UC

Ucundan: səbəbindən, üzündən, ucbatından. (“Koroğlu” dastanının lüğəti)

Mən bu namussuzluğu götürə bilmərəm ki, mənim ucumdan o kişi tutulsun, mən sağ qalam. (“Koroğlunun Qars səfəri”)

TÜY
UCBATINDAN
OBASTAN VİKİ
Uc (feodalizm)
Uc (türk. Uç; kənar, son) — köçəri türkmənlərin üstünlük təşkil etdiyi, adətən "kimsəsiz torpaqlar" kimi təsvir edilən torpaq mülkiyyət forması. Əsasən Anadolu, Balkanlar və Pireney yarımadasında formalaşmış müsəlman dövlətlərində olurdu. Bu torpaqlar tayfa başçılarına dövlətin ucqar sərhədlərini xarici qüvvələrdən qorumaq öhdəliyi müqabilində verilirdi. İrsən keçmirdi. == Əhalisi == Bizansın xaraba qalmış Saqalassos qalasında şəhərin xristian sakinləri ilə buraya gələn türklər arasında münasibətlər mənfi zəmində idi. Bu səbəbdən türkmənlər "qarahisar"ın özündə deyil, onun kənarındakı ayrı kəndlərdə məskunlaşmağa başlamışdılar. Tutulan bəzi yunan şəhərlərinin əhalisinin sayı xeyli azalmış olsa da, qismən qorunurdu. Qalan xristian yunanlar vergi planında (zimmi) istismar olunurdu, onlardan həm də devşirmə, qadınlardan fahişə, qul, cariyə kimi istifadə olunurdu. Hər halda, Səlcuqlu uclarında qalan yunanlar tədricən türkləşməyə və islamlaşmaya məruz qalmışdılar.
Uc beyin
Uc beyin — lat. telencephalon uc beyin qovuğundan diferensasiyaetmiş törəmələrə böyük beyin yarımkürələri — lat. hemispheria cerebri, görməqabaraltının görmə hissəsi — lat. pars optica hypothalami, komissural sistemdən (bitişmə sistemindən) hesab olunan döyənək cismi — lat. corpus collosum və ön bitişmə — lat. commissura anterior aiddir. Uc beyin yüksək inkişaf dərəcəsinə çatmışdır; yuxarı tərəfdən və yanlardan beyin kötüyünü çəpgən kimi əhatə etmişdir. == İstinadlar == == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Uc bəyliyi
Uc bəyliyi (Osmanlıca: اوج بگلیکی — uc bəyliyi); orta əsrlərdə xristian ilə islam dünyasının arasındakı müsəlman sərhəd bölgələri üçün istifadə olunan bir tanıtımdı. Uc bəyliyinin xristian tərəfindəki qarşılığı, yunanca AKRON (άκρον) olaraq adlandırılırdı. Sərhəd bölgələrində öz torpaqlarını müdafiə öhdəçiliyi götürən kəslərə Bizans tərəfində Akrit (ακρίται), müsəlman tərəfdə isə qazi (Osmanlıca: غازى) adlanırdı. == Sərhəd bölgələrinin tarixçəsi == İslamın erkən orta əsrlər dövründə yayılmasıyla birlikdə, Şərqi Anadolu xristian ilə İslam dünyalarını arasında ən əhəmiyyətli sərhəd bölgəsi halına gəlmişdir. Bu bölgənin sakinləri, ola biləcək bir hücumu geri oturtmaq ya da düşmən torpaqlarına hücum təşkil etmək üçün davamlı səfərbər olmaq məcburiyyətində idi. Sərhəd bölgələrdə bu səbəblə çox xüsusi bir həyat tərzi inkişaf etmişdir. Yerli xalqın bu həyat tərzləri, xalq ozanları üçün fərqli dastanlara ilham qaynağı olmuşdur. Bizans qəhrəmanlıq dastanı olan Digenis Akritas ya da müsəlmanların Battal Qazi dastanı bu cür əsərlərin ən çox tanınan nümunələridir. Sərhəd (uc) bölgələrdə yaşayan xalq üçün, yeri gəldiyində tərəf dəyişdirmək, qarşı tərəfin qadınlarını qaçırmaq və əsirləri öz mədəniyyətlərinə mal etmək kimi adətlər məşhur idi. Oğuz boyundan türkmənlərin Orta Asiyadan Anadoluya girməsi və 1071-ci ildə zühur edən Malazgirt müharibəsi sonrasında, Bizans imperatorluğu ilə ibarət olan sərhədlər türkmən köçərilər tərəfindən əhatə edilirdi.
