LüğətlərAzərbaycan dilinin izahlı lüğəti

NUR

is. [ ər. ]
1. Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır.
– Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara. A.Səhhət.
Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir.
Göy üzü damardamar; Göydən yerə nur damar. (Bayatı).

□ Nur almaq – bax nurlanmaq.
Nur saçmaq (səpmək, tökmək) – işıq vermək, işıqlatmaq, ziya saçmaq, parlatmaq.
Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar … parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. A.Şaiq.
Göyün altun saçlı qızı nur saçar; İnsanların tutqun könlünü açar. H.Cavid.

Nura boyamaq (qərq etmək) – işıqlandırmaq, işıq saçmaq, parlatmaq, şəfəqləndirmək.
Nura boyanmaq (qərq olmaq) – hər tərəf aydınlıq, işıq içərisində olmaq, şəfəq vermək, parlamaq.
Çilçıraqlar üstə yanır ağ şamlar; Möhtəşəm sütunlar nura boyanır. S.Vurğun.
Günəş çoxdan doğmuş, ətrafı nura qərq eləmişdi. Ə.Vəliyev.

2. məc. Maarif, aydınlıq, tərəqqi simvolu kimi işlənir.
Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani.
Bir gün eşitdim ki, “Nicat” az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NUR nur bax işıq
  • NUR aydınlıq — işıq

Antonimlər (əks mənalı sözlər)

  • NUR NUR – ZƏHRİMAR Üz-gözündən nur tökülür (“Ulduz”); Keşişin qaşqabağından zəhrimar tökülürdü (İ.Fərzəliyev)
NUN
NURANİ

Digər lüğətlərdə