YAQA

Yaxa. (“Kitabi-Dədə Qorqud” leksikası)

YAXNI
YAQIN
OBASTAN VİKİ
Layt Yaqami
Layt Yaqami (夜神 月ライト , ing. Light Yagami) Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılan "Death Note" manqa seriyasının əsas qəhrəmanıdır. O, ölüm mələyi Ryuk tərəfindən atılan adını və üzünü bilməklə hər kəsi öldürməyə imkan verən dəftəri tapan parlaq, lakin cansıxıcı bir dahi kimi təsvir edilir. Status-kvo və dünyanın ədalətsizliyindən təngə gələn Layt, ölüm dəftərindən istifadə edərək, həyata mənəvi cəhətdən yaraşmayanları öldürür və Kira (キラ) kimi dünya miqyasında qırğın təşkil edir. Cinayət və şərdən azad bir dünya yaratmaq səyləri ərzində, öz üzərində tanrıya bənzər bir fiqur rolunu yaradan Layt, L kimi tanınan məsləhətçi detektivin rəhbərlik etdiyi xüsusi tapşırıq qrupu tərəfindən təqib edilir. Anime adaptasiyasında o, yapon dilində Mamoru Miyano və ingilis dilində Brad Svayl tərəfindən səsləndirilir. Canlı filmdə Tatsuya Fujivara tərəfindən canlandırılan Laytı ingilis dublajı üçün Svayl yenidən səsləndirir; o, musiqidə həm Kenji Urai, həm də Hayato Kakizava tərəfindən səsləndirilmişdir; televiziya dramında onu Masataka Kubota canlandırır; Amerika filmindəki həmkarları Nat Volf və Marqaret Quali tərəfindən təsvir edilmişdir. == Yaradılış və konsepsiya == Death Note-un hekayə müəllifi Tsuqumi Oba dedi ki, onun redaktoru Layt üçün "Yaqami" soyadını təklif edib. Ohba, adının mənası ilə bağlı "çox narahat olmadığını" söylədi ("Yaqami" üçün Kanci "gecə" və "tanrı"dır); o, manqada final səhnəsini yaratdıqdan sonra son səhnənin Kiraya pərəstiş edənlərin gecələr ayın işığı altında ona ibadət etmələrinin adında "daha dərin əhəmiyyət" yaratdığını "bəyəndiyini" söylədi — onun adı Layt "ay" simvolu ilə yazılmışdır. Death Note-un rəssamı Takeşi Obata, Laytı çəkəndə "heç bir çətinlik çəkmədiyini" söylədi, çünki ona təqdim olunan xarakter təsviri, "Bir az kənarda olan parlaq fərqlənən tələbə" "aydın və ətraflı" idi.
Yaqala şəlaləsi
Yaqala (est. Jägala juga) — Estoniyanın eyniadlı Yaqala çayı üzərində yerləşən şəlalə. Şəlalə Haryumaa vilayətinin Yoelahtme rayonu ərazisinə aiddir. Fin körfəzindən 4 km cənubda, Tallin şəhərindən isə 25 km şərqdə yerləşir. Şəlalənin hündürlüyü 8 metr, eni isə təxminən 50 m-dir. Estoniyanın ən böyük şəlalələrindən biridir. Suyun töküldüyü yerdə çıxıntı meydana gəlmiş və suyun arxa hissəsində boşluq formalaşmışdır. Məhs boşluqla şəlalə boyu hərəkət etmək mümkündür. Ancaq yol təhlükəlidir. Daşlar üzəri həmişə sürüşkən olur.
Yaqaylo
Yadviqa (lit. Jogaila; 1362, Vilnüs – 1 iyun 1434) — Vitebsk şahzadəsi, 1377–1381 və 1382–1392-ci illərdə Böyük Litva knyazı, 1386-cı ildən Vladislav II Yaqaylo adı altında Polşa kralı. Gediminasın nəvəsi, Litva Böyük knyazı Olgerd və Tver şhazadəsi İulianianın oğlu. Yagellonlar sülaləsinin banisi.