UC-BUCAQ

is. Kənar, son hədd, həddhüdud.
Bu bizimçün elə bir dünya idi ki, ucubucağı yox idi. S.Rəhman.
Edqarın ixtiyarında olan üzüm bağının ucu-bucağı yox idi. S.Vəliyev.

□ Ucu-bucağı görünməmək (olmamaq) – sonu, ətrafı gözlə qavranıla bilməyən çox geniş sahə haqqında.
Ucu-bucağı görünməyən … məhsuldar çöllər yorulmadan və inadla çalışan insanlarla doludur. M.İbrahimov.
Yolumuz ucu-bucağı görünməyən yaşıl tarlalar, təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi.

// Böyük izdiham, saysız-hesabsız insan kütləsi haqqında.
[Atakişi:] Adamın ucu-bucağı yox idi. C.Cabbarlı.

◊ Ucundan-bucağından – oradan-buradan.
Mən kitabı tapdım, ucundan-bucağından oxudum. M.S.Ordubadi.

UC
UC-BUCAQSIZ

Digər lüğətlərdə