ARAXÇIN

ər. ərəq + fars. çin

Qiymətli parçadan, çox vaxt tirmədən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi; təsək. (“Koroğlu” dastanının lüğəti)

Altun araxçını qoyub başına,

Qüdrət qələmini çəkmiş qaşına,

Yeni girmiş on dörd, on beş yaşına,

Səri durna telli Eyvaz, ağlama!

                      (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

APUL-APUL
ARAQÇIN