Azərbaycan dilinin frazeologiya lügəti

  • XƏMİRLƏRİ BİR TORPAQDAN GÖTÜRÜLMƏK (YOĞRULMAQ)

    xasiyyətləri eyni, yaxın, oxşar olmaq.

    Tam oxu »
  • XƏNCƏR-BIÇAĞA ÇIXMAQ

    davaları kəskin şəkil almaq, bir-birini xəncər və ya bıçaqla vurmaq dərəcəsinə gəlmək.

    Tam oxu »
  • XƏNCƏR-BIÇAQ OLMAQ

    qatı düşmən olmaq, qanlıbıçaq olmaq; ~ ölüb-öldürməyə çıxmaq.

    Tam oxu »
  • XƏNCƏRİNİN QAŞI DÜŞMƏZ

    hər hansı işi, hərəkəti özünə sığışdırmayan adam haqqında tənə ilə işlədilən ifadə; ~ qılıncının qaşı düşməz

    Tam oxu »
  • XƏRC APARMAQ

    çox xərc tələb etmək, pul sərf etmək; ~ baha başa gəlmək, əli cibində olmaq.

    Tam oxu »
  • XƏRCƏ-BORCA DÜŞMƏK

    borc pul almağa, borca düşməyə məcbur olmaq; ~ ziyana düşmək, borc içində üzmək.

    Tam oxu »
  • XƏRCƏ DÜŞMƏK

    pul xərcləmək məcburiyyətində qalmaq; ~ xərc çəkmək.

    Tam oxu »
  • XƏRCƏ SALMAQ

    pul xərcləməyə məcbur etmək; ~ ziyana salmaq, belinə yükləmək.

    Tam oxu »
  • XƏRCİ BORCUNU ÖDƏMƏMƏK

    qoyduğu mayadan gəlir götürə bilməmək, gəlir əldə edə bilməmək, mayasını güclə çıxartmaq; ~ mayası batmaq

    Tam oxu »
  • XƏSARƏT YETİRMƏK

    zərbə vurmaq, yaralamaq, əzmək, zədələmək; ~ zərər yetirmək, xətər yetirmək.

    Tam oxu »
  • XƏSTƏ DÜŞMƏK (YATMAQ)

    xəstələnmək, azarlanmaq; ~ yorğan-döşəyə düşmək.

    Tam oxu »
  • XƏŞİLƏ DÖNDƏRMƏK

    korlamaq, zay eləmək, bir-birinə qatıb-qarışdırmaq; döymək, əzişdirmək; ~ salamat yer qoymamaq, xəşilini çıxarmaq

    Tam oxu »
  • XƏŞİLİNİ ÇALMAQ

    öldürmək; ~ işini bitirmək.

    Tam oxu »
  • XƏŞİLİNİ ÇIXARMAQ

    bax: xəşilə döndərmək.

    Tam oxu »
  • XƏTDƏ QAL

    slenq. “bir saniyə, bir dəqiqə gözlə” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • XƏTƏR DƏYMƏK

    bax: ziyana düşmək.

    Tam oxu »
  • XƏTƏR YETİRMƏK

    bax: xəsarət yetirmək.

    Tam oxu »
  • XƏTİR-HÖRMƏT QOYMAQ

    bax: hörmət qoymaq.

    Tam oxu »
  • XƏTİR-HÖRMƏT SAXLAMAQ

    bir-birinə hörmət eləmək, səmimi olmaq, güzəşt eləmək; ~ xətir qoymaq.

    Tam oxu »
  • XƏTİR QOYMAQ

    bax: xətir-hörmət saxlamaq.

    Tam oxu »
  • XƏTİR ÜÇÜN (ÜSTƏ) XƏSTƏ YATMAQ (OLMAQ)

    birinə xoş gəlmək üçün özünü pis vəziyyətə salmaq, yaltaqlıq məqsədilə özünü pis vəziyyətdə olana oxşatmaq

    Tam oxu »
  • XƏTRİNƏ DƏYMƏK

    bax: qəlbinə dəymək (toxunmaq).

    Tam oxu »
  • XƏTRİNİ ƏZİZ TUTMAQ

    bax: əziz tutmaq.

    Tam oxu »
  • XƏTRİNİ XOŞ ELƏMƏK

    sevindirmək, şadlandırmaq, xoşlandırmaq.

    Tam oxu »
  • XƏTRİNİ SAXLAMAQ

    bax: hörmətini saxlamaq (gözləmək).

