sif. Çoxlu, son dərəcə çox, həddən artıq. Bol meyvə. Bol məhsul. Çayda bol su var. Bol süd verən inək
zərf 1. Çox, çoxlu, artıq, həddən artıq. Məndən ona bol-bol salam söylə. 2. Artıqlaması ilə. Bu taxıl bizi bol-bol görər
[isp.] mus. 1. İspan milli rəqslərindən birinin adı. 2. Bu rəqs tempində bəstələnmiş musiqi əsəri
is. Şərqi Slavyan xalqlarından biri və bu xalqa mənsub adam
zərf və sif. Bolqar dilində. Bolqarca danışmaq. Bolqarca-rusca lüğət
“Bollanmaq”dan f.is
f. Bol olmaq, xeyli çoxalmaq, artmaq. Bazarda ət və tərəvəz bollanmışdır. Çayın suyu bollanmışdır
“Bollaşdırılmaq”dan f.is
məch. Bol edilmək, çoxaldılmaq, miqdarı daha da artırılmaq
“Bollaşdırmaq”dan f.is
f. Bol etmək, çoxaltmaq, miqdarını daha da artırmaq. Məhsulu bollaşdırmaq
“Bollaşmaq”dan f.is
bax bollanmaq. Mağazalarda hər şey bollaşmışdır
bax bollaşdırmaq
bax bol. Çayda bollu su var. Göldə bollu balıq var. Bu il bollu meyvə götürmüşük
zərf Bol-bol
zərf Çox bol, çoxlu. Sanatoriyada bolluca yemək verirlər. Bolluca vədə vermək. – [Bacı:] Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə
is. 1. Çoxluq, artıqlıq. Məhsulun bolluğu. Çayda suyun bolluğu. Xammalın bolluğu. 2. Firavanlıq, rifah
[rus.] Bolşevizm tərəfdarı. On iki minlik bolşevik “Qırmızı qvardiya”sının 70 faizini də daşnaklar təşkil edirdi…
[rus.] V.İ.Lenin tərəfindən hazırlanaraq rus və beynəlxalq miqyasda fəhlə sinfinin mübarizəsi təcrübəsinə əsaslanan proletar inqilabı hərəkatı haqqınd
[rus.] Maşın və s. hissələrini birbirinə bənd etmək üçün bir başına qayka keçirilən metal ox. Özülün üstündə qurulmuş dirəklər yoğun boltlar və dəmirl
“Boltlamaq”dan f.is
f. Bolt ilə birləşdirmək, boltla bir-birinə bağlamaq
məch. Bolt ilə birləşdirilmək, bolt ilə bir-birinə bağlanmaq
[fr.] İçərisinə partlayıcı maddələr doldurulub, əl və ya silah vasitəsilə, yaxud da təyyarədən atılan mərmi, qumbara
is. 1. Bomba hazırlayan, bomba qayıran (adam). 2. Bomba atan, bombardmançı
is. Bomba hazırlama sənəti. [Həsən isə] öz rəğbəti ilə bombaçılıq vəzifəsini görürdü. M.S.Ordubadi
bax bombardmançı 1-ci mənada. Bombadaşıyan təyyarələr ildırım kimi şığıyan qırıcı təyyarələrin müşayiəti ilə əsgərlərin başı üstündən ötüb keçdi
“Bombalamaq”dan f.is. Qabaq düşmən idi, arxa isə hər gün davam edən bombalama nəticəsində dağılırdı. Mir Cəlal
f. Havadan hücum edərək bombaya basmaq, üzərinə bomba atıb dağıtmaq
“Bombalanmaq”dan f.is
məch. Bombaya basılmaq, bomba ilə vurulmaq, üzərinə bomba atılıb dağıdılmaq
icb. Bombaya basdırmaq
bax bombardmançı 1-ci mənada. Bombardman təyyarəsi. □ Bombardman etmək – bax bombalamaq
1. sif. Bombalamaya məxsus. Bombardmançı təyyarə. 2. is. Bombardman təyyarəçisi. Hava ayaz deyildi ki, bombardmançılar onsuz da qalxıb dağım-dağım ola
bax bombardmançı. Gedir qərbə tərəf hücum çəkənlər; Gedir qatar-qatar bombatökənlər. M.Rahim
sif. və zərf Tamamilə boş, lap boş, içində heç bir şey olmayan. Bomboş otaq. – [Tarverdi:] Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır, ya elə
sif. Tünd boz rəngli. [Lado] Lökbatan adlanan bomboz bir səhra ilə qarşıda görünən dağlara sarı gedirdi
is. [rus.] Səfil, didərgin, yeri-yurdu olmayan adam
[fr.] 1. Sahibinə müəyyən vaxtda və müəyyən idarədən üzərində göstərilən məbləği almaq üçün ixtiyar verən kredit sənədi
[xüs. is.-dən] Bonapartizm tərəfdarı
[Fransa imperatoru Bonapartın adından] İnqilab şəraitində iri burjuaziyanın diktatura formalarından biri; bu şəraitdə hərbçilərə istinad edən əks-inqi
is. [lat.] Mükafat, muzd, haqq, bəxşiş
[lat.] kim. Bir neçə mineralın tərkibinə daxil olan tünd boz rəngli kimyəvi element. □ Bor turşusu kim
[alm.] tib. Diş müalicəsində işlədilən polad burğu
is. Küləkli qar və yağış; çovğun, qasırğa. Borana düşmək. – Kərəməli, yollarım toz, qubar oldu; Boran oldu, çovğun oldu, qar oldu
is. 1. bot. Qabaq növü. Ağ boranı. Sarı boranı. – [Pası] evin qabağında olan çiçəkli tənbəkilərə, saralıb qızaran boranılara baxmağa gedərkən, Cəbi Gü
“Boranlamaq”dan f.is
f. 1. Boran qalxmaq, boran baş vermək. Hava boranladı. 2. Borana düşmək, boranlı havada soyuqdan donmaq
sif. Küləkli qar və ya yağışlı; bərk küləkli, qasırğalı. Boranlı hava. Boranlı qış günü. – Duman gəldi, azdım mən də yolumu; Çiskinli, boranlı çöllərd