Azərbaycan dilinin izahlı lüğəti

  • ZAL

    [alm.] xüs. 1. Kütləvi yığıncaqlar və ya müxtəlif məşğələlər üçün böyük və geniş otaq. İdman zalı. Tamaşa zalı

    Tam oxu »
  • ZALXA

    is. məh. bot. Tutqun bənövşəyi rəngində çoxlu çiçəkləri olan zəhərli bitki

    Tam oxu »
  • ZALIM

    sif. və is. [ər.] 1. Zülm edən, zülmkar, qəddar, mərhəmətsiz, insafsız. Zalım padşah. Zalım istismarçılar

    Tam oxu »
  • ZALIMANƏ

    [ər. zalim və fars. …anə] bax zalımcasına

    Tam oxu »
  • ZALIMCASINA

    zərf İnsafsızcasına, mərhəmətsizcəsinə, qəddarcasına, amansızcasına. Zalımcasına hərəkət etmək

    Tam oxu »
  • ZALIMLIQ

    is. Zülmkarlıq, zülm etmə, amansızcasına incitmə, əziyyət vermə

    Tam oxu »
  • ZALÓM

    [rus.] zool. İri siyənək balığı

    Tam oxu »
  • ZALP

    [lat.] bax yaylım1. Zalp atəşi. – Zalp atılan tüfənglərin səsi tikililəri tərpədirdi. Ə.Vəliyev

    Tam oxu »
  • ZAMAN

    is. [ər.] 1. Vaxt, müddət. O hadisədən çox zaman keçdi. – Unudubsan məni xeyli zamandı. Aşıq Ələsgər

    Tam oxu »
  • ZAMAN-ZAMAN

    zərf Hərdən, gah-gah, vaxt-vaxt. Könüldə qönçələnir cahan-cahan fəryad; Dilim bu vəchdən eylər zaman-zaman fəryad

    Tam oxu »
  • ZAMANA

    bax zəmanə. Ay zamana, zamana; Oxu qoydun kamana; Eşşəklər arpa yeyir; At həsrətdir samana. (Bayatı)

    Tam oxu »
  • ZAMAZKÁ

    [rus.] köhn. Şüşə ilə çərçivə aralarını və rəng çəkməzdən əvvəl dəlikdeşikləri tutmaq və ümumiyyətlə, hamar olmayan yerləri hamar etmək üçün işlədilən

    Tam oxu »
  • ZAMAZKAÇI

    is. Zamazka çəkən (usta). İki gündür zamazkaçı gəlib çıxmır

    Tam oxu »
  • ZAMAZKALAMA

    “Zamazkalamaq”dan f.is

    Tam oxu »
  • ZAMAZKALAMAQ

    f. 1. Zamazka sürtmək, zamazka ilə tutmaq, qapamaq. Pəncərələri zamazkalamaq. Qapıları zamazkalamaq. 2

    Tam oxu »
  • ZAMAZKALANMA

    “Zamazkalanmaq”dan f.is

    Tam oxu »
  • ZAMAZKALANMAQ

    məch. Zamazka sürtülmək, zamazka ilə qapanmaq

    Tam oxu »
  • ZAMAZKALATMA

    “Zamazkalatmaq”dan f.is

    Tam oxu »
  • ZAMAZKALATMAQ

    icb. Zamazka vurdurmaq, zamazka çəkdirmək

    Tam oxu »
  • ZAMİN

    is. [ər.] Öhdəsinə zaminlik götürən, zəmanət verən adam. [Heydər bəy:] Hacı, mən zamin ki, bu səfərdə bulardan sənə heç bir xata yetişməsin

    Tam oxu »
  • ZAMİNKAR

    is. [ər. zamin və fars. …kar] Üzərinə zəmanət götürən adam, zəmanətçi, zaminə götürən, zamin duran, zamin

    Tam oxu »
  • ZAMİNKARLIQ

    is. Başqasının verdiyi iltizamın yerinə yetirilməsi məsuliyyətini üzərinə götürmə, zamin olma; zaminlik

    Tam oxu »
  • ZAMİNLİK

    is. Zamin olma, məsuliyyəti öhdəsinə götürmə; zəmanət. [Naçalnik Sona xanıma:] Sənin zaminliyin hər kəsin zaminliyindən etibarlıdır

    Tam oxu »
  • ZÁMŞA

    [rus.] Xüsusi aşılama üsulu ilə hazırlanan üstü məxmər kimi yumşaq maral, qoyun və s. dərisi. // Bu dəridən tikilmiş, hazırlanmış

    Tam oxu »
  • ZANBAĞI

    sif. Zanbaq rəngli, zanbaq kimi göy rəngi olan. Zanbağı çit. – [Sona] zanbağı kəlağayı örtmüş, belibüzməli, qollu ağ kofta, sumağı tuman geymişdi

