ECAZKAR

sif. [ ər. ecaz və fars. …kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan.
[Kərim xanın] sağlam vücudu ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. M.İbrahimov.
Bu daxili həyəcan, ecazkar bir qüdrətlə bütün şagirdləri … ürəkdən tərpədir və bütün gücü ilə tutub silkələyirdi. S.Rəhimov.
Aradan uzun, … xeyli uzun illər keçmişdir.
Lakin sənətin o ecazkar səsi unudulmamışdır. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ECAZKAR ecazkar bax möcüzəli
  • ECAZKAR əcaib — qəribə — xariqüladə
ECAZ
EDADI

Digər lüğətlərdə