1. Müəyyən bir fikri, məsləki dönmədən təqib etmə, axıra qədər onun ardınca getmə. Fikirdə ardıcıllıq.
2. Bir-birinin ardınca gəlmə, arası kəsilmədən davam etmə. Hadisələrin ardıcıllığı. – Səhər gimnastikasında fiziki hərəkətlərin ardıcıllığı böyük əhəmiyyətə malikdir. Zərgərli.
3. Məntiqlilik, məntiqə əsaslılıq, qanunauyğunluq. Mühakimənin ardıcıllığı.
– Ədəbi, nəzəri tənqid ardıcıllıq, prinsipiallıq tələb edir.