2015 UCI BMX Dünya Çempionatı
2015 UCI BMX Dünya Çempionatı — 20-ci dəfə təşkil edilən UCI BMX Dünya Çempionatıdır. Dünya Çempionatı velosiped idman növünə daxil olan BMX idman növü üzrə Belçikanın Heysden-Zolder şəhərində keçirilmişdir.
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı — 2015 UCI BMX Dünya Çempionatında təşkil olunan və 25 iyul 2015-ci il tarixində baş tutan yarışdır.
67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsi
91 saylı Ucar seçki dairəsi
92 saylı Zərdab-Ucar seçki dairəsi
Alpout (Ucar)
Alpout — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Laçın, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Alpout bələdiyyəsi (Ucar)
Ucar bələdiyyələri — Ucar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Angelica uchiyamae
Uxiyama tütəkcəsi (lat. Angelica uchiyamae) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Azərbaycanın ucqar nöqtələri
Azərbaycanın ucqar nöqtələri — ucqar şimal, cənub, şərq və qərb. == Coğrafi uzunluq və enlik == === Azərbaycan === Şimal — Balakən rayonu (41°55′ şm. e. 46°25′ ş. u.) Cənub — Astara rayonu (38°25′ şm. e. 48°39′ ş. u.) Qərb — Sədərək rayonu (39°42′ şm. e. 44°46′ ş.
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. == Tarixi == Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.
Bağban (Ucar)
Bağban — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2283 nəfərdir son siyahıya alınmada == Tarixi == Bağban Ucar rayonunun Boyat inzibati ərazi vahidində kənd. Göyçayın sahilində, Şirvan düzündədir. Bəzi ədəbiyyatlarda Bağman variantında qeydə alınmışdır. Bağban "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. == Din == Kənddə Bağban kənd məscidi dini icması fəaliyyət göstərir.
Bağırbəyli (Ucar)
Bağırbəyli — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 214 nəfərdir (2009-cu il). == Tarixi == Bağırbəyli Ucar rayonunun Qulabənd inzibati ərazi vahidində kənd. Etnotoponimdir. 1917-ci ildə Qubadlı qəzasının Cicimli inzibati ərazi vahidində eyniadlı kənd qeydə alınmışdır. XIX əsrə aid məlumata görə, Göyçay qəzasında bağırbəyli adlı cəmi 5 ailədən ibarət elat yaşayırdı. Onlar XIX əsrin ortalarında Qulabənd qobusu və Qaraqulu yataq adlı yerdə məskunlaşaraq indiki kəndin əsasını qoymuşdular.
Başqırdıstanın ucqar nöqtələri
Başqırdıstanın Respublikasının ucqar nöqtələri. == Ucqar nöqtələr == Respublikanın ən ucar nöqtəsində abidə ucaldılmışdır. Abidə 12 oktyabr 2017-ci ildə Rusiya Coğrafiya cəmiyyətinin Başqırdıstan Respublikasındakı bölməsi tərəfindən açılmışdır. Eynilə respublikanın qərb nöqtəsində də bu cür abidə ucaldılmışdır. Abidə 27 oktyabr 2017-ci ildə ucaldılmışdır. sahəsi 143 000 km² . Uzunluğu şimaldan cənuba — 550 km, şərqdən qərbə — 430 km. == Ucar zirvələr == Respublikanın ən ucqar nöqtəsi Yamantau dağı (1640 m). Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir.
Başsız Ucan (Bostanabad)
Başsız Ucan (fars. باشسيزاوجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (81 ailə).
Boyat (Ucar)
Boyat — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.Ucarın ən inkişaf etmiş kəndlərindəndir == Tarixi == Boyat (Bayat , Bəyat ) – "Kitabi-Dədə – Qorqud"da hadisələrin başlanğıc və cəryan etdiyi coğrafi adlardan biridir. Boyat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran –Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Şah İsmayıl Xətai yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir.Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır. Etnotoponimdir. Bildiyimiz kimi Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. == Etimologiyası == Ucar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Boyat bələdiyyəsi (Ucar)
Ucar bələdiyyələri — Ucar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bərgüşad (Ucar)
Bərgüşad — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bərgüşad Ucar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. 1917-ci ildə Cavanşir qəzasının Şirvanlı inzibati ərazi vahidində, 1933-cu ildə Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində də Bərgüşat adlı yaşayış məntəqələri qeydə alınmışdır. Tədqiqatçılar bu oykonimi "bərgülərin kəndi" kimi izah edərək, etnotoponim hesab edirlər. Ukraynanın Vannitski vilayətində BərŞad adlı Şəhər və rayonun olması faktı da məlumdur. == Etimologiyası == Bərgüşad toponimi hələ tamamilə öyrəlilməmişdir. Kürddilli Bərgüşad tayfasına mənsub addır. Bu tayfa öz adını Bərgüşad zonasından almışdır. Bərgüşad toponiminin arealı genişdir.
