ACIQLI – MÜLAYİM Kərbəlayı acıqlı səslə cavab verdi (Çəmənzəminli); Buludlar dağılmış, yenə Təbrizdə mülayim, xoş işıqlı günəş çıxmışdı (M.İbrahimov).
ACIQLI – SAKİT Nə üçün bizlə həmişə acıqlı danışırsan (İ.Əfəndiyev); Çox sakit danışırdı (Elçin).
ACIQLI – TƏMKİNLİ Səkinə zahirən nə Pərişan kimi narahat, nə də Rüstəm kişi kimi acıqlı idi (M.İbrahimov); O indi də birinci dəfə gördüyü kimi sakit və təmkinli idi (M.İbrahimov).