Azərbaycan dilinin izahlı lüğəti

  • KÜNH

    is. [ər.] klas. Bir şeyin əsli, mahiyyəti, əsası, məğzi. Adəmin künhünü anlardı, qılardı səcdə. S.Ə.Şirvani

    Tam oxu »
  • KÜNYƏ

    is. [ər.] Bir şəxsin adı, əslinəsəbi və s. kimi xüsusiyyətlərini göstərən qeyd (adətən ərəb dilində “əbu”, “ibn”, “ümm” sözləri ilə başlanan ləqəb)

    Tam oxu »
  • KÜP

    is. Kürədə bişmiş sarı palçıqdan, gildən qayrılan iri saxsı qab. Su küpü. Bir küp sirkə. Küpü doldurmaq

    Tam oxu »
  • KÜP₂

    is. 1. bax dibcik. Tüfəngin küpilə vurub boynuna; Əl salıb cibinə, həmi qoynuna… H.K.Sanılı. [Gödək kişi] tüfəngin küpünü yerə qoydu, sağ əlini [Qədir

    Tam oxu »
  • KÜPÇƏ

    is. Balaca küp, kürəcik. O qədər küp üstə küpçələr sınıb. (Ata. sözü)

    Tam oxu »
  • KÜPÇÜ

    is. İp və s. boyayan adam; boyaqçı

    Tam oxu »
  • KÜPÇÜLÜK

    is. Küpçünün işi, sənəti, peşəsi; boyaqçılıq

    Tam oxu »
  • KÜPƏ₂

    is. dan. Tumurcuq. Ağacın küpəsinə baxmaq

    Tam oxu »
  • KÜPƏ₁

    is. Su, yağ və s. tökülən müxtəlif ölçülü saxsı qab. Yağı küpələrə doldurmaq. Küpənin ağzını bağlamaq

    Tam oxu »
  • KÜPƏCİK

    bax küpçə

    Tam oxu »
  • KÜPƏÇİÇƏYİ

    is. bot. Parlaq, çox vaxt qırmızı çiçəkləri olan dekorativ kol-bitki

    Tam oxu »
  • KÜPƏGİRƏN

    küpəgirən qarı folk. – hiylə, biclik, fırıldaq, ara vurmaq kimi işlərlə məşğul olan qarı (nağıllarda mənfi surət kimi işlənir)

    Tam oxu »
  • KÜPƏLƏMƏ

    “Küpələmək”dən f.is

    Tam oxu »
  • KÜPƏLƏMƏK

    f. Küpə qoymaq, küpə salmaq; bankalamaq. Xəstəni küpələmək

    Tam oxu »
  • KÜPƏLƏNMƏ

    “Küpələnmək”dən f.is

    Tam oxu »
  • KÜPƏLƏNMƏK

    məch. Küpə qoyulmaq, küpə salınmaq; bankalanmaq

    Tam oxu »
  • KÜPƏLƏTDİRMƏK

    bax küpələtmək

    Tam oxu »
  • KÜPƏLƏTMƏ

    “Küpələtmək”dən f.is

    Tam oxu »
  • KÜPƏLƏTMƏK

    icb. Küpə qoydurmaq, küpə saldırmaq; bankalatdırmaq

    Tam oxu »
  • KÜPƏMƏ

    “Küpəmək”dən f.is

    Tam oxu »
  • KÜPƏMƏK

    f. dan. 1. bax gopamaq 1-ci mənada. Qız almanı küpədi [Məlik Cümşüdün] dalınca. (Nağıl). 2. Acgözlüklə yemək, aşırmaq, tıxmaq, ötürmək

    Tam oxu »
  • KÜPSƏMƏ

    “Kürsəmək”dən f.is

    Tam oxu »
  • KÜPSƏMƏK

    bax küpəmək 1-ci mənada. Ağca xanım keçib uşağın qolundan tutdu, murdar bir pişik balası kimi çıxarıb eyvana qoydu, kürəyinə də bir yumruq küpsədi

    Tam oxu »
  • KÜR

    sif. Pak, təmiz (su haqqında). Hovuz kürdür

    Tam oxu »
  • KÜR₁

    sif. 1. Ağlağan, qışqırıqçı, şıltaq. Kür uşaq. 2. Hay-küyçü, zorakı, dediyini yeridən, inadkar. Kür adam

    Tam oxu »
  • KÜRD

    is. Azərbaycan, Türkmənistan, Suriya, İraq, İran, Türkiyə, Əfqanıstan və Pakistanda yaşayan irandilli xalq və bu xalqa mənsub adam

