецких лагерей особого назначения ОГПУ) в путеводителе РНБ «Газеты в сети и вне её» Вечер памяти всех новомучеников и исповедников Церкви Русской. Часть 2 // Ми́ссия-ОД. 13 февраля 2014 г. (Доклад Лидии Алексеевны Головковой «Крестный путь Русской Церкви в XX веке». Часть 2.
Sovet İttifaqında alman hərbi əsirləri
Sovet İttifaqında alman hərbi əsirləri (rus. Немецкие военнопленные в Советском Союзе) - İkinci Dünya müharibəsi dövründə SSRİ ordusu tərəfindən müharibənin gedişi zamanı əsir götürülmüş hərbi əsirlər. Təxmini hesablamlara görə 1941-1945-ci illər aralığında 3 milyona yaxın Üçüncü Reyx tərəfindən müharibəyə qatılmış əsgər sovet birləşmələri tərəfindən əsir götürülümşdür. Əsirlərin ələ keçirilməsi, müharibənin son və həlledici ili hesab olunan 1945-ci ildə daha kütləvi hal almışdır. Ələ keçirilmiş hərbi əsirlərdən əsasən SSRİ-də dağıldılmış və ya yenidən tikilməkdə olan infrastrukturun yaradılmasında istifadə olunmuşdur. 1950-ci ildən etibarən sağ qalmış hərbi əsirlərin mənsub olduqları ölkələrə göndərilməsinə başlanılmışdır. Sonuncu əsir 1956-cı ildə Almaniyaya qayıtmışdır. SSRİ rəsmi arxiv sənədlərinə görə Üçüncü Reyx ordusunda xidmət etmiş və müharibə zamanı ələ keçirilmiş 381.067 nəfər hərbi əsir SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən imperiyanın müxtəlif bölgələrində yaradılmış əsir düşərgələrində ölmüşdür. Ölən şəxslərdən 356.700 nəfəri etnik alman, 24.367 nəfəri isə digər millətlərə mənsub şəxslərdir. Alman tarixçisi Rüdiger Overmans sözügedən əsir düşərgələrində azı bir milyona yaxın alman əsirinin öldüyünü, ancaq bu rəqəmin sübutunun mümkünsüz olduğunu ifadə etmişdir.
Yeroşibu Əsir Düşərgəsi
Yeroşibu Əsir Düşərgəsi — Kiprdə mövcud olmuş əsir düşərgəsi, adanın cənub hissəsində yerləşirdi. Burada, 1974-cü ildə Yunanlar tərəfindən əsir alınan Kipr türkləri saxlanırdı. Ən az 329 adamın burada olduğu məlum idi. Bunların hamısı kişi idi və əksəriyyəti Baf ətrafında əsir götürülmüşdü. 25 sentyabr 1974-cü ildə Kipr türklərinin əlində olan 214 əsir yunan ilə dəyişdirildilər. Əsirlərdən 274 nəfər adanın terk hissəsinə, 16 nəfər cənubdakı kəndlərdə olan ailələrinin yanına getdilər. Əsirlərin 39 nəfəri isə 21 sentyabr 1974-cü il tarixində sərbəst buraxıldılar.
Yəhudi əsilli dövlət başçıları
Yəhudi dövlət və hökumət başçıları — dünya tarixində yəhudi olan və ya yəhudi köklərə sahib olan dövlət və hökumət başçılarının siyahısı.
İbn Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
İbn əl-Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
İşığını Əsirgəmə (1990)
İşığını əsirgəmə (film, 1990)
Əsildar bəy Ağabababəyov-Muğanlinski
Ağabababəyov-Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900, İrəvan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. İrəvan gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsil almaq üçün Almaniyanın Leypsiq Universitetinə göndərilmişdir. Azərbaycanlı Tələbələr İttifaqının üzvü, təhsil illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana qayıtmış, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Bankında məsləhətçi, qrup rəhbəri işləmişdir. 1933-cü ildə həbs olunmuşdur. 1934-cü ildə Bakının ali məktəblərində alman dilini tədris etmişdir. 1935-ci ildə yenidən repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə sürgün edilmişdir.
Əsin
Əsincan (Təbriz)
Əsincan (fars. اسنجان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.451 nəfər yaşayır (265 ailə).
