TA

əd.
1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur).
…Dənizin ta göbəyindən qopub gələn dalğalar … gəmini bir top kimi atıb-tuturdu. A.Şaiq.
[Tahir] bəlkə də sərnişinlərin hamısından əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. M.Hüseyn.
İnad və qətiyyət ta uşaqlıqdan [Ərəblinskinin] qəlbinə hakim olmuşdu. S.Rəhman.

2. Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). Onu ta saat üçə qədər gözlədik. Küçənin ta axırına qədər yüyürdüm.
[Məlik Məmməd] ta sübhə kimi barmağının ağrısından yata bilmədi. Çəmənzəminli.
Məktəbin gen, hündür qapısından ta darvazaya qədər olan bir-iki yüz addımlıq ensiz xiyaban bir az kölgəlikdi. Ə.Əbülhəsən.
Qayanın altındakı uçurumdan çınqıl süzərək ta dərəyə qədər gedirdi. B.Bayramov.

3. Məqsəd bildirir – ta ki, madam ki.
Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. N.Nərimanov.

□ Ta ki – bax ta (3-cü mənada).
Ta ki mənzurun olubdur, Qövsi, ol qamət sənin; Yey gəlir min sərvdən bir misrəimövzun sənə. Q.Təbrizi.

4. Daha, bir də, artıq, bundan belə.
[Niyazalı:] Məni öldürmə, ta heç kəsnən işim olmaz. Qaçaq Nəbi”.

// Daha.
[Məşədi Ağakişi:] A balam, getmirsən getmə, ta yalan niyə deyirsən? C.Məmmədquluzadə.
[Hacı Mehdi:] İndi ta mən bir zad bilmirəm. Ə.Haqverdiyev.

T
TAAM

Digər lüğətlərdə