bezdirmək, hövsələdən çıxartmaq.
birinin yolunu gözləmək; ~ gözü yolda qalmaq, gözünün kökü saralmaq.
əziyyətlərə qatlaşmaq, əzablı illər yaşamaq, ağır, məşəqqətli günlər keçirmək.
itirmək, itki vermək; ~ ziyan çəkmək (dəymək), əldən çıxmaq.
pulu tez xərcləmək, sağa-sola sərf etmək.
çox pul xərcləmək, səxavət göstərmək.
oğlan uşağına fərəh və nəvazişlə deyilən ifadə.
cəsarəti olmamaq, qorxmaq, çəkinmək.
hər hansı pis əməli özünə layiq bilməmək, namərdlik, nakişilik etməmək.
uğuldamaq; ~ qışqırıq qoparmaq.
haqqında mənfi qərar verilmək, məsələsi həll olunmaq; ~ işi bitmək, kəlmeyi-şəhadəti oxunmaq, zurnası çalınmaq, eşşəyi ölmək
slenq. susmaq, danışmağa sözü olmamaq; həyat enerjisi tükənmək.
özbaşınalıq etmək, sözünün, hərəkətinin yerini bilməmək, yersiz işlərə vaxt sərf etmək, hər yana baş soxmaq
pislik edə biləcək birinin əlinə fürsət vermək; ~ dəlinin əlinə dəyənək vermək, dəlinin yadına daş salmaq
məlumatsız, savadsız və nadan olmaq.
dağıtmaq, puç etmək, heç eləmək; ~ xaraba qoymaq.
yersiz və uyğunsuz iş görmək, sözünün, hərəkətinin yerini bilməmək.
ehtiyac, maddi sıxıntı içində yaşamaq, ağır günlər keçirmək, nəyəsə çox ehtiyacı olmaq.
hər şeylə təmin etmək, ehtiyaclarını ödəmək.
bir yerdə müvəqqəti yurd salmaq, müvəqqəti məskunlaşmaq, yaşamaq.
hər kəsə bəlli olan, dəfələrlə təkrarlanmış, çeynənmiş; gülünc bəhanə; ~ çağırılmış bayatı.
köhnə qaydaları pozmaq, zahirən yenilik yaratmaq istəmək; ~ təzə dəllək çıxıb, kəkili yandan qoyur.
bir şeyin dəyişmədiyini, yenilik və irəliləyişin olmadığını bildirən ifadə.
keçmiş qaydalarla hərəkət edən; haçansa olmuş bir şeyi unutmayan, onun həsrəti ilə yaşayan adam haqqında işlədilən ifadə
hər kəsə bəlli olanı təkrar etmək.
bax: köhnə palan içi sökmək (eşələmək).
bax: qoca qurd.
sınaqdan çıxmış, hər hansı işdə böyük təcrübəsi olan adamlar haqqında deyilən ifadə.
unudulmuş, yaddan çıxmış bir hadisəni, pis işi, nöqsanları xatırlamaq; ~ keçmişi qurdalamaq, köhnə küllükləri eşələmək
bax: yarasını təzələmək.
danışıqda hər şeyi bir-birinə qatmaq.
1. Bir yеrdə məskən sаlmаq, bərkimək, yerini möhkəm eləmək, daimi yerləşmək; ~ binə salmaq. 2. Möhkəmlənmək, ürəklərdə özünə yer eləmək, yaşamaq, unu
boşalmaq, formasını itirmək.
fikirdən, qəm-qüssədən, dərddən və s. hislərin təsirindən dərindən nəfəs almaq; ~ ah çəkmək.
ağır mənəvi zərbə vurmaq, yandırıb-yaxmaq.
qorxmadan özünü qabağa vermək, müqavimət göstərmək; ~ sinə gərmək, sinəsini sipər (qalxan) etmək.
bax: sinəsini sipər (qalxan) etmək.
təməlindən məhv etmək, əsasını sarsıtmaq, məhv etməyə çalışmaq; ~ baltanı dibindən (kökündən) vurmaq
bir məsələ ilə bağlı tutarlı söz demək, kəsərli cavab vermək.
əsasını, mahiyyətini bilmək, dərindən öyrənmək; ~ kainatına çıxmaq (çatmaq).
bir şeyi qurtarmaq, məhv etmək, tamamilə axırına çıxmaq, israfçılığa yol vermək; ~ axırına çıxmaq, süpürgə çəkmək, dibinə daş atmaq, damazlığını kəsmə
tamamilə, yerli-dibli məhv etmək, yox etmək; ~ nəslini kəsmək, kökünü yer üzündən kəsmək, külünü göyə sovurmaq, axırına çıxmaq
bax: kökünü kəsmək (qazımaq).
dəyərli olduğuna şübhə yaratmaq; ~ xələl gətirmək.
fərqlənməyə çalışmamaq, özünə diqqəti cəlb etməmək; qiymətləndirilməmək, dəyər verilməmək.
nəyəsə, kiməsə üstün gəlmək, irəli keçmək.
gücü, təsiri, nüfuzu olmaq; adamlara köməyi dəymək.
himayə etmək, qayğı göstərmək.
kiminsə himayəsində olmaq, öz mövqeyi, qərarı olmamaq, cəsarətsiz olmaq; ~ kölgəsində dolanmaq.
bax: kölgəsində daldalanmaq.