Euseius ucrainicus
Euseius ucrainicus (lat. Euseius ucrainicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Gəraybəyli (Ucar)
Gəraybəyli (əvvəlki adı: Qarabəyli) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Ucar rayonunun Qarabörk kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabəyli kəndi Gəraybəyli kəndi adlandırılmışdır. == Toponimikası == Gəraybəyli kənd yaşayış məntəqəsi Gəraybəyli nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Toponim Gəraybəy adlı şəxsin adı ilə əlaqədə yaradılmışdır. Digər adı isə Müskürlü olmuşdur. Müskürlü tayfa adıdır. Müskürlü kənd sakinlərinin təmsil olunduğu tayfanın adıdır. Həqiqətən də kəndin şimal-şərq qonşuluğunda indi də Müskürlü kəndi vardır. Toponim "Gəraybəylilər", "Gəraybəyligillər" mənasındadır. Kənd İsmayıllı rayonunun Gəraybəyli kəndindən köçüb gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.
Lək (Ucar)
Lək — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə XX əsrin 70-80-cı illərinə qədər qədim mətbəx əşyalarından və təsərüfat alətlərindən qazan,plov qazanı, sərpuş, boşqab, gümüş kəmər, xəncər, balta, kətmən, bel, dəryaz, oraqa demək olar ki,hər ailədə evdə rast gəlmək mümkün idi. Qeyd edilən plov qazanlarından tovuz, qazax bölgələrində bugünkü, günə qədər kəndlərdə evlərdə rast gəlmək olar. Burada yerli əhali bu plov qazanlarını "ucar qazanları" kimi tanıyır. Bu plov qazanlarının gəncə-basar bölgəsinə gəlib çıxmasında ehtimal ki, kənd əhalisi bu bölgəyə səfər edərək bu plov qazanlarını burada təhvil verib əvəzində taxıl alarmışlar. Kənd əhalisinin bir qismi indiki Göyçay şəhərində məskunlaşmışlar. Yerli əhalinin onların məskunlaşdığı yerə el dilində ləklilər məhəlləsi deyirlər. Bu kəndin gənclərinin 1941-45-ci illər böyük vətən müharibəsində faşizim üzərində qələbə çalınmasında özünəməxsus payı var.
Lək bələdiyyəsi (Ucar)
Ucar bələdiyyələri — Ucar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ucmusa (Mahnişan)
Ucmusa (fars. عوج موسي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (7 ailə).
Dilin ucunda
“Dilin ucunda” - hər hansı tanınmış sözü xatırlaya bilməməkdir , unudulmuş söz haqqında müəyyən miqdarda məlumat yaddaşda yaranır. Unudulmuş sözün elə indi tapılacağı hissi var və onu xatırlamaq çox asandır, amma buna baxmayaraq xatırlanmır. Bu vəziyyət ağrılı və hətta obsesif ola bilər. Bu fenomen oklyuziyanın bir formasıdır və tanış sözü xatırlaya bilməməsi səbəbindən güclü frustrasiya hissi ilə müşayiət olunur. İngilisdilli elmi ədəbiyyatda bu hal "TOT-phenomenon" və ya "TOT-state" terminləri ilə xatırlanır. (ing. tip-of-the-tongue "dilin ucunda fırlanır" ). Bu fenomen ilk dəfə 1890-cı ildə Vilyam Ceyms tərəfindən "Psixologiyanın prinsipləri " adlı fundamental əsərdə təsvir edilmişdir. Fransız psixoterapevti Emil Kue bu problemi özünü hipnoz fenomeni və həddindən artıq iradi səyin bəzən məqsədə çatmaq yolunda əngəl törədə biləcəyi fikri ilə əlaqədar olduğunu qeyd etmişdir. Bu fenomenin ilk eksperimental tədqiqi Harvard tədqiqatçıları Rocer Broun və David MakNeyl tərəfindən aparılmışdır.