    Tam oxu »
  • ZANBAQ

    is. [ər.] bot. Soğanaqlı, zəngəoxşar, ətirli çiçək. Ağ zanbaq. Sarı zanbaq. – Açılmış güllər, göy, sarı zanbaqlar; Bir cənnətdir bu gülşən hərtərəfli

    Tam oxu »
  • ZANBAQÇİÇƏKLİLƏR

    cəm bot. Soğanaqlı, kökü yumru, bəzən də kökümsovlu çoxillik ot, yarımkol və ya ağac şəkilli bitkilər fəsiləsi

    Tam oxu »
  • ZANQ

    təql. Zəngi və ya başqa metalı vurduqda onlardan çıxan səs

    Tam oxu »
  • ZANQAZARANQ

    təql. Zəngi və ya başqa metalı vurduqda onlardan çıxan səs

    Tam oxu »
  • ZANQILDAMA

    “Zanqıldamaq”dan f.is

    Tam oxu »
  • ZANQILDAMAQ

    f. Zanqıltı səsi vermək. Zəng zanqıldayırdı

    Tam oxu »
  • ZANQILDATMA

    “Zanqıldatmaq”dan f.is

    Tam oxu »
  • ZANQILDATMAQ

    f. Zəngi və ya metalı bir şeylə vuraraq zanqıltı səsi çıxartmaq. Qazanı zanqıldatmaq

    Tam oxu »
  • ZANQILTI

    is. Zəng və metal cisimləri vurduqda onların çıxardığı səs. …Sağ tərəfdəki “Təzəpir” məscidinin minarəsindən ucalan axşam əzanının səsi, daha aşağıda

    Tam oxu »
  • ZÁPONKA

    [rus.] Kişi üst köynəyi qollarının manjetinə taxılan düymə. Mahmud Qəmərlinin … [köynəyini] aldım. Gümüş zaponka axtarırdım

    Tam oxu »
  • ZAPONKALI

    sif. Zaponkası olan, zaponka taxılmış. Zaponkalı köynək

    Tam oxu »
  • ZAR₂

    is. 1. Bədənin bəzi üzvlərini daxildən bürüyən incə nazik pərdə. Bu sözləri elə yanıq bir səslə, miskin bir tövrlə söylədi ki, qulaqlarımın zarında hi

    Tam oxu »
  • ZAR

    [fars.] klas. 1. Səslə, yanıqlı-yanıqlı ağlayan, inləyən, nalə edən, nalan (adətən izafətlərdə işlənir)

    Tam oxu »
  • ZAR-ZAR

    zar-zar ağlamaq (zarıldamaq) – səslə, zarıltı ilə ağlamaq, fəğan etmək. Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M

    Tam oxu »
  • ZARAFAT

    1. is. [ər.] Gülmək, əylənmək və dilxoşluq üçün deyilən söz və ya edilən hərəkət; hənək. Kobud zarafat

    Tam oxu »
  • ZARAFATCA

    zərf Zarafat yolu ilə; zarafatyana, zarafatla. Aşıq Ələsgərin zarafatca arvadına söz dediyini, bundan ötrü Anaxanımın küsüb getdiyini camaatın hamısı

    Tam oxu »
  • ZARAFATCASINA

    zərf Zarafat yolu ilə, zarafat tərzində. Zarafatcasına demək

    Tam oxu »
  • ZARAFATCIL

    bax zarafatçı. Bir küncdə oturub siqar çəkən üzügülər, zarafatcıl Məmməd İsmayılov Hüseyni yaxşı tanıyır… S

    Tam oxu »
  • ZARAFATCILLIQ

    bax zarafatçılıq. Zarafatcıllığı və comərdliyi ilə məşhur Zeynalın gur səsi bu dəfə qaranlıq izdihamın başı üstündə dalğalandı

    Tam oxu »
  • ZARAFATÇI

    sif. və is. Zarafat etməyi sevən (adam); hənəkçi, zarafatcıl. Zarafatçı adam. O yaman zarafatçıdır. – [Bağban] həmişə deyən, danışan, gülən, zarafatçı

    Tam oxu »
  • ZARAFATÇILIQ

    is. Zarafatçı adamın xasiyyəti

    Tam oxu »
  • ZARAFATHƏNGİ

    bax zarafatyana. Zarafathəngi demək. Zarafathəngi söz

    Tam oxu »
  • ZARAFATLAŞMA

    “Zarafatlaşmaq”dan f.is

    Tam oxu »
  • ZARAFATLAŞMAQ

    qarş. Bir-biri ilə zarafat etmək; hənəkləşmək. Qızların səsində elə bir səmimi məyusluq var idi ki, heç kəs zarafatlaşmır, gülüşmürdü

    Tam oxu »
  • ZARAFATSIZ

    zərf Zarafat olmadan, ciddi; doğrudan, həqiqətən. Bu sözü zarafatsız deyirəm. Zarafatsız danışmır. – [Halay:] Elədir, zarafatsız, bizim Turşsuyun bütü

    Tam oxu »