AĞAMMƏD

Ağa Məmməd, cənab Məmməd, Ağam Məhəmməd.
AĞAMİRZƏ
AĞAMOĞLAN
OBASTAN VİKİ
Ağamməd Abdullayev
Ağamməd Səməd oğlu Abdullayev — ADPİ-də rektor (1966-1970) == Həyatı == Ağamməd Abdullayev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirıniş (1926)Abdullayev Ağamməd Səməd oğlu 1976-cı ildə vəfat etmişdir.
Ağamməd Ağamalıyev
Ağamməd Elgiz oğlu Ağamalıyev - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamməd Ağamalıyev 13 oktyabr 1990-cı ildə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Füzuli kəndindəki tam orta məktəbə daxil olmuşdur və həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağamməd Ağamalıyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Ağamməd Ağamalıyev 13 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamməd Şixməmmədov
Şixməmmədov Ağamməd Şixəmməd oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamməd Şixməmmədov 1966 Qusar rayonu Həsənqala (Qusar) kəndində anadan olub. 12 dеkаbr 1988-ci ildə zəlzələdə zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş il-76 təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа «Stingеr» rаkеti ilə vuruldu. Nəticədə təyyаrədə оlаn 77 аzərbаycаnlıdаn biri olan Ağamməd Şixməmmədov şəhid olur. == Təltifləri == Həsənqala (Qusar) kənd tam orta məktəbi Ağamməd Şixməmmədov adını daşıyır.
Ağammədli
Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd tarixən Ağaməmmədli və ya Ağməmmədli adlanmışdır. Zamanla bu ad dəyişmiş və yanlış formada-Ağammədli və ya Ağamətdi olaraq istifadə olunmuşdur. Daha sonra isə kəndin adı Ağmamedlo olaraq dəyişdirilmişdir. Kənd 99,7% azərbaycanlılardan ibarətdir. == Tarixi == Ağaməmmədli Marneuli mərkəzindən 17 kilometr cənubda, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının sağ sahilində, Babaqar dağının (Babakər) ətəyində, Ermənistan Respublikası ilə sərhəddə yerləşir. Kəndə xalq arasında Ağammədli və ya Ağamətdi olaraq adlansa da tarixi və əsl adı Ağaməmmədlidir. == Əhalisi == 1870-ci ildə kənddə 53 ailə, 155 nəfər, 1926-cı ildə 105 ailə, 575 nəfər yaşamışdır. 2002-ci ildə isə kənddə 1420-si kişi, 1447-si qadın olmaqla 2867 nəfər yaşamışdır. === Tanınmışlar === Eyvaz Borçalı == İnfrastruktur == Kənddə ilk məktəb 1934-cü ildə yaradılmışdır.