SABAH-SABAH

zərf Səhər tezdən, sübh ertədən, gün təzəcə başlayanda. Sabah-sabah işini görüb qurtarmaq.
– Nəhayət, son verildi yatmadığım gecəyə; Sabah-sabah bir mayis rəqs edərkən odamda. M.Müşfiq.

◊ Sabah-sabaha salmaq – çox yubatmaq, ləngitmək, gecikdirmək, bu gün-sabaha salmaq.
[Piri:] Bir bu işi uzadıb, sabah-sabaha salan adamı verəydilər mənə… M.Süleymanov.

SABAH-BİRİGÜN
SABAHDAN

Digər lüğətlərdə