əd.
1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur). ..Dənizin ta göbəyindən qopub gələn dalğalar .. gəmini bir top kimi atıb-tuturdu. A.Şaiq. [Tahir] bəlkə də sərnişinlərin hamısından əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. M.Hüseyn. İnad və qətiyyət ta uşaqlıqdan [Ərəblinskinin] qəlbinə hakim olmuşdu. S.Rəhman.
2. Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). Onu ta saat üçə qədər gözlədik. Küçənin ta axırına qədər yüyürdüm. – [Məlik Məmməd] ta sübhə kimi barmağının ağrısından yata bilmədi. Çəmənzəminli. Məktəbin gen, hündür qapısından ta darvazaya qədər olan bir-iki yüz addımlıq ensiz xiyaban bir az kölgəlikdi. Ə.Əbülhəsən. Qayanın altındakı uçurumdan çınqıl süzərək ta dərəyə qədər gedirdi. B.Bayramov.
3. Məqsəd bildirir – ta ki, madam ki. Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. N.Nərimanov. _Ta ki – b a x ta (3-cü mənada). Ta ki mənzurun olubdur, Qövsi, ol qamət sənin; Yey gəlir min sərvdən bir misrəimövzun sənə. Q.Təbrizi.
4. Daha, bir də, artıq, bundan belə. [Niyazalı:] Məni öldürmə, ta heç kəsnən işim olmaz. “Qaçaq Nəbi”. // Daha. [Məşədi Ağakişi:] A balam, getmirsən getmə, ta yalan niyə deyirsən? C.Məmmədquluzadə. [Hacı Mehdi:] İndi ta mən bir zad bilmirəm. Ə.Haqverdiyev.
← T

Azərbaycan əlifbasının iyirmi yeddinci hərfi. B a x te.

TAAM →

is. [ər.] 1. Xörək, yemək, bişmiş. Taam bişirmək.