    Tam oxu »
  • KÜRDCƏ

    zərf və sif. Kürd dilində. Kürdcəazərbaycanca lüğət. Kürdcə danışmaq

    Tam oxu »
  • KÜRDİ

    is. mus. Əsasən kamançada ifa olunan lirik musiqi

    Tam oxu »
  • KÜRDOĞLU

    is. mus. Aşıq musiqi formalarından biri

    Tam oxu »
  • KÜRDÜ

    bax küləcə

    Tam oxu »
  • KÜRDÜNAĞIRI

    is. mus. Yallı tərzində oyun havası. Kürdünağırı çalmaq

    Tam oxu »
  • KÜRƏ₃

    is. Qulaqları uzun (qoyun haqqında). Qoyun var kərə gəzər; Qoyun var kürə gəzər; Gedər, dağları gəzər; Gələr, evləri bəzər

    Tam oxu »
  • KÜRƏ₁

    is. [ər. kürrə] Yer kürəsi, üzərində sakin olduğumuz planet. Yer kürəsinin əhalisi. Geri fırlan, Yer kürəsi, zamandan küsüb; Nüşabənin kəcavəsi təpədə

    Tam oxu »
  • KÜRƏ₂

    is. [fars.] 1. Dəmiri qızdırmaq üçün körüklə odu közərdilən dəmirçi ocağı. Kürəni körükləmək. Dəmirçi kürəsi

    Tam oxu »
  • KÜRƏCİK

    is. 1. Balaca kürə, kiçik kürə; dairəcik. İki dozanqurdu mal təzəyini yumurlayıb aparırdı. Onlar başıaşağı durub, dal ayaqları ilə kürəciyi dığırlayır

    Tam oxu »
  • KÜRƏÇİ

    is. Kürəyə xidmət edən adam; ocaqçı yaxud kürədə kərpic, qab və s. bişirməklə məşğul olan adam

    Tam oxu »
  • KÜRƏÇİLİK

    is. Kürəçinin işi, peşəsi; ocaqçılıq. Kürəçilik eləmək

    Tam oxu »
  • KÜRƏXANA

    is. [fars.] köhn. 1. Gildən, palçıqdan hazırlanan şeylərin (məs.: saxsı qab, kərpic və s.) bişirildiyi yer

    Tam oxu »
  • KÜRƏK₂

    is. 1. Torpaq və s. atmaq üçün ağacdan qayrılmış uzundəstəkli alət. Kürəklə qar atmaq. Samanı kürəklə yığmaq

    Tam oxu »
  • KÜRƏK₁

    is. 1. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri. [Qəhrəman:] Güllə arxasından, kürəkləri arasından dəyib keç

    Tam oxu »
  • KÜRƏKAYAQLILAR

    cəm zool. Suda üzmək üçün ayaqları kürək şəklində olan məməli heyvanlar dəstəsi. Balinalar kürəkayaqlılara nisbətən su ilə daha çox əlaqədardır

    Tam oxu »
  • KÜRƏKCİK

    is. Balaca kürək, kiçik kürək (bax kürək2). Kürəkciklə işləmək

    Tam oxu »
  • KÜRƏKÇİ

    bax avarçı

    Tam oxu »
  • KÜRƏKƏN

    is. Qızın ərinin, qızın ata və anasına olan qohumluq münasibəti; yeznə. [İmran:] Hacı Murad, sən çox xoşbəxtsən ki, İmran kimi kürəkənin var

    Tam oxu »
  • KÜRƏKƏNLİK

    is. Kürəkənin öz arvadının ata-anasına olan qohumluq vəziyyəti

    Tam oxu »
  • KÜRƏKLƏMƏ

    “Kürəkləmək”dən f.is

    Tam oxu »
  • KÜRƏKLƏMƏK

    f. 1. Kürəklə atmaq, təmizləmək; kürümək. Qarı kürəkləmək. Buğdanı kürəkləmək. – Mühəndis qumu bir xeyli kürəklədi… Mir Cəlal

    Tam oxu »
  • KÜRƏKLƏNMƏ

    “Kürəklənmək”dən f.is

    Tam oxu »
  • KÜRƏKLƏNMƏK

    məch. 1. Kürəklə təmizlənmək, atılmaq; kürünmək. Tövlə kürəkləndi. 2. Kürək çəkilmək, avarlanmaq. Qayıq kürəkləndikcə irəliləyirdi

    Tam oxu »
  • KÜRƏKLƏTMƏ

    “Kürəklətmək”dən f.is

    Tam oxu »