Azərbaycan dilinin izahlı lüğəti

  • LƏÇƏR

    is. və sif. dan. Abırsız, həyasız, əxlaqsız mənasında söyüş (yalnız qadınlar haqqında). [Vəzir:] Kəs səsini, ay ləçər, məni dilə basdırma, dəxi səni m

    Tam oxu »
  • LƏFFAZLIQ

    is. [ər.] klas. Boş və mənasız danışma; naqqallıq, boşboğazlıq. Nadirin zehninin və ağlının şərafətini dərk etməyib, fəqət özünün zəhlə getmiş ləffazl

    Tam oxu »
  • LƏFZ

    is. [ər.] Ağızdan çıxan mənalı, ya mənasız səs tərkibi; söz, kəlmə. …Axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb dey

    Tam oxu »
  • LƏĞƏNDƏ

    is. k.t. Ağacın cavan budaqlarını yerə basdırmaqla ağac artırma üsullarından biri; daldırma. Yerdə ləğəndə üsulundan istifadə edərkən budağın qabığını

    Tam oxu »
  • LƏĞM

    bax lağım. Bu yazıqlar deyilmidir fabriklərdə çalışan; Ləğmlərdə külüng çalan, zəhmətlərə alışan. A.Səhhət

    Tam oxu »
  • LƏĞV

    is. [ər.] köhn. 1. Boş, bihudə, əbəs söz; cəfəngiyat. 2. Naqqal, boşboğaz, gəvəzə. □ Ləğv olmaq – boşboğazlıq etmək, hərzə danışmaq, naqqallıq etmək

    Tam oxu »
  • LƏĞV

    is. [ər.] Yox etmə (edilmə), aradan qaldırma (qaldırılma). Nöqsanların, kəsirlərin ləğvi.□ Ləğv edilmək (olunmaq) – 1) aradan qaldırılmaq, yox edilmək

    Tam oxu »
  • LƏĞVİYYAT

    is. [ər.] Boşboğazlıq, cəfəngiyat, boş-boş sözlər

    Tam oxu »
  • LƏH

    təql. Dayanmış atı hərəkət etdirmək, qaçırtmaq məqsədilə çıxarılan səs

    Tam oxu »
  • LƏHCƏ

    is. [ər.] 1. dilç. Ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupu; dialekt

    Tam oxu »
  • LƏHCƏŞÜNAS

    [ər. ləhcə və fars. …şünas] köhn. bax dialektoloq

    Tam oxu »
  • LƏHCƏŞÜNASLIQ

    köhn. bax dialektologiya

    Tam oxu »
  • LƏHLƏMƏ

    “Ləhləmək”dən f.is

    Tam oxu »
  • LƏHLƏMƏK

    f. Bərk qaçmaq, yerimək, yoxuş çıxmaq və s. nəticəsində, yaxud hərarətin təsirindən tez-tez və ağır nəfəs almaq, tövşümək (adətən heyvanlar haqqında)

    Tam oxu »
  • LƏHLƏŞMƏ

    “Ləhləşmək”dən f.is

    Tam oxu »
  • LƏHLƏŞMƏK

    f. Ləhləmək (bir neçə heyvan bir yerdə). Qoyunlar ləhləşir. – Heyvan da ilan mələyəndə ləhləşib dilini bir qarış çıxardır

    Tam oxu »
  • LƏHLƏTMƏ

    “Ləhlətmək”dən f.is

    Tam oxu »
  • LƏHLƏTMƏK

    f. 1. Ləhləməsinə səbəb olmaq, tövşütmək. Günün istisi yolçuları ləhlədir. – Günün hərarəti xalqı ləhlədir; Kəndə tərəf bir uşaq yolnan gedir

    Tam oxu »
  • LƏHLƏYƏ-LƏHLƏYƏ

    zərf Ləhləyərək, tez-tez, ağır nəfəs ala-ala; tövşüyə-tövşüyə. Əhməd evdən ildırım kimi həyətə qaçıb sevinə-sevinə və ləhləyə-ləhləyə gəldi anasının y

    Tam oxu »
  • LƏHZƏ

    is. [ər.] Ən cüzi bir zaman, bir göz qırpımlıq vaxt, an, dəm. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək

    Tam oxu »
  • LƏHZƏLİK

    Adətən “bir” sözü ilə – bir anlıq, çox az müddət üçün, bir göz qırpımlıq. [Vaqif:] Molla Vəli, … bu qəhvənin qoxusunda duyduğum bu bir ləhzəlik ləzzət

    Tam oxu »
  • LƏXLƏXƏ

    is. dan. Pozğunluq, qarışıqlıq, şuluqluq. □ Ləxləxə salmaq – ara qarışdırmaq, pozğunluq salmaq, şuluqluq salmaq

    Tam oxu »
  • LƏXT-LƏXT

    klas. bax laxta-laxta. Ləxtləxt olmuş cigərlər, sanma könlümdən gələn; Namələrdir kim, bəna məcnuni-şeydadən gəlir

    Tam oxu »
  • LƏİN

    sif. və is. [ər.] bax məlun. Bu isə, bəs o ləinin də işi qüllabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır

    Tam oxu »
  • LƏK

    is. Tərəvəz, gül və s. əkmək üçün bostanda, bağçada və s.-də dördkünc və ya uzunsov şəkildə bellənib ayrılmış yer

    Tam oxu »
  • LƏKƏ

    is. 1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək

    Tam oxu »
  • LƏKƏ-LƏKƏ

    sif. və zərf Çoxlu ləkələri olan, ləkə düşmüş, ləkəli. [Lalənin] tuflisi və tumanı gil məhlulundan ləkə-ləkə olmuşdu

    Tam oxu »
  • LƏKƏAPARAN

    sif. və is. Ləkəni təmizləmək üçün xüsusi üsulla hazırlanmış kimyəvi maddə

    Tam oxu »
  • LƏKƏCİK

    is. Kiçik ləkə, balaca ləkə. Üzündə ləkəciklər var

    Tam oxu »
  • LƏKƏDAR

    sif. və is. köhn. bax ləkəli 3-cü mənada. □ Ləkədar edilmiş – bax ləkələnmiş 2-ci mənada. [Əhməd:] Binamus bacı, namussuz qardaş, heç tələsməyin, nə q

    Tam oxu »
  • LƏKƏLƏMƏ

    “Ləkələmək”dən f.is

    Tam oxu »
  • LƏKƏLƏMƏK

    f. 1. Paltara, yaxud bir şeyin üstünə ləkə salmaq; batırmaq, bulamaq. Paltarını ləkələmək. Kitabı ləkələmək

    Tam oxu »
  • LƏKƏLƏNDİRMƏ

    “Ləkələndirmək”dən f.is

    Tam oxu »
  • LƏKƏLƏNDİRMƏK

    bax ləkələmək. Zeynal öz yaramazlıqlarını doğrultmaq üçün mühitlərini ləkələndirməyə çalışan bir qrup adamlara mənsub idi

    Tam oxu »
  • LƏKƏLƏNMƏ

    “Ləkələnmək”dən f.is. Biz heç vaxt öz qəhrəman əcdadımızın şanlı adının və xatirəsinin ləkələnməsinə razı olmayacağıq

    Tam oxu »
  • LƏKƏLƏNMƏK

    f. 1. Ləkələndirici bir şeydən üzərinə ləkə düşmək, ləkə tutmaq, ləkə-ləkə olmaq; batmaq, ləkələrlə örtülmək

    Tam oxu »
  • LƏKƏLƏNMİŞ

    f.sif. 1. Üstünə ləkələr düşmüş, ləkə tutmuş, ləkə-ləkə olmuş; ləkəli. Ləkələnmiş paltar. 2. məc. Biabır olmuş, rüsvay olmuş (edilmiş), ləkə (2-ci mən

    Tam oxu »
  • LƏKƏLƏTMƏK

    bax ləkələndirmək

    Tam oxu »
  • LƏKƏLİ

    sif. 1. Ləkəsi olan, üzərinə ləkə və ya ləkələr düşmüş, ləkə basmış; çirklənmiş, batmış, bulanmış. Ləkəli parça

    Tam oxu »
  • LƏKƏLİLİK

    is. Ləkəli şeyin və ya adamın halı

    Tam oxu »
  • LƏKƏR

    is. dan. Görkəm, surət, sir-sifət. Bir ləkəri yoxdur

    Tam oxu »
  • LƏKƏRSİZ

    sif. Kifir, çirkin, bədləkər

    Tam oxu »
  • LƏKƏSİZ

    sif. 1. Təmiz, aydın, açıq, saf. Ləkəsiz səma. Ləkəsiz üfüq. – Göylərin aynası, ləkəsiz (z.) durur; Xilqətin ən dərin mənası budur

    Tam oxu »
  • LƏKƏSİZLİK

    is. Ləkəsiz şeyin və ya adamın halı; ləkəsiz olma

    Tam oxu »
  • LƏKLƏMƏ

    “Ləkləmək”dən f.is

    Tam oxu »
  • LƏKLƏMƏK

    f. Lək düzəltmək, lək qayırmaq. Həyəti ləkləmək. – Bostanı ləklədilər; Tağını təklədilər; Düşdüm nadan əlinə; Nazımı çəkmədilər

    Tam oxu »
  • LƏKLƏTMƏ

    “Ləklətmək”dən f.is

    Tam oxu »
  • LƏKLƏTMƏK

    f. Lək düzəltdirmək, lək qayırtdırmaq. Bostanı ləklətmək. Göyərti üçün yer ləklətmək

    Tam oxu »
  • LƏKTƏ

    sif. dan. köhn. Həyasız, abırsız (ancaq qadınlar haqqında). [Şərəfnisə xanım Gülçöhrəyə:] İtil cəhənnəmə, ləktə, əl çəkməz, qoymaz işimi tutum

    Tam oxu »
  • LƏQƏB

    is. [ər.] Müəyyən bir səciyyəvi xasiyyətinə və ya başqalarından ayrılan əlamətinə görə adama verilən qeyri-rəsmi ad; ayama

    Tam oxu »