ARDICILLIQ
ARDINCA
OBASTAN VİKİ
Ardıcıllıq
Ardıcıllıq — bir natural dəyişəni olan və aşağıdakı xassələri ödəyən z {\displaystyle z} funksiyasına deyilir: z {\displaystyle z} funksiyasının təyin oblastına daxil olan ixtiyari n {\displaystyle n} natural ədədi üçün, n {\displaystyle n} -dən kiçik hər bir k {\displaystyle k} natural ədədi də z {\displaystyle z} funksiyasının təyin oblastına daxildir.
Ardıcıllıq (biologiya)
Molkulyar biologiyada ardıcıllıq biopolimerin tərkibində kovalent rabitələrlə əlaqələnmiş monomerlərin bir ölçülü düzülməsidir. Həm də bioloji makromolekulun əsas quruluşunu ifadə edir. DNT və zülal ardıcıllığı ən geniş istifadə olunan terminlərdir.
Escape-ardıcıllıq
Escape-ardıcıllıq – ESC idarəedici simvolu ilə (ASCII yığınında onluq kodu 27, onaltılıq isə 1Bh) başlayan və arxasında bir və ya bir neçə simvol olan simvollar ardıcıllığı; bu simvolların birləşməsi qurğuya və ya proqrama verilən göstəriş və ya komanda əmələ gətirir. Escape-ardıcıllıqlardan çox zaman printerə komanda (məsələn, növbəti simvolları yarımqalın şriftlə çap etmək) vermək üçün istifadə edilir.
Fundamental ardıcıllıq
Fundamental ardıcıllıq ( x n ) {\displaystyle (x_{n})} ədədi ardıcıllığı aşağıdakı şərti ödəyirsə, o, fundamental ardıcıllıq adlanır: "ixtiyari müsbət ε {\displaystyle \varepsilon } ədədi üçün elə n 0 {\displaystyle n_{0}} nömrəsi var ki, ixtiyari n > n 0 {\displaystyle n>n_{0}} və ixtiyari p ∈ N {\displaystyle p\in N} üçün ∣ x n + p − x n ∣< ε {\displaystyle \mid x_{n+p}-x_{n}\mid <\varepsilon } olur.
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası (ing. On-Line Encyclopedia of Integer Sequences, OEIS) — tam saylı ardıcıllıqları özündə saxlayan internet-ensiklopediyadır. Müəllif və başqa hüquqları — Sloan Neyliyə aiddir. 2012-ci ilin yanvar ayında 200 mindən çox ardıcıllığı özündə saxlayırdı.

Digər lüğətlərdə