Azərbaycan dilinin izahlı lüğəti

  • DAHİ

    [ər.] 1. is. Xariqüladə ağıl və zəkaya malik olan şəxs. Azadeyi-küdurət idi səhni-asiman; Dahilərin xəyalı kimi təbdar idi

    Tam oxu »
  • DAHİCƏSİNƏ

    zərf Dahiyə xas olan xariqüladə zəka ilə, istedadla, yaradıcılıqla

    Tam oxu »
  • DAHİLİK

    is. Dahiyə xas olan ağıl və zəka; düha. Nizaminin dahiliyi. – Birdən qəfil yada gəlsə: Dahilik! İçimdən bir səda gəlsə: Dahilik! … Tanrım, məni məndən

    Tam oxu »
  • DAHİYANƏ

    sif. [ər. dahi və fars. …anə] Dahicəsinə, dahiyə xas olan, ancaq dahinin yarada biləcəyi. Dahiyanə fikir

    Tam oxu »
  • DAXAL

    is. məh. Qarğıdan, qamışdan düzəldilmiş daxma

    Tam oxu »
  • DAXALÇA

    is. məh. Kiçik daxal

    Tam oxu »
  • DAXIL

    is. 1. Mağaza, dükan və s.-də pulların yığıldığı yeşik, sandıqça; kassa. Daxılda nə qədər pul var? Pulu daxıla qoymaq

    Tam oxu »
  • DAXILDAR

    is. köhn. Kassir. Pulları daxıldara tapşırmaq

    Tam oxu »
  • DAXILDARLIQ

    is. köhn. Daxıldarın işi, vəzifəsi; kassirlik

    Tam oxu »
  • DAXİL

    is. [ər.] İçəri, iç tərəf, bir şeyin içərisi. Bu evin daxili xaricindən gözəldir. Binanın daxili. // Hər ölkənin öz torpağı, öz hüdudlarının içərisi (

    Tam oxu »
  • DAXİLƏN

    zərf [ər.] 1. İç tərəfdən, daxildən. 2. Öz daxilində, öz-özlüyündə, öz təbiətinə görə; təbiətən. Novruzəli və usta Zeynallar daxilən çox təmiz və xoşn

    Tam oxu »
  • DAXİLİ

    sif. [ər.] 1. Daxilə, içəriyə aid və mənsub olan (zahiri, xarici ziddi). // Bir şeyin daxilində, iç tərəfində olan; içə, daxilə aid olan; iç

    Tam oxu »
  • DAXİLİYYƏ

    sif. [ər.] köhn. Bir ölkənin daxilinə aid olan. Daxiliyyə nazirliyi

    Tam oxu »
  • DAXMA

    is. 1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev. Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa

    Tam oxu »
  • DAXMACIQ

    “Daxma”dan kiç. Yox! Bəlkə də bu torpaqdan daxmacıqda sən; Bir kitabça vərəqləyib məni anırsan?! S.Vurğun

    Tam oxu »
  • DAİM

    zərf [ər.] Həmişə, hər vaxt, müttəsil, arasıkəsilmədən. Daim işləmək. Daim artmaq. Daim oxumaq. – Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, d

    Tam oxu »
  • DAİMA

    zərf [ər.] Həmişə, hər vaxt, müttəsil, arasıkəsilmədən. Daim işləmək. Daim artmaq. Daim oxumaq. – Sordum ki, rəqib ilə oturmaq nədir, ey şux? Güldü, d

    Tam oxu »
  • DAİMİ

    sif. [ər] 1. Uzunmüddətli, uzun müddət üçün olan, müvəqqəti olmayan, sürəkli. Qatarların daimi cədvəli

    Tam oxu »
  • DAİMİLƏŞDİRİLMƏK

    məch. Daimi edilmək, daimi hala salınmaq; sabitləşdirilmək

    Tam oxu »
  • DAİMİLƏŞDİRMƏ

    “Daimiləşdirmək”dən f.is

    Tam oxu »
  • DAİMİLƏŞDİRMƏK

    məch. Daimi hala salınmaq; sabitləşdirmək

    Tam oxu »
  • DAİMİLƏŞMƏ

    “Daimiləşmək”dən f.is

    Tam oxu »
  • DAİMİLƏŞMƏK

    f. Daimi olmaq, daimi hal almaq, əbədi olmaq, sabitləşmək

    Tam oxu »
  • DAİMİLİK

    is. Daimi olma, həmişəlik, müttəsillik; sabitlik, dəyişməzlik, ardıcıllıq. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağ

    Tam oxu »
  • DAİR

    qoş. [ər.] Haqqında, barəsində, xüsusunda, aid, əlaqədar (adətən yönlük halda olan isimdən sonra gəlir)