    Tam oxu »
  • XƏYALA QƏRQ OLMAQ

    fikirli, dalğın olmaq; ~ fikrə getmək.

    Tam oxu »
  • XƏYALI GÖYLƏRDƏ OLMAQ

    davamlı xəyallara dalmaq, ilhamlanmaq; dalğın, fikirli olmaq; ~ fikri özündə olmamaq.

    Tam oxu »
  • XƏYALINA GƏLMƏK (GƏTİRMƏK)

    təsəvvür etmək, düşünmək; ~ təsəvvürünə gətirmək, xəyalında canlanmaq, ağlına gəlmək (gətirmək), fikrinə gəlmək

    Tam oxu »
  • XƏYALINDA CANLANMAQ

    təsəvvür etmək; ~ xəyalına gəlmək (gətirmək), təsəvvürünə gətirmək, gözünün önündən keçirmək.

    Tam oxu »
  • XƏYALINDAN KEÇMƏK

    arzulamaq, istəmək; ~ ürəyindən keçmək, fikrindən keçmək.

    Tam oxu »
  • XƏYALPLOV YEMƏK

    xəyallarla, illüziyalarla yaşamaq.

    Tam oxu »
  • XƏZİNƏ ÜSTÜNDƏ OTURMAQ

    çoxlu pulu, var-dövləti olmaq; ~ bank üstündə oturmaq.

    Tam oxu »
  • XƏZİNƏSİNDƏ SİÇANLAR OYNAMAQ

    bax: cibində siçanlar oynamaq.

    Tam oxu »
  • XIRMAN DÖYMƏK

    taxılın dənələrini xüsusi alətlərlə sünbüldən ayırmaq.

    Tam oxu »
  • XIRTDAYA-XIRTDAYA QALMAQ

    bax: kəsilə-kəsilə qalmaq.

    Tam oxu »
  • XIŞI KÖTÜYƏ İLİŞMƏK

    işləri düz gətirməmək, maneə ilə üzləşmək.

    Tam oxu »
  • XİDMƏT GÖSTƏRMƏK

    hər hansı bir ehtiyac və tələbatı ödəmək; ~ qulluğunda dayanmaq (durmaq).

    Tam oxu »
  • XİFFƏT ÇƏKMƏK

    darıxmaq, kədərlənmək; ~ həsrət çəkmək, ürəyi sıxılmaq (qısılmaq), ürəyi qubar eləmək (bağlamaq), qulağı çəkilmək

    Tam oxu »
  • XİLAF ÇIXMAQ

    vədini, sözünü, əhdini pozmaq; əks mövqedə dayanmaq.

    Tam oxu »
  • XİRTDƏYƏ ÇIXMAQ

    çox, lap çox, həddən artıq olmaq.

    Tam oxu »
  • XİRTDƏYƏ YIĞMAQ

    çox incitmək, bezdirmək.

    Tam oxu »
  • XİRTDƏYİNƏ KEÇMƏK

    mane olmaq, imkan verməmək, incitmək.

    Tam oxu »
  • XİYAR ƏYRİ BİTİB

    narazılıq, söz-söhbət yarandıqda işlədilən ifadə.

    Tam oxu »
  • XOF GÖTÜRMƏK

    qorxmaq, xoflanmaq; ~ vahimə basmaq, vahiməyə düşmək.

    Tam oxu »
  • XOFA SALMAQ

    qorxutmaq, hədələmək, xoflandırmaq.

    Tam oxu »
  • XOX GƏLMƏK

    qorxutmaq; ~ hədə-qorxu gəlmək.

    Tam oxu »
  • XORUZ BANLAMASA, SƏHƏR AÇILMAZ?!

    görülən işdə birinin əhəmiyyətini aşağılamaq, onsuz da bu işin həll olunacağını bildirmək məqsədilə işlədilən ifadə

    Tam oxu »
  • XORUZ BURAXMAQ

    danışıqda və ya musiqi ifasında səhvə, yanlışlığa yol vermək, xaric oxumaq.

    Tam oxu »
  • XORUZ SƏSİ EŞİTMƏMİŞ

    yeni, çoxunun eşitmədiyi, görmədiyi, bilmədiyi.

    Tam oxu »
  • XORUZA YÜKLƏMƏK

    müflis etmək, var-yoxunu əlindən almaq, soymaq, talamaq.

    Tam oxu »