Azərbaycan dilinin dialektoloji lüğəti.

  • İLLAHTA:LA

    (Salyan) yaxşı. – İllahta: la, sən diyən olsun

    Tam oxu »
  • İLLAP

    (Şərur, Zəngilan) lap. – Davarı illap uzaxlara aparırdıx (Şərur)

    Tam oxu »
  • İLLƏT

    I (Quba) xəstəlik adı II (Salyan) məqsəd, fikir. – Sə:n nəsə başqa illətin var, özün dimirsən

    Tam oxu »
  • İLMAĞ

    (Sabirabad, Salyan) ilıq

    Tam oxu »
  • İLMAMMAX

    (Ağdam) dırmaşmaq. – Bir qaydada ilmandım ağaja

    Tam oxu »
  • İLMANDA

    (Cəbrayıl) yoğun ip

    Tam oxu »
  • İLMANĞI

    (İmişli, Sabirabad, Salyan) bax ilmanqi

    Tam oxu »
  • İLMANQI

    (Əli Bayramlı, Şərur, Masallı, Salyan) bax ilmanqi

    Tam oxu »
  • İLMANQİ

    (Cəlilabad, Kürdəmir) ilıq. – Suyi ilmanqi elə, gəti tökginən əlimə (Cəlilabad)

    Tam oxu »
  • İLMANQU

    (Lənkəran) bax ilmanqi. – Su: ilmanqu eləmiəsə:n?

    Tam oxu »
  • İLMARMAĞ

    (Dərbənd) yalvarmaq. – Mən məniçü ilmarsam da, o mənə ögüd vereydi

    Tam oxu »
  • İLMƏBASMA

    (Salyan) işlək, zirək. – İlməbasmadı, bir də:qə bi yerdə diyammır

    Tam oxu »
  • İLMƏKGÜLMƏK

    (Salyan) ilmək. – İpi ilməkgülmək elə bağla inəyin ayağına

    Tam oxu »
  • İLMİDDƏM

    (Bakı, Cəbrayıl, Xaçmaz, Kürdəmir, Zəngilan) həmişə. – Bı uşaxlar ilmiddəm yolun üsdündə oynuyur (Cəbrayıl); – İlmiddəm bı küçələri boş-boş gəzmə, ged

    Tam oxu »
  • İLMİNƏ-QULĞUNA

    (Çənbərək) araqarışdıran, sözgəzdirən. – Sənəm qarı yaman ilminə-qulğuna arvatdı

    Tam oxu »
  • İLMİZA:LIM

    (Füzuli, Zəngilan, Şərur) həmişə. – İlmiza:lım avara gəzir (Füzuli)

    Tam oxu »
  • İLPETMƏX’

    (Borçalı, Qazax) qorxmaq. – Qarannıxda uşax ilpedir (Qazax)

    Tam oxu »
  • İLPEYETMƏX’

    (Borçalı) ürpəşmək. – Denən o simavarı yavaş sürtsün, ətim ilpeyedir

    Tam oxu »
  • İLTİ

    (Xaçmaz, Quba) bax elti

    Tam oxu »
  • İLVAH

    ilvah olmax: (Qazax) rədd olmaq. – Başımnan ilvah ol, sən allah

    Tam oxu »
  • İMAX

    (Dərbənd) yemək. – Uşağlar imağa getdi; – Qomuşlar <camışlar> biçan <ot> iyələr; – Hindi xinqal iyədüğ

    Tam oxu »
  • İMANIKOR

    (Şuşa) uşaq oyunu adı. – İmanıkorda mətə qazırıx

    Tam oxu »
  • İMARAT

    I (Füzuli) yumşaq, narın. – Torpax gərəy imarat ola ki, bi şey bitə II (Zaqatala) qadınlar üçün qiymətli metallardan hazırlanan bəzək şeyləri

    Tam oxu »
  • İMARƏT

    I (Füzuli) bax imarat I II (Göyçay) 1. yaxşı 2. qiymətli. – Belənçiyinə imarət iş görürsən

    Tam oxu »
  • İMƏNNƏ

    (Salyan) ev əşyaları. – Zərifə gəlin köçəndə düz iki maşın imənnə aparmışdı

    Tam oxu »
  • İMİNYA

    (Zaqatala) bax əmənniyə

    Tam oxu »
  • İMİRƏMMƏX’