    Tam oxu »
  • DAİRƏ

    is. [ər] 1. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə

    Tam oxu »
  • DAİRƏCİK

    is. Kiçik dairə. Yağışdan göldə əmələ gələn dairəciklər. İşıqlı dairəciklər. – [Cahandar ağanın] qulaqları güyüldədi, gözlərinin qabağında qara dairəc

    Tam oxu »
  • DAİRƏLƏNMƏ

    “Dairələnmək”dən f.is

    Tam oxu »
  • DAİRƏLƏNMƏK

    f. Dairə kimi olmaq, dairəvi olmaq, dairə şəkli almaq, dəyirmi olmaq; girdələnmək. Günəş dairələnib yerindən çıxır, üfüq mis rəngi alır

    Tam oxu »
  • DAİRƏVARİ

    sif. Dairə kimi, dairəyə oxşar, dairə şəkilli

    Tam oxu »
  • DAİRƏVİ

    sif. [ər.] Dairə şəklində olan; dəyirmi, girdə. Mehmanxanada ilk nəzərə dəyən birinci mərtəbədəki böyük dairəvi dəhlizin bir neçə yerdən şırım-şırım s

    Tam oxu »
  • DAİRƏVİLİK

    is. Dairəvi şeyin halı; dəyirmilik, girdəlik

    Tam oxu »
  • DAQQA

    is. məh. 1. Dəridən tikilmiş hündür papaq. Şiraslan … daqqa divan papağını başına qoydu, üfürülüb evdən çıxdı

    Tam oxu »
  • DAQQAQARIN

    sif. dan. Qarnı daqqa kimi qabağa çıxmış (adam); yekəqarın

    Tam oxu »
  • DAL

    is. şair. Ağacın ilk şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. Yanağı laləsən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan

    Tam oxu »
  • DAL₃

    sif. [ər.] Ərəb əlifbasındakı u (“d”) hərfinin adı. // məc. Həmin hərf kimi əyri, bükülü, bükülmüş (adətən klassiklərdə və aşıqların dilində)

    Tam oxu »
  • DAL

    is. 1. Bədənin boyundan tutmuş omba sümüyünə qədər olan arxa hissəsi; kürək. Küçə ilə bir hambal, bir tay dalında keçir

    Tam oxu »
  • DAL-DALA

    zərf Dallarını dallarına çevirərək. □ Dal-dala vermək – bir-birinə arxalanmaq, bir-birinə kömək etmək

    Tam oxu »
  • DAL-QABAQ

    zərf Dal tərəfi qabağa çevrilmiş halda, bir-birinin ardınca. Arxada isə, … bir-biri ilə yanaşı yox, bir-birindən dalqabaq, birinci və ikinci dağcığaz

    Tam oxu »
  • DALAB

    is. məh. Dəvə, at və bəzi başqa heyvanlarda oyanan cinsi əlaqə həvəsi. Atların dalab vaxtı. Dalaba durmaq (gəlmək)

    Tam oxu »
  • DALAQ

    is. anat. Qarın boşluğunun sol tərəfində olub qan kürəcikləri hazırlayan və bu proseslə bağlı başqa mürəkkəb vəzifələr görən bədən üzvü

    Tam oxu »
  • DALAMA

    “Dalamaq”dan f.is

    Tam oxu »
  • DALAMAQ

    f. 1. Ətə toxunub gicitmək, yandırmaq. Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır. – Atanın üzündəki neştər kimi tüklər balacanın üzünü daladığı

    Tam oxu »
  • DALAN

    is. 1. Küçə qapısından həyətə gedən üstüörtülü və ya açıq yol. [Hacı Fərəc:] Bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola… N

    Tam oxu »
  • DALANDAR

    is. Evin həyətinə baxan; həyəti, küçəni süpürən xidmətçi, süpürgəçi. O günün sabahı dalandarı yanıma çağırıb, gördüyüm qadın barəsində məlumat istədim

    Tam oxu »
  • DALANDARLIQ

    is. Dalandarın işi, vəzifəsi. Dalandarlıq etmək. – Həyətlərində neçə ildən bəri dalandarlıq edən bu kişinin ona xeyli yaxşılığı dəymişdi

    Tam oxu »
  • DALANMA

    “Dalanmaq”dan f.is

    Tam oxu »
  • DALANMAQ

    “Dalamaq”dan məch. Ətim dalandı

    Tam oxu »
  • DALAŞDIRILMA

    “Dalaşdırılmaq”dan f.is

    Tam oxu »
  • DALAŞDIRILMAQ

    məch. Bir-biri ilə vuruşdurulmaq, aralarına dava salınmaq

    Tam oxu »