Ucaku Akita
Ucaku Akita (秋田 雨雀, Akita Ucaku, 30 yanvar 1883, Aomori – 12 may 1962, Nakamaruço[d]) və ya doğum adı ilə Tokuzo Akita – Yaponiya yazıçısı, şairi və esperantoçusu. O, esperanto dilinin Yaponiyada populyarlaşmasında vacib rol oynamış və Yeni dram hərəkatının qabaqcılı olmuşdur. == Həyatı == Ucaku Akita 30 yanvar 1883-cü ildə Yaponiyanın Aomori prefekturasının Kuroişi şəhərində anadan olmuşdur. Anasının adı Matsu, atasının adı Qenan idi. Onun doğum adı Tokuzo olsa da, utancaq və xəstə oğlan olduğu üçün özünü Ucaku (yapon dilində zəif mənasına gələn sözdən) adlandırmağa başlamış, daha sonra bu adı özünə təxəllüs kimi seçmişdir. Ucaku 1887-ci ildə Kuroişi ibtidai məktəbində təhsil almağa başlamışdır. Sinif yoldaşı və gələcəkdə tanka şairi olan Yokiçi Narumi onun ən yaxın dostu və rəqibinə çevrilmişdir. Ucaku 1897-ci ildə Aomori prefektural liseyinə daxil olmuş, 1902–1907-ci illərdə Vaseda Universitetinin ingilis ədəbiyyatı fakültəsində təhsil almışdır. == Yaradıcılığı == Ucaku 1907-ci ilin iyununda "Homoseksual sevgi" adlı ilk romanını yazmışdır. Tezliklə Vaseda Universitetinin tanınmış romançılarından biri olmuşdur.
Ucdan uca şifrələmə
Ucdan-uca vəya başdan-sona şifrələmə (End-to-end encryption/E2EE) yalnız son uclardakı istifadəçilərin oxuya biləcəyi bir rabitə sistemidir. Onun məqsədi İnternet provayderləri və şəbəkə administratorları kimi potensial dinləyicilərin söhbətin şifrəsini açmaq üçün lazım olan şifrələmə açarlarına daxil olmasının qarşısını almaqdır. E-poçt və söhbət şəbəkələri də daxil olmaqla, bir çox mesajlaşma sistemlərində mesajlar vasitəçilərdən keçir və alıcının sonradan əldə etməsi üçün üçüncü tərəfdən saxlanılır. Mesajlar şifrələnsə belə, onlar adətən yalnız "tranzit yolunda" şifrələnir və üçüncü tərəfdən deşifrə olunmuş şəkildə saxlanılır. Bu, üçüncü tərəfə axtarış və digər funksiyaları təmin etməyə və ya qəbuledilməz məzmunu skan etməyə imkan verir, lakin bu, həm də o deməkdir ki, üçüncü tərəf sistemində saxlanılan mesajlara girişi olan hər kəs tərəfindən arxa qapı vasitəsilə və ya qəsdən oxuna və sui-istifadə edilə bilər. Bu, repressiv hökumətlər altında yaşayanlar, bilgi ifşası, kütləvi nəzarət, etibarları üçüncü tərəflərin məlumatlarını qoruma bacarığına bağlı olan bizneslər, "hack"lənmə riski olacaq dərəcədə önəmli anlaşmalar və xəbərləşmələr, və sağlıq, cinsəllik və yetkinlik yaşına çatmayanlar haqqında həssas məlumatların paylaşılması kimi yüksək gizlilik tələb edən hallarda narahatlıq yarada bilər. Başdan sona şifrələmə faktiki göndərici və alıcı istisna olmaqla, verilənlərin oxunmasının və ya gizli şəkildə dəyişdirilməsinin qarşısını almaq məqsədi daşıyır. Mesajlar göndərən tərəfindən yalnız alıcıya şifrlənir, ona görə də üçüncü tərəfin onun şifrəsini açmaq üçün bir yolu yoxdur və şifrələnmiş şəkildə saxlayar. Qəbuledici şifrələnmiş məlumatları qəbul edir və şifrəsini açır. Üçüncü tərəflər ötürülən və ya saxlanılan bu şifrələnmiş məlumatların şifrəsini deşifrə edə bilmədiyindən, məsələn, ucdan-uca şifrələmədən istifadə edən şirkətlər öz istifadəçilərinin mesajlarını səlahiyyətlilərlə paylaşa bilməzlər.

Digər lüğətlərdə