Əsir
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Əsir (şəhər)
Əsir — İranın Fars ostanının Möhr şəhristanının Əsir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,181 nəfər və 465 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Əsir Mehmed Əfəndi
Əsir Mehmed Əfəndi (v. 13 mart 1681) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. Muhibbî, Ḫulâṣatü’l-es̱er, III, 482–487; Abdurrahman Abdi Paşa, Vekâyi‘nâme (haz. F. Çetin Derin, doktora tezi, 1993), İÜ Ed.Fak. Genel Ktp., nr. TE 98, s. 101, 131–132; Naîmâ, Târih, VI, 92–93, 389; Silâhdar, Târih, I, 160, 221–222; Şeyhî, Vekâyiu’l-fuzalâ, I, 239–240, 478–479; Râşid, Târih, I, 22; Devhatü’l-meşâyih, s. 69–70; İlmiyye Salnâmesi, s. 477–480 (fetvalarından üç örnek verilmiştir); Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 477–478; Danişmend, Kronoloji, III, 393–394, 536.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; əsirlikdən və girovluğdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir. Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir.
Əsiran (Xudafərin)
Əsiran (fars. اسيران‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (9 ailə).
Əsirəddin Əbhəri
Əsirəddin əl-Müfəddal ibn Ömər əs-Səmərqəndi əl-Əbhəri (1200, Əbhər, Zəncan ostanı – 1264, Şəbistər, Şərqi Azərbaycan ostanı) — filosof, astronom və riyaziyyatçı. Həyatı haqqında yetərli bilgi yoxdur. 1200-ci ildə əslən Səmərqəndli bir ailəyə mənsub olan Əbhəri Mosulda anadan olub. Bəzi qaynaqlarda bu ad yanlış olaraq Əbəhri şəklində keçməkdədir. Bu arada çağdaş İranlı müəlliflərdən bir çoxu, Əbhəri nisbəsinə dayanaraq onun Zəncan və İsfahana bağlı iki Əbhərdən birində doğulmuş olduğunu iddia edir; ancaq modərn qaynaqların bəzilərinin qeyd etdiyi kimi şəxsən Əbhərinin Səmərqəndi nisbəsini işlətdiyi diqqətə alınırsa ailəsinin əslən Səmərqəndlı olduğu anlaşılır. "Seyfül-gullab" əsərinin müəllifi Məhəmməd Fövzi isə Əbhəri nisbəsinin üç ayrı anlamı olduğunu bildirərək bunları bir bölgəyə mənsub olma, bir qəbiləyə mənsub olma və “Bəyazi”də olduğu kimi bir eyniliyi bildirmə şəklində sıraladıqdan sonra Əbhəri nisbəsinin bölgəyə deyil, qəbiləyə mənsubiyət ifadə etdiyini söyləyir; ona görə Əsirəddin Əbhər qəbiləsinə mənsubdur. Mehmet Sadəttin Aygen "Böyük Filosof Əsirəddin Əbhəri" adlı əsərində, Əbhərinin Afyon elinin Çay ilçəsi yaxınında Əbər gölü civarındakı Əbər kəndindən (indiki Doğanlı) olduğunu və türbəsinin də orada olduğunu iddia edirsə də, indilik bu iddia “əbhər” ilə “əbər” kəlimələri arasındaki səs bənzərliyinin ötəsində bir anlam daşımır. Ə. Əbhəri ilk təhsilini Mosulda aldı, daha sonra Xorasan və Bağdada gedərək təhsilini tamamladı. O dönəmin ən ünlü bilginlərindən olan Kəmaləddin İbn Yunisin tələbəsi, İbn Xallikanın da müəllimi oldu. Bir müddət Mosul sarayında himayə gördü; 1228-ci ildə Mosuldan Ərbilə keçərək oraya yerləşdi.
Alman əsirləri qəbiristanlığı (Mingəçevir)
Alman əsirləri qəbiristanlığı - Mingəçevir şəhərində yerləşən alman əsirlərin qəbiristanlığı. Burada 828 hərbi əsirin məzarı vardır. Burada dəfn olunanlar 7444 saylı düşərgədəndir. Əsirlərin işi 1948-ci ildə salnan Mingəçevir şəhərinin tikintisinə kömək etmək idi. Qəbiristanlıq alman əsirləri tərəfindən mərhumları üçün salınıb, Qəbirstanlıq qorunub saxlanılıb və 1999-cu ildə təmir edilib. Qəbirstanlıq divarla əhatə olunub və 8125 kvadratmetr ərazini əhatə edir. Qəbirlər metal lövhələrlə işarələnmişdir. Burada İkinci Dünya müharibəsində əsir düşmüş və Mingəçevir şəhərinin salınmasında iştirak etmiş hərbi əsirlər basdırılıb. 5,5 metr hündürlüyündə metal xaç qəbiristanlıqda basdırılmış hərbi əsirlərin xatirəsinə ucaldılıb.