Tələsik, tələsə-tələsə; tələskən. (“Koroğlu” dastanının lüğəti) Elə ütələk danışdı ki, elə bil ağzına kişmişli südlü aş tökmüşdülər
Oynaq, buğum. (“Koroğlu” dastanının lüğəti) Qoca Alı atın qabaq ayaqlarının üylərini bərk sıxdı, at nə diksindi, nə qırpındı
Siyirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Toplaşmaq, yığışmaq. (“Koroğlu” dastanının lüğəti) Onlar aşıq Cünunu gördülər, başına üyüşdülər... (“Koroğlunun Türkmən səfəri”) (Hümmət Əlizadə)
Uzun, uzaq. (“Koroğlu” dastanının lüğəti) Dəli Həsən qabaqda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib bir sıldırım qayanın dibinə çatdılar
Yanaq, üz. Həsrətiydim, üzarından doymazdım, Gündüzlər, gecələr ayrı uymazdım. Bir saat gözümdən yana qoymazdım, Heyif, işi indi ötürdüm, çoban
Üz-üzə, üzbəüz. (“Koroğlu” dastanının lüğəti) Aşıq Cünün, de üzbarı Dolandım dünyanı yarı, Qoç Koroğlunun Nigarı, Eyvaztək əri az gördüm
Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqalardan hər biri. (“Koroğlu” dastanının lüğəti) Hər nə vaxt ki Toqata
İt hürməsi, ham-ham. (“Kitabi-Dədə Qorqud” leksikası)
1. Yuxu. 2. Hadisə, əhvalat, macəra. Dastanlarda 1-ci mənada işlənir. Ustadlar deyirlər ki, İrvahım günbəzdə yatıb vağyada gördü ki, Heratda Fətəli xa
Bax: vaqiə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bax: vağya.
Vaxtında, zamanında. (“Kitabi-Dədə Qorqud” leksikası)
Parça adı. (“Koroğlu” dastanının lüğəti) Çox sıx tor mənasında da işlənir. Sevgilim geyib valadan, Rəngi seçilməz laladan, İçib abi-zülaladan, Gözləri
Bax: vanəfsə.
Fəryad, fəğan, şivən, qışqırıq. Bu zaman göy guruldadı, bir ildırım şığıyıb vəzirin evinin üstünə düşdü
Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. (“Koroğlu” dastanının lüğəti) Əcəli qoydum börkümə, Büründüm çodar kürkünə, Gəl min Qıratın tərkinə, V
Pislik edən, araqarışdıran, sözgəzdirən. (“Koroğlu” dastanının lüğəti) – Ayə, vayıs oğlu vayıs, yolu niyə kəsifsən? (“Pərizad xanımın Çənlibelə gəlməy
Əsassız olaraq adı pisliyə çıxmış. (“Koroğlu” dastanının lüğəti) Yazıqsan. Sonra məni vayqanlı görmə
Şey, mal. (“Koroğlu” dastanının lüğəti) Dəmirçioğlu düşməz gücdən, Qorxmaz müxənnətdən, bicdən, Bac allam nağdıdan, vecdən, Dəmirçioğlu mənəm, mənəm!
Lazımsız, yararsız, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara. (“Koroğlu” dastanının lüğəti) Koroğlu, mən çox vecəgəlməz adam imişəm
Dayaq, arxa. (“Kitabi-Dədə Qorqud” leksikası)
Günah, məsuliyyət; babal. Qanlı fələk məni yardan alıbdı, Sürgün edib dağa-daşa salıbdı; Gözü yolda intizarlım qalıbdı, Batmışam vəbala, cana, ağlaram
1. Üz, sifət, çöhrə. 2. Yol, üsul, vasitə. 3. Səbəb, münasibət. Vəchi nədi, nə eşitsən iradə? Yar yarın haqqına yetmək çağıdı
Ayüzlü. Qabağı vəchi-qəmər, Yanağı əhməridi bu? (“Alı xan”)
Belə, şəkildə, surətdə. (“Kitabi-Dədə Qorqud” leksikası)
Bir iş üçün təyin olunan vaxt, müddət. (“Koroğlu” dastanının lüğəti) İndi sabah yox, o birigün vədəsidir
Bax: vələdüzna. (“Koroğlu” dastanının lüğəti)
ər. vələd – övlad + zina – qeyri-qanuni əlaqə Qeyri-rəsmi nikahdan olmuş övlad, bic. (“Koroğlu” dastanının lüğəti) Dilimizdə təhqir, söyüş mənasında i
Tədriclə, yavaş-yavaş. Vər “dərəcə, qat” mənasında işlənir. Mehriban geyərdi al ilə qara, Vücudum şəhrini vermişdim yara; Əgər gəlməsəydin bizim diyar
1. Bir şəxsin və ya bir şeyin malik olduğu sifət, keyfiyyət, hal; səciyyə. 2. Tərif, mədh. (“Koroğlu” dastanının lüğəti) Xacə Yaqub camaatın arasına g
Bir şəxs və ya bir şeyin hal və xüsusiyyətini söyləyərək təsvir etmə. Könül, sənə vəsfi-halım söyləyim, Yarəb, bu dünyada necolur könlüm, Hərdən dərvi
Qaşa çəkilən qara rəngli boya. Qaşlara vəsmə yaxıb, Sürmə ala gözdə durur. (“Şahzadə Seyfəlmülük və Bədiəlcamal”) * Vəsm
Şübhə, tərəddüd, qorxu, səksəkə. (“Koroğlu” dastanının lüğəti) Aşıq Cünun Məhbub xanımın bu sual-cavabından bir az vəsvəsəyə düşdü
Bax: vəzm.
Nəbz. Əvvəl-əvvəl napak qarı gəldi, Qurbaninin vəzmini əlinə alıb dedi: – Oy aman, bununku onnandı..
Çəki, ağırlıq. (“Koroğlu” dastanının lüğəti) Dəlilər qiymətdə ağır, vəzndə yüngül nə vardısa, götürdülər
Dastanda ölkə, məmləkət, mahal, əyalət, ərazi mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti) Müasir dildə “böyük inzibati ərazi bölgüsü” mənasını ve
Deməli, demək, bu halda, belə isə, indi. (“Kitabi-Dədə Qorqud” leksikası)
Asta, yavaş-yavaş. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yaraq, ləvazimat. (“Kitabi-Dədə Qorqud” leksikası)
Talan etmək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Arxa, kürək. (“Kitabi-Dədə Qorqud” leksikası)
Ət qovurması. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yaxa. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yaxın. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yaraşmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)
Yaxınlaşmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)