Şahzadə Aləmşah
Şahzadə Aləmşah (1477, Amasya vilayəti – avqust 1503, Manisa vilayəti) — 8-ci Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.
== Həyatı ==
Şahzadə Aləmşah 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. 1480-ci ildə babasının əmriylə İstanbula gətirilmiş, qardaşları Əhməd, Qorqud, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə sünnət edilmişdir. 1490-cı ildə Mentəşə, 1502-ci ildə isə Manisa sanqcaqbəyliyinə təyin edildi. Bütün bu təyinatları boyunca anası Gülruh Xatun da onunla birlikdə vəzifə yerinə göndərilmişdir.
Gülruh Xatunun oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərir.
Qeyd edildiyi üzrə Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi.