Bəzi heyvanların (ən çox atın) erkəyinə deyirlər. Bir ehtimala görə, bu söz hayqırmaq, qışqırmaq sözlərinin modeli üzrə ay (səs) sözündən əmələ gəlib. Ayğır kəlməsinin mənası “qışqırmaq” deməkdir. Erkək at olan və döl üçün bəslənən ayğırın necə kişnəməsi yaxşı məlumdur. İkinci ehtimala görə, söz ayğır (azğır, adğır, ağyır) formasında olub (həqiqətən, mənbələrdə bu, mövcuddur) və ağ (yuxarı) sözü ilə bağlıdır: “yuxarı, üstünə sıçrayan” deməkdir. Hətta xoruz yerinə, toyuq ayğırı birləşməsindən istifadə edilən vaxtlar olub. İkinci mülahizə daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)