RADİO

[ lat. radio – şüalandırıram]
1. Elektrik enerjisinin rabitə, radioverilişi, televiziya, radioteleqrafiya, radiolokasiya və s. məqsədlə məftilsiz olaraq elektromaqnit dalğaları şəklində uzaq və yaxın məsafələrə verilməsi və qəbulu.
2. Bu dalğalar vasitəsilə verilən siqnallar, səslər, radio və televiziya verilişi proqramları və s. Radioya qulaq asmaq.
3. Radioqram. Moskvadan indicə radio alınmışdır. Paroxoddan hava haqqında radio alındı.
4. dan. Radiostudiya. Radioda işləmək.
5. dan. Radioqəbuledici, reproduktor. Yeni markalı radio.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RADİO RADİO Ata və oğul nahardan sonra radio qabağında əyləşib verilişə qulaq asırdılar (Mir Cəlal); QƏBULEDİCİ

Etimologiya

  • RADİO Latıncadır, radiator, radiasiya, radius sözləri ilə qohumdur, “şüalandırma” an­la­mı ilə bağlıdır. (Bəşir Əhmədov
RADİO...
RADİOAKTİV

Digər lüğətlərdə