    (Mingəçevir) güvənmək. – O, gücünə imirənir

    Tam oxu »
  • İMQA

    (Füzuli) dəstə. – İmqa qayırıllar

    Tam oxu »
  • İMLIĞ

    (Əli Bayramlı, Salyan) ip qırıntıları. – Hökümə qarı xalçanın imlığın qaytardı (Əli Bayramlı)

    Tam oxu »
  • İMRƏMMƏG

    (Əli Bayramlı) balasını istəyərək səs çıxarmaq (inəklərdə)

    Tam oxu »
  • İMRƏMMƏX’

    (Çənbərək, Daşkəsən, Gədəbəy, Hamamlı, Karvansaray, Qazax) bax imrəmməg. – İnəx’ gəlif qapıda imrəner, dur get buzoynu altına burax, sağ (Qazax); – Bu

    Tam oxu »
  • İMRƏNCİ

    (Qazax) təmizkar, səliqəli. – Güllü yaman imrənci qızdı, qoymor öyə bir çöf çüşə, öyü gümüş kimi saxler

    Tam oxu »
  • İMRİX’

    (Gədəbəy, Qazax, Şəmkir) iri (un). – Un yaman imriy ü:nüf nəm olduğuna (Gədəbəy)

    Tam oxu »
  • İMSEK

    (Balakən, Zaqatala) obaşdan. – İmsekdən get, gəti də (Zaqatala)

    Tam oxu »
  • İMSİLƏMƏX’

    (Qarakilsə) iyləmək

    Tam oxu »
  • İN

    I (Quba) qoxu, iy. – Üzərrigi yandıraduğ, yaxşı in verədü II (Culfa, Naxçıvan, Ordubad, Şərur, Zəngilan) hin III (Göyçay) səs

    Tam oxu »
  • İNAĞ

    (Bakı, Salyan, İmişli, Lənkəran) xəstəlik adı. – İnağ öldirir məyi (İmişli)

    Tam oxu »
  • İNAHAT

    (Salyan) tərslik, inadkarlıq. – Onsuzza Səlim inahatın yeridəcəg, pissig sə: qalacağ

    Tam oxu »
  • İNAX

    (Füzuli, İmişli, Mingəçevir, Zəngilan) bax inağ. – İnax olanın başınnan qan almasan ayılmaz (Zəngilan)

    Tam oxu »
  • İNCAFARA

    (Gədəbəy, İsmayıllı, Tovuz) bax incavara. – Uşax yıxıldı, əmə incafara heş zat olmadı (Gədəbəy)

    Tam oxu »
  • İNCAR

    (Lerik, Yardımlı) hal, taqət. – İncarım yoxdu işdəməgə (Yardımlı)

    Tam oxu »
  • İNCAVARA

    (Cəbrayıl, Çənbərək, Karvansaray, Meğri, Zaqatala) yaxşı ki, xoşbəxtlikdən. – İncavara yağış bizi tutmadı (Karvansaray); – Açca qalmışdı bassın ayı, i

    Tam oxu »
  • İNCAVARADAN

    (Kəlbəcər, Qazax, Şuşa) bax incavara

    Tam oxu »
  • İNCAVARINA

    (Mingəçevir) bax incavara

    Tam oxu »
  • İNCƏFARA

    (Kürdəmir) bax incavara. – İncəfara yağışa düşmədüg

    Tam oxu »
  • İNCƏFARDAN

    (Bərdə) bax incavara. – İncəfardan yeznəm gəlif çıxdı

    Tam oxu »
  • İNCƏVARA

    (Ağcabədi, Bərdə, Gəncə, Kəlbəcər, Kürdəmir, Qazax, Naxçıvan, Şəki, Şərur, Ucar, Zəngilan) bax incavara

    Tam oxu »
  • İNCƏVARADAN

    (Bərdə) bax incavara. – İncəvaradan bu yolnan gəldi, səni görmədi

    Tam oxu »
  • İNCƏVARANA

    (Cəbrayıl) bax incavara. – İncəvarana tez gəldi

    Tam oxu »
  • İNCƏVARI

    (Qarakilsə) bax incavara. – Alının oğlu incəvarı bizi yuvatmadı

    Tam oxu »