sif. 1. Çox parlaq, baxmaq mümkün olmayan, gur, çox güclü. Gözqamaşdırıcı işıq. Gözqamaşdırıcı qığılcım
is. Gözqamaşdırıcı şeyin xassəsi, keyfiyyəti, gücü
1. “Gözləmək”dən f.is. ◊ Gözləmə otağı (salonu, zalı) – sərnişinlərin qatarı, avtobusu və s.-ni gözləmələri üçün ayrılmış otaq (salon, zal)
f. Bir şeyin və ya bir adamın intizarını çəkmək, intizarında olmaq. Qatarı gözləmək. Məktub gözləmək
bax gözlənilən. Ürəklər çırpınaraq, gözlənən gün yetişdi. R.Rza
sif. Baş verəcəyi, olacağı, törəyəcəyi qabaqcadan nəzərdə tutulan, təsadüfi olmayan. Gözlənilən cavab
“Gözlənilmək”dən f.is
zərf Gözlənilmədiyi halda, birdən, qəflətdən, xəbərsiz, qabaqcadan nəzərdə tutulmadan. Gözlənilmədən rastlaşma
məch. 1. Olacağı təxmin edilmək, nəzərdə tutulmaq, olacağına, baş verəcəyinə inanılmaq. Axşam yağış gözlənilir
bax gözlənilməz. Gözlənilməyən təsadüf. Gözlənilməyən xəbər. – Bir-iki gün yatdıqdan sonra məlum oldu ki, xəstəliyi ciddidir və gözlənilməyən nəticələ
sif. Gözlənilmədən baş verən, xəbərsiz, nagahani, əvvəlcədən nəzərdə tutulmayan. Gözlənilməz təsadüf
is. 1. Birdən; gözlənilmədən baş vermə: nagahanilik. Gəlişin gözlənilməzliyi. Cavabın gözlənilməzliyi
bax gözlənilmək 1-ci mənada. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. M.S.Ordubadi
bax gözlənilməyən. Hakim ağzını yuxarı tutub, kişinin cır səsinə və …gözlənməyən hünərinə şaqqıltı ilə gülməyə başladı
bax gözlənilməz. Gözlənməz vəziyyət. – Kərimov gözlənməz halda sözünü dəyişdirib dedi… H.Seyidbəyli
“Gözləşmək”dən f.is. Tanışlığın ən ilk mərhələsi üçün təbii olan gözləşmə artır, bir-birinə yaxın oturanlar arasında isə söhbət başlayırdı
qarş. 1. Başqalarına hiss etdirmədən bir-birinə baxaraq göz vurmaq, gözlə işarə etmək. Bir-birilə gözləşmək
“Gözlətmək”dən f.is
icb. Gözləməyə məcbur etmək və ya səbəb olmaq. Qapını açmayıb bayırda gözlətmək. – Bir saat soyuq eyvanda gözlətdikdən sonra xan [Hacı Məlikməmmədi] ç
zərf Gözləyərək, intizarını çəkərək. Uşaq anasını gözlər-gözləyə yuxuya getdi. □ Gözləyə-gözləyə qalmaq – gözlədiyi, intizarında olduğu, həsrətini çək
sif. Gözü olan, görən. Şəfa tapıb qurtarmasın azardan; Heç gözlülər onun dərdin görməsin. Aşıq Ələsgər
1) rəqəmlərə qoşularaq, bir şeyin neçə gözdən (bölmədən) ibarət olduğunu bildirir. Məs.: üçgözlü mənzil; 2) gözləri (9-cu mənada), bölmələri olan; qəf
is. 1. Bir şeyi daha yaxşı görmək və ya gözü qorumaq üçün gözə taxılan şüşə alət: çeşmək, eynək. Qara gözlük taxmaq
is. Gözlük qayıran usta; eynəkçi, çeşməkçi
sif. 1. Gözündə gözlük olan, gözlük taxmış: eynəkli, çeşməkli. Gözlüklü qadın. Gözlüklü müəllim. – Gözlüklü qoca kitabları vərəqlədikcə toz qalxırdı
1. sif. Gözlüyü olmayan, gözlük taxmamış; eynəksiz, çeşməksiz. 2. zərf Gözlük olmadan, gözlük taxmadan; eynəksiz, çeşməksiz
is. Bədnəzərdən, gözəgəlmədən qorunmaq üçün taxılan ağxallı, qara muncuq. Boynuna gözmuncuğu taxmaq. – Ağ qoçların boyunlarından ara-sıra gözmuncuğu v
sif. Gözmuncuğu taxmış, gözmuncuğu olan. Gözmuncuqlu uşaq
is. bot. Çəmənliklərdə bitən çiçəkli bir ot bitkisi
sif. Gözü görməyən, kor. Gözsüz qoca. // İs. mənasında. Bir həqiqətdir, iştə gözsüzlər; Kor olur, nuri-həqqi görməzlər
is. Gözü görməyən adamın halı; korluq. Gözsüzlük pis dərddir. – |Məsmə:] [Ərimgil] gözsüzlük bədbəxtliyini, korluq fəlakətini özləri üçün bir nemət he
zərf Gözünün ucu ilə; quşbaxışı, ötəri. Gözucu baxmaq. Gözucu süzmək. – Qurbani gözucu onları gördü. “Qurbani”
bax acgöz. Gözüac uşaq
bax acgözlük
bax açıqgöz. Gözüaçıq adam. – İnmirə məhəlləsinin camaatı gözüaçıq camaat idi. N.Nərimanov. [Əmirxan Hidayətə:] Məni bağışla, anan səndən gözüaçıqdır
bax açıqgözlülük. Usta bu oğlanın gözüaçıqlığını qiymətləndirərək: – Sən haqlısan, – dedi. Ə.Sadıq
sif. və zərf 1. Gözləri bağlanmış, sarınmış halda (olan). Əsiri gözübağlı gətirdilər. 2. məc. Heç bir şeydən xəbəri olmayan, bilikcə, zehni inkişafca,
sif. və zərf Gözü bağlı olduğu halda, gözlərini yumaraq; gözüyumulu. Təzə pristav kəndlilər üçün gözübağlıca misalında idi
bax gözübağlılıq
is. Heç bir şeydən xəbəri olmama, bilikcə, inkişafca, mədəniyyətcə gerilik (gözüaçıqlıq əksi)
bax dargöz
bax dargözlük
sif. Heç şeydən gözü doymayan; tamahkar, acgöz. Gözüdoymaz adam
is. Heç şeydən gözü doymama; tamahkarlıq, acgözlük
bax itigöz(lü)
bax itigözlülük
sif. və zərf Birinin yanında eybi, qüsuru, nöqsanı olan, dili qısa olan. Gözükölgəli adam. – [Leylək] …ağasının müqabilində gözükölgəli olmamağa çalış
is. Gözükölgəli adamın halı; diliqısalıq, eyiblilik, qüsurluluq, nöqsanlılıq
sif. 1. Gözləri tam açıla bilməyən, gözləri yarıyumulu olan. // Kirpiklərini tez-tez döyən, gözlərini tez-tez qırpan
is. 1. Gözlərin tam açıla bilməməsi, yarıyumulu olması. // Kirpiklərini tez-tez qırpma xasiyyəti